MƏCLİS

ə. 1) yığıncaq, iclas, müşavirə; 2) parlament // palata; 3) müşavirə yeri, iclas salonu; 4) idarə heyəti; 5) tribunal, məhkəmə. Məclisi-canan (dildar) sevgili ilə görüş; məclisi-işrət işrət məclisi, kef məclisi; məclisi-matəm matəm məclisi; məclisi-məb’usan bax məclisi-müəssisan; məclisi-müəssisan müəssislər məclisi; məclisi-şura məsləhət məclisi; məclisi-vəsl görüş məclisi.

MƏCİDİYYƏ
MƏCLİSARA
OBASTAN VİKİ
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi. Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Məclis
Məclis (ərəb. مجلس‎ — majlis, hərfi mənası "toplanma yeri") — bir sıra əsasən müsəlman ölkəsinin (İran, Azərbaycan) və xalqlarının (krım-tatarlar) səlahiyyətli qanunverici orqanı (parlamenti). == Etimologiya == "Məclis" sözü Azərbaycan dilində ərəbcə "toplanma yeri" mənasını verən "مجلس" sözündən götürülmüşdür. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə məhfil (مهفیل) adlandırılmışdır. Bu söz ərəbcə "toplanma" mənasını daşıyan "محفل" sözündən törəmişdir.
Ali Məclis
Ali Məclis (Naxçıvan)
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Məclis parkı
Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur. == Tarixçə == Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.
Ali Məclis (Naxçıvan)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. == Tarixi == 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı il tarixində XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. === Ali Məclisin çağırışları === == Statusu == Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Ali Məclis (Tacikistan)
Tacikistanın Ali Məclisi «Məclisi Ali» (tac. Маҷлиси Олии Ҷумҳурии Тоҷикистон) — Tacikistan Respublikasının ən yüksək qanunverici və təmsil edən dövlət hakimiyyətinin orqanı olan parlament. == Tərkibi == Tacikistan parlamenti iki palatadan ibarətdir: Aşağı — Nümayəndələr Palatası (tac. Маҷлиси намояндагон). Yuxarı — Milli Şura (tac. Маҷлиси миллӣ). Tacikistan Respublikasının Konstitusiyasına görə Məclisi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilən 63 millət vəkilindən ibarətdir. 22 nümayəndə proporsional əsaslarla, 41 nəfər isə birmandatlı dairələrdə seçilir. Məclis Məclisi daimi və peşəkar əsasda fəaliyyət göstərir. Ən azı 25 yaşı olan bir vətəndaş Tacikistan Respublikasının Məclisi Namoandagon Məclisi Oli -nə deputat seçilə bilər.
Ali Məclis (Özbəkistan)
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Milli Məclis (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Milli Məclis (dəqiqləşdirmə)
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Azərbaycan Milli Məclisi (İran) Ermənistan Respublikasının Milli Məclisi — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Fransa Milli Məclisi — Fransa Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı.
Məclis-i Məbusan
Məclis-i Məbusan (Osmanlı türkcəsi: مجلس مبعوثان) — Osmanlı imperiyasında 23 dekabr 1876 tarixli konstitusiyaya görə qurulmuş, birinci və ikinci məşrutiyyət dövrlərində fəaliyyət göstərmiş qanunvericilik orqanıdır. Padşah tərəfindən təyin edilən Soylular məclisi (ayan məclisi) və ümumi parlamentdən (məclis-i ümumi) ibarətdir. Məclis-i Məbusan 7 dönəm fəaliyyət göstərdi: 31 mart 1877–28 iyun 1877 tarixlərində 13 dekabr 1877–14 fevral 1878 tarixlərində 4 dekabr 1908–18 yanvar 1912 tarixlərində 18 aprel 1912–5 avqust 1912 tarixlərində 1914–21 dekabr 1918 tarixlərində 12 yanvar 1920–11 aprel 1920 tarixlərində 23 aprel 1920 tarixində isə Ankarada Böyük Millət Məclisi fəaliyyətə başladı. == Mənbə == Myron Weiner; Ergun Özbudun (1987). Competitive Elections in Developing Countries. Duke University Press. p. 333. ISBN 0-8223-0766-9 Rainer Grote; Tilmann Röder (16 February 2012). Constitutionalism in Islamic Countries: Between Upheaval and Continuity.
Ali Məclis (Özbəkistan parlamenti)
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Ziyalı Məclisi
Ziyalı Məclisi — mədəni-maarif cəmiyyəti. == Tarixi == 1882-ci ildə Naxçıvan şəhərində yazıçı-publisist Eynəli Sultanov tərəfindən yaradılmışdır. XIX əsrin 90-ci illərinədək fəaliyyət göstərən məclis Naxçıvanda maarifçilik hərəkatının əsas ideya-əməl mərkəzi idi. === Əsas məqsəd === Əsas məqsədi Naxçıvanın gənc ziyalı qüvvələrini məktəb,maarif və mədəniyyətin inkişafına cəlb etmək idi. Məclis üzvləri mövhumat və cəhalət əleyhinə açıq mübarizə aparırdılar. Ziyalı Məclisində bədii əsərlərin,teatr tamaşalarının müzakirəsi də keçirilirdi. Məclisin üzvləri Naxçıvan teatrının yaradıcıları hesab olunurlar. === Üzvləri === Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Əliməmməd, Məhəmmədqulu bəy Kəngərli, Məhəmmədhüseyn və Sadiq Xəlilovlar,Əbülqasım Sultanov və başqaları məclisin üzvləri idilər. == Xarici keçidlər == Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Özbəkistan Respublikasının Ali Məclisi
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Ümumrusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. == Seçki nəticələri == Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: == İstinadlar == == Əlavə ədəbiyyat == V. I. Lenin.
Ümumrusiya Müəssislər Məclisi seçkiləri (1917)
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. == Tarixi == Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman sosialist bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. == Fəaliyyəti == Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümumrusiya Müəssislər Məclisinə seçkilər

Ümumçin Xalq Nümayəndələri Məclisi
Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) və ya Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNY) - Çin Xalq Respublikasının qanunverici orqanı. Dövlət hakimiyyətinin ali orqanı olan ÜXNM 2980 üzvü ilə dünyanın sayca ən böyük dövlət orqanı hesab olunur. ÜXNM-ə seçkilər beş ildən bir keçiril. Sessiyalar payız aylarında ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalında keçirilir və 10-14 gün davam edir. ÜXNM Daimi komitəsi ÜXNM-dən fərqli olaraq, ilk boyu görüşlər keçirir. Ancaq Daimi komitənin üzvləri həm qərarvermə, həm də tətbiq etmə vəzifəsi tuta bilməzlər. Daimi Komitənin tərkibinə sədr, sədrin müavinləri, məsul katib və Daimi Komitənin üzvləri daxildir. Daimi Komitə ÜXNY-nın qanun layihələrini təsdiq edən və qətnamələr çıxaran altı funksional ixtisaslaşmış komitəsinin: maliyyə və iqtisadiyyat işləri üzrə; milli məsələlər; təhsil, elm, mədəniyyət və səhiyyə; xarici işlər və hüquqi işlər üzrə fəaliyyətini istiqamətləndirir. Komitə parlament prinsipi üzrə fəaliyyət göstərir: Konstitusiyanı və cari qanunları hərəkətə gətirir, dekretlər dərc edir, daha aşağı səviyyəli hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edir, nazirləri və vəzifəli şəxsləri təyin və azad edir. Ümumçin Xalq Nümayəndələri Məclisi dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, ÜXNY-nın Daimi Komitəsi üzvlərini seçir; ÇXR sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrini seçir və MHŞ-nin digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
Üçüncü Efes Məclisi
Üçüncü Efes Şurası 475-ci ildə Anadolunun Efes şəhərində keçirilmişdir. İsgəndəriyyə Papası II Timoteyin sədrliyi ilə keçirilən iclasda Peter Fuller, sonra Antakiyanın Patriarxı və Efes Exarxı Paul da iştirak etmişdir. Bu, Xalkidon kilsə məclisini və xüsusilə Leonun kitabını qınayan İmperatorluq boyunca 500–700 yepiskop tərəfindən imzalanmış İmperator Baziliskusun son bir ensiklini təsdiqlədi. Bu məclis, beləliklə Xalkidonun Şərq Pravoslavlığı üçün ən əhəmiyyətli sinodik qınaqlarından birini təşkil edir. Bəzi Xalkidonların, Qeyri-Xalkidonların Eutychesin səhv təlimlərini qəbul etdikləri barədə ittihamlarına cavab olaraq, Üçüncü Efes iştirakçıları Məsihin insanlığına xələl gətirən bütün təlimləri anatematizasiya etmişdilər, lakin Eutyches haqqında heç bir açıq söz demədən bunu etdilər. Bundan əlavə, məclis, Trakya, Pont və Asiya üzərindəki Konstantinopol Patriarxiyasına səlahiyyət verərək Xalkidonda güzəştə gedilən Efes Kilsəsinin (Asiya sivil yeparxiyasına uyğun olaraq) tam muxtariyyətini bərpa etdi.
İkinci Efes Məclisi
İkinci Efes Şurası — 449-cu ildə toplanan kilsə məclisidir. Ekumenik kilsə məclisi olaraq İmperator II Teodosiusun çağırışı ilə çağırılsa da, mübahisəli protokollarına görə ekumenik sayılmamış və “Saxta məclis” adlandırılmışdır. Daha sonra Xalxidon məclisi tərəfindən rədd edilmişdir.
İkinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
2000-ci il Azərbaycan parlament seçkiləri — Milli Məclisə II çağırış seçkiləri. == Zəmin == II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu. İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi. İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.
İran Məclisi
İslam məşvərət şurası (fars. مجلس شورای اسلامی ایران ‎- İranın İslami Məşvərət Məclisi) - İran İslam Respublikasının qanunverici orqanı. 4 ildən bir seçilən məclisin tərkibində hazırda 290 deputat var. Məclisin sədri Mohammad Bagher Ghalibafdir.
İrəvan Quberniya Ruhani Məclisi
İrəvan Quberniya Ruhani Məclisi — Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İrəvan quberniyasında idarə. == Tarixi == İrəvan Quberniya Ruhani Məclisi 1829-cu ildə yaranmışdı. İrəvan şəhərində Göy məsciddə yerləşirdi. Məclis bir rəis və bir neçə üzvüdən ibarət idi. İrəvan Quberniya Ruhani Məclisi quberniyanın Aleksandropol, Naxçıvan, Novobayazet, Sürməli, Şərur-Dərələyəz, İrəvan,Eçmiədzin və Ordubad qəzalarının müsəlmanlarına xidmət edirdi. Qəza qazılarını, Şəhər və kənd prixod axundlarını təyin edir, imtahan götürürdü. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan vəqf torpaqlarını idarə edir, icarəyə verirdi. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan məscid, türbə, zaviyyə və digər dini tikiləri inşa və təmir edirdi. Şəhərdə məclisin nəzdindəki məscidlər: Göy məscid, Novruzəlibəy məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. İrəvan Quberniya Ruhani Məclisi quberniyada yaşayan müsəlmanların doğum və vəfat qeydlərini aparırdı.
İslam Şurası Məclisi
İslam məşvərət şurası (fars. مجلس شورای اسلامی ایران ‎- İranın İslami Məşvərət Məclisi) - İran İslam Respublikasının qanunverici orqanı. 4 ildən bir seçilən məclisin tərkibində hazırda 290 deputat var. Məclisin sədri Mohammad Bagher Ghalibafdir.
Ədəbi məclislər
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi. Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Əlcəzair Milli Xalq Məclisi
Milli Xalq Məclisi (ərəb. المجلس الشعبي الوطني‎, fr. Assemblée populaire nationale) — Əlcəzair parlamentinin aşağı palatası. == Struktur == Milli Xalq Məclisi birbaşa xalq tərəfindən seçilən 462 üzvdən ibarətdir. 462 yerdən 8-i xaricdə yaşayan əlcəzairlilər üçün ayrılmışdır. Xalq Məclisinin üzvləri çoxmandatlı seçki dairələri üzrə proporsional nümayəndəlik yolu ilə birbaşa beş il müddətinə seçilirlər. Bu quruma son seçkilər Məclisə seçilmək üçün yaş tələbi 28-dir. Əlcəzairdə vilayətlər adlanan 48 rayon və 4 xarici seçki dairəsi var.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2005)
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2005) — 2 dekabr 2005-ci il tarixində III çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədov iştirak etmiş və birinci turda 105 lehinə səslə sədr seçilmişdir. == Seçki qaydası == Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010)
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010) — 29 noyabr 2010-cu il tarixində IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədov iştirak etmiş və birinci turda 121 lehinə, 1 əleyhinə səslə sədr seçilmişdir. == Seçki qaydası == Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2015)
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2015) — 24 noyabr 2015-ci il tarixində V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədov iştirak etmiş və birinci turda 124 lehinə səslə sədr seçilmişdir. == Seçki qaydası == Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2020)
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2020) — 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova iştirak etmiş və birinci turda 116 lehinə səslə sədr seçilmişdir. == Seçki qaydası == Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı — Azərbaycan Respublikasının Milli Məclisinin sədarətində təmsil olunan 1 nəfər sədrin birinci müavini və 3 nəfər sədr müavinlərinin siyahısı Milli Məclisin Sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin Sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin Sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin Sədrinin müavini Milli Məclisin Sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər. Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədrlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədrlərinin siyahısı — 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin adı Azərbaycan Respublika Ali Soveti olaraq dəyişdirilmiş, daha sonra isə onların bazasında Azərbaycan Respublikasının Milli Məclisi qurulmuşdur. Bu məqalədə hər 2 quruma rəhbərlik edən sədrləri ehtiva etməkdədir. == Siyahı == == Müvəqqəti sədrlər == Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Aşağıdakı siyahıda müvəqqəti sədrlər sıralanmışdır: === Qeydlər === == Yaşayan sabiq sədrlər == Hal-hazırda 4 yaşayan sabiq parlament sədri var. Murtuz Ələsgərov 2012-ci ildə 84 yaşında vəfat edərək son ölən parlament sədri olmuşdur.
Erməni Millət Məclisi
Erməni Millət Məclisi — Osmanlı imperiyasında 1863-cü il Nizamnamə-i Millət-i Erməniyana əsasən yaradılmış Millət-i Erməniyanın idarəedici orqanı. == Tarixi == 1863-cü ildə Bab-ı Ali 1848-ci il Fransa Konstitusiyasından ilhamlanaraq tərtib edilmişdir Nizamnamə-i Millət-i Erməniyanı təsdiqləmişdir. Tarixçilərə görə, bu, konstitusional monarxiyanın suverenin Konstantinopol Erməni Patriarxı olduğu forması idi. Hakimiyyətlər bölgüsü olan bu hökumət quruluşunda icra hakimiyyəti patriarxın əlində idi. Qanunvericilik hakimiyyəti 140 deputatı olan Millət Məclisinə həvalə edilmişdir. Onlar kilsənin möminləri tərəfindən ümumi səsvermə yolu ilə irəli sürülən 220 namizəddən ibarət siyahı əsasında seçilirdilər. Bu məclis icra məsuliyyəti konsepsiyasına uyğun olaraq patriarxı təyin edir və onun fəaliyyətinə nəzarət edirdi. Bundan əlavə, öz üzvlərindən 12 nəfərdən ibarət dini məclis seçirdi. Dini məclis monastırlar, ianələr, miraslar və xəstəxanalarla məşğul olurdu. Millət məclisi həmçinin, 20 üzvdən ibarət siyasi məclis seçirdi, o da öz növbəsində iki milli şura formalaşdırırdı.
Erməni ruhani və ali məclisləri
Erməni ruhani və ali məclisləri — Konstantinopol Erməni Patriarxının fəaliyyətini məhdudlaşdırmaq, Osmanlı imperiyasında erməni icmasının mədəni və mənəvi işlərini idarə etmək məqsədi ilə 1847-ci ildə yaradılmış iki qurum. Konstantinopolun erməni icmasının nümayəndələrindən seçilən daimi fəaliyyət göstərən orqanları var idi. 14 kilsə xadimindən ibarət olan ruhani məclis dini işləri tənzimləyirdi. Əhali tərəfindən seçilmiş 20 nəfərdən ibarət ali məclis məktəblərə, mətbuata və digər mədəniyyət müəssisələrinə nəzarət edirdi. 1860-cı ildə Milli Konstitusiyanın qəbulu ilə bu məclislər müxtəlif orqanlar kimi yenidən təşkil olunmuşdular.

Значение слова в других словарях