Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Maqomed Xojaxmedoviç Daudov (rus. Магомед Хожахмедович Даудов, çeç. Дауди Хожахьмадан Мохьмад; 26 fevral 1980, Mixaylovsk, Stavropol diyarı), həmçinin Lord təxəllüsü ilə də tanınır — çeçen əsilli[2] Rusiya dövlət xadimi və siyasətçisi, 2007-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Çeçenistan Respublikası Parlament sədrinin güc sektoru üzrə birinci müavini (2010–2012), Çeçenistan Respublikasının Başçısı və Hökuməti Administrasiyasının rəhbəri (2011–2015). Çeçenistan Respublikası III çağırış (2015–2016) və IV çağırış (2016-cı ilin oktyabrından) Parlamentinin sabiq sədri.[3]
Maqomed Daudov | |
---|---|
rus. Магомед Хожахмедович Даудов çeç. Дауди Хожахьмадан Мохьмад | |
3 iyul 2015 – 15 may 2024 | |
Prezident | Vladimir Putin |
Qubernator | Ramzan Kadırov |
Əvvəlki | Dukuvaxa Əbdurəhmanov |
21 may 2012 – 3 iyun 2015 | |
Əvvəlki | Maqomed Səlimxanov |
Sonrakı | İslam Kadırov |
10 mart 2010 – 21 may 2012 | |
Prezident | Dmitri Medvedyev Vladimir Putin |
Əvvəlki | Xalid Vayxanov |
Sonrakı | İsa Tumhacıyevc |
aprel 2007-ci il – 10 mart 2010 | |
Prezident | Dmitri Medvedyev Vladimir Putin |
Qubernator | Ramzan Kadırov |
Əvvəlki | Xalid Vayxanov |
Sonrakı | Ruslan İreziyev[1] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1980 (44 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Mahaçqala Maliyyə və Hüquq İnstitutu Rusiya DİN İdarəetmə Akademiyası |
İxtisası | hüquqşünas, siyasətçi |
Fəaliyyəti | hüquqşünas, siyasətçi |
Atası | Xojaxmed Abdulvahaboviç Daudov |
Anası | Makka Uvaysovna Daudova |
Həyat yoldaşı | Aset Movlayevna Daudova |
Uşağı | 12 uşağı var |
Dini | İslam (süni məzhəbi) |
Hərbi xidmət | |
Xidmət illəri | 2000—2010 |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Rusiya Federasiyası DİN |
Rəhbərlik edib | vzvod, batalyon, bölük |
Rütbəsi | Polis polkovnik |
|
|
Təltifləri |
|
parlamentchr.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının daimi üzvü (2015-ci ildən).[4] Rusiya Federasiyası Federal Məclisi yanında Rusiya Federasiyası Qanunvericilər Şurasının üzvü (2016-cı ildən), "Vahid Rusiya" ümumrusiya siyasi partiyasının üzvü, partiyanın baş şurasının Rəyasət Heyətinə seçilib (2018), partiyanın regional şöbəsinin katibi seçilib (2019), Rusiya Federasiyası Prezidenti yanında Yerli Özünüidarəetmənin İnkişafı Şurasına daxil edilib (2019). Rəsmi KİV-də onun Rusiya dövlətçiliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətləri və əldə etdiyi nailiyyətlər arasında terrorizmlə mübarizəyə əhəmiyyətli töhfələri vurğulanır. O bir sıra vəzifələrdə çalışmışdır:
Əhməd Kadırovın Təhlükəsizlik Xidmətində işçi (2002–2004), keçmiş bölük komandiri, sonra Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin Şali rayonunun Daxili İşlər Şöbəsi üzrə xüsusi polis batalyonu komandiri (2004–2005), respublika OMONunun qərargah rəisi (2006–2007), Şali rayonunun Daxili İşlər Şöbəsi (2007–2010). Polis polkovniki, bir çox mükafata malikdir, o cümlədən iki "Cəsarət" ordeni (2005, 2006), Çeçenistan Respublikasının ən yüksək mükafatı "Kadırov" ordeni (2006), "Çeçenistan Respublikasının fəxri vətəndaşı" (2007), vəzifə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür (2007). IV dərəcəli "Vətənə xidmətə görə" (2019) ordeni ilə mükafatlandırılmışdır.[5]
26 fevral 1980-ci ildə Stavropol diyarının Şpakovskoye kəndində (indiki Mixaylovsk şəhəri) yalxoy teypindən olan çeçen ailəsində anadan olmuşdur. Atasının adı Xojaxmed Abdulvahaboviç Daudov (1957–2013) idi, anası Makka Uvaysovna Daudova (1959–2009) idi. Xojaxmedin doğma kəndi Geldaqana (Kurçaloyevski rayonu, ÇR) adlanırdı, amma Maqomedin doğumu zamanı Daudovlar müvəqqəti olaraq Stavropol diyarının Şpakovski kəndində yaşayırdı. Maqomed ailənin ilk uşağı idi, daha sonra Daudovların Şeyxmaqomed (1981) adlı oğlu və Milana (1985) adlı qızı doğuldular.[6][7][8][9]
2010-cu ildə Geldaqanda Makki Daudova adına məscidin əsası qoyuldu, tikilinin inşası 2011-ci ilin oktyabr ayında başa çatdı. Məscidin təntənəli açılışına bir çox kənd sakini toplaşmışdır, Çeçenistan Respublikasının əsas məmurları təşrif buyurmuşdular, Respublika Başçısı R. Kadırov izləyicilərin qarşısında çıxış edərək M. X. Daudovun və onun anasının xidmətlərini qeyd etdi: "Çoxları bunu bilmir, amma mənim burda çoxlu günüm və gecəm keçib. O vaxtı biz vəhhabilik və terrorizmlə mübarizə aparırdıq. Məhz o zaman Maqomed Daudov və anası ilə tanış oldum. Makka bizim üçün də əsl ana oldu. Bizə hər cür kömək etdi, mənəvi dəstək verdi. İşimizin asan olmadığını başa düşürdü, amma deyirdi ki, oğlunu xalqa xidmət etmək üçün göndərməyə heyfi gəlmir. Maqomed bizim müttəfiqimiz və sadiq dostumuz oldu. O, bir neçə dəfə cəsarət, şücaət və mərdlik göstərmişdir". Həmçinin, Makka Daudova "Nenan Siy — Ana Şöhrəti" medalı ilə təltif olunmuşdur.[10][11]
1997-ci ildə Geldagan kəndinin 1 saylı orta məktəbi bitirdi. Sinif rəhbəri X. M. Abdurzakova xatırlayır: "Maqomed yaşına görə hər şeyi bilmək istəyən və qabiliyyətli oğlan uşağı idi. Hətta o gənc illərdə belə onda inadkarlıq, məqsədyönlülük kimi keyfiyyətləri görürdüm". 1997–1999-cu illərdə Qudermes Pedaqoji Məktəbində təhsil alırdı.[6][7][8][9]
Birinci Çeçenistan müharibəsinin əvvəlində Daudovun 14 yaşı vardı. Döyüşlərin şiddətlənməsi zamanı o, bir çox gənc çeçenlər kimi Rusiya qoşunlarına qarşı silahlı toqquşmalarda iştirak etməyə başladı. 2010-cu ildə verdiyi müsahibədə Daudov çeçen gənclərini döyüşməyə məcbur edən səbəblərə dair şəxsi fikirlərini bildirdi və onlardan biri olaraq federal qoşunların sərt təmizləmələrini qeyd etdi, rus hərbçiləri hər bir gənc yerli sakini potensial düşmən kimi qəbul edirdi.
Rəsmi məlumatlara əsasən, Maqomed Daudov İkinci Çeçenistan müharibəsinin əvvəlində Əhməd Kadırovun başçılıq etdiyi federal hökuməti dəstəkləyən qüvvələrin tərəfini saxlayırdı. 2002–2004-cü illərdə Maqomed Daudov o vaxtı Ramzan Kadırovun başçılıq etdiyi Əhməd Kadırovun Təhlükəsizlik Xidmətində vzvod komandiri vəzifəsində çalışmışdır.[7][12][13][14][15]