Dondar

DondarlıAzərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd.[2]

Dondarlı
40°43′27″ şm. e. 45°43′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 137 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Dondarlı xəritədə
Dondarlı
Dondarlı

Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır.[3]

Dondarlı kəndinin tarixi cox qədimdir. Bu kəndin tarixi haqqında alban tarixçilərinin və yunan tarixçilərinin əsərlərində rast gəlmək olar. Dondar albaniyada yaşayann 26 tayfadan biridir. Dondarlı kəndinin adı haqqında bir çox məlumat var.

Qədim türk tayfalarından olan dondarlar haqqında, onların QafqazdaAzov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə. VI–V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. TovuzQubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Albaniyanın şimal-qərb ərazilərində yaşamışlar.

Güman olunur ki, türkdilli dondarlar Qafqaz Albaniyası ərazisinə III–IV əsrlərdə tərtər, aran, kəngər, xurs, savar tayfaları ilə, VI–VIII əsrlərdə isə xəzərlər, avarlar, qismən suvarlar və başqaları ilə eyni vaxtda daxil olmuşlar. XIII əsrin Kiçik Asiya türk tayfalarından biri dondarlı adlanırdı. Dondar şəxs adları türkcə izah olunur. Plutarx dondar hakiminin adının Oltak olduğunu göstərir. Bu sözü "oğul" (Oul) və "tək" sözlərinə ayırmaq olur.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə, Tovuz şəhərindən şərqdə, Tovuzçayın sahilində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 134 68 66
2009[5] ↗137 ↗70 ↗67

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən heyvandarlıqəkinçiliklə məşğul olur. Əsasən kartof becərilir.

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. Dondarlı (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 168. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]