Davud Məhəmmədov (8 noyabr 1970, Mahaçqala – 7 iyun 2005, Mahaçqala) — 1991–1993-cü illərdə Rusiyanı, 1994–2003-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Davud Məhəmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Davud Məhəmmədov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 8 noyabr 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyun 2005 (34 yaşında) |
Vəfat yeri | |
Boyu | 190 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1986—2003 |
Məşqçisi | Məhəmməd Dibirov |
Davud Məmmədov 1991-ci lin iyununda SSRİ Çempionatının bürünc medalına sahib oldu.[2] SSRİ-nin dağılmasından sonra isə Davud Məmmədov 1992-ci ildə Rusiya çempionu, 1993-cü ildə isə turnirin finalçısı oldu.[2] Rusiya yığmasının əsas heyət üzvü olmadığına görə Davud Məhəmmədov 1994-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[2]
Davud Məhəmmədov 1994-cü ilin avqustunda İstanbul şəhərində baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.[2]
1996-cı ildə isə Davud Məhəmmədov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Davud Məhəmmədov olimpiadanın birinci görüşündə İran nümayəndəsi Abbas Cədidi ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupun birinci görüşündə Davud Məhəmmədov Albaniya nümayəndəsi Şelqin Troplini üzərində 10:0 hesabı ilə inamlı qələbə qazansa da, növbəti görüşdə Dünya və Avropa çempionu Almaniya nümayədəsi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı 11-ci pillədə başa vurdu.[3]
1997-ci ilin iyununda Polşada Avropa Çempionatını 6-cı pillənin sahibi olan Davud Məhəmmədov həmin ilin avqustunda Rusiyada Dünya Çempionatını 18-ci pillədə başa vurdu.[2]
Davud Məhəmmədov 1998-ci ildə Almaniya Qran-Prisinin qalibi oldu.[2] Həmin ilin sentyabrında Tehran şəhərində (İran) baş tutan Dünya Çempionatını isə 11-ci pillədə başa vurdu.[2] 1999-cu ildə Dünya Çempionatını 11-ci pillədə başa vuran Davud Məhəmmədov 2000-ci ildə Budapeşt şəhərində Avropa Çempionatında yeddinci pillənin sahibi oldu.[2]
Davud Məhəmmədov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil elədi. -97 turnirində çıxış edən Davud Məhəmmədov qrup mərhələsinin birinci görüşündə Qazaxıstan nümayəndəsi İslam Bayramğov ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Davud Məhəmmədov rəqibinə 0:4 hesabı ilə məğlub oldu.[4] Növbəti görüşdə onun rəqibi Kuba güləşçisi Vilfredo Morales oldu.[4] Həmin görüşdə Davud Məhəmmədov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı.[4] Qrup mərhələsinin nəticələrinə əsasən Kuba güləşçisi Vilfredo Morales növbəti mərhələyə adladı.[4] Mübarizəsini qrup mərhələsində dayandıran Davud Məhəmmədov isə olimpiadanı 12-ci pillədə başa vurdu.[4]
Davud Məhəmmədov 2003-cü ildə Dünya Çempionatını 22-ci pillədə başa vurduqdan sonra idmanla vidalaşdı.[2] Karyerasını başa vurandan sonra Dağıstanda ədliyyə qərarlarının icrası xidmərinin rəis müavini vəzifəsində çalışan Davud Məhəmmədov 7 iyun 2005-ci il səhər saatlarında Mahaçqala şəhərində yaşadığı evin qarşısında güllələndi.
Dünya Çempionatı | Türkiyə | |||
Olimpiya Oyunları | ABŞ | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Rusiya | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
Dünya Çempionatı | İran | |||
Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Dünya Çempionatı | ABŞ |