Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Dadıyev Elnur
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elnur Abbaslı
Elnur Yaşar oğlu Abbaslı (17 iyul 1992, Köçərli, Tərtər rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Abbasov
Elnur Abbasov (7 mart 1984, Mingəçevir) — Azərbaycanlı futbolçu. == Həyatı == Elnur Abbasov 7 mart 1984-cü ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Ədliyyə Bakı, Turan Tovuz, Karvan, MKT-Araz, Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Azərbaycan çempionatının gümüş mükafatçısı (Karvan - 2006).
Elnur Abbasquliyev
Elnur Abbasquliyev — azərbaycanlı aktyor. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır. E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev.
Elnur Abdullayev
Elnur Abdullayev (rus.
Elnur Abışov
Elnur Şaiq oğlu Abışov ( d. 1 sentyabr 1997, Qarasu, Kürdəmir — ö. 7 oktyabr 2020, Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi. == Hərbi xidməti == 2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib.
Elnur Allahverdiyev
Elnur Allahverdiyev (şəhid) — Vətən müharibəsi şəhidi. Elnur Allahverdiyev (futbolçu) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev (deputat) — azərbaycanlı dövlət və siyasi xadim.
Elnur Allahverdizadə
Elnur Əli oğlu Allahverdizadə (15 may 1995, Sumqayıt – 7 noyabr 2020, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirmişdir. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərmişdir. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olmuşdur. Xüsusilə, "Son iclas" bədii filminin bum operatoru, "Buğlama" komediya serialının səs operatoru olmuşdur. "Picmus production”un əməkdaşı olaraq çalışmışdır. == Hərbi xidməti == Elnur Allahverdizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
Elnur Alıyev
Elnur Aslanov
Elnur Kazım oğlu Aslanov (1977) — azərbaycanlı dövlət məmuru. Elnur İsgəndər oğlu Aslanov (1983-2012) — azərbaycanlı sərbəst güləşçi.
Elnur Ağaəhmədov
Elnur Fəxrəddin oğlu Ağaəhmədov (28 iyun 1998; Xızı rayonu, Azərbaycan — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "kiçik gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Ağaəhmədov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Xızı rayonunun Sitalçay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elnur Babayev
Elnur Babayev- azərbaycanlı rəssam == Həyatı == 1962-ci il iyulun 5-də Bakıda anadan olmuşdur. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. == Yaradıcılığı == Əsərləri Avstriya, Fransa Mədəniyyət Nazirliyi, Rusiyada Müasir İncəsənət Qalereyasında, habelə ictimai və şəxsi kolleksiyalarda xüsusi yer tutur. 1995-ci ildə Beynəlxalq YUNİSEF Foto Müsabiqəsinin qalibi olmuşdur.1997, 2000, 2001-ci illərdə Ümumdünya Mətbuat Fotomüsabiqəsində mükafata layiq görülmüşdür. Əsərləri Vaşinqtonda Alla Rocers Qalereyasında, Londonda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində "Humay" Qalereyasında nümayiş etdirilib. E. Babayevin əsərləri həm də İndiana Universitetinin "Memorial Yunion" qalereyası, Nyu-Yorkda Türk Mədəniyyət Mərkəzi və Vaşinqtonda “L.I.P.A.” qalereyasında nümayiş etdirilmişdir. Hazırda Merilənddə yaşayır.
Elnur Bayram
Elnur Bayram, Elnur Ədalət oğlu Bayramov — Azərbaycanlı şair, jurnalist. == Həyatı == Bayramov Elnur Ədalət oğlu (Elnur Bayram) 26 iyul 1980–ci il tarixində Kəlbəcər rayonunun Ağcakənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 2001-ci ildə Azərbaycan Aqrar Ekologiya İnstitutu adlı tədris kursunu bitirib. 2001-2002–ci illərdə təmas xəttində hərbi xidmətdə olub. Xidmətin son üç ayını Müdafiə Nazirliyinin Təlim tədris taborunda ehtiyat zabit hazırlığı kursunu keçib. 2002-ci ilin noyabr ayından pedaqoji fəaliyyətlə başlayıb. 2005-2006–cı il də Azərbaycan Müəllimlər İnstitunun psixologiya fakultəsində yenidənhazırlanma təhsili alıb. 2000-ci lidən şeirləri, 2007–ci ildən publisitik, pedaqoji psixaloji məqalələri dərc olunur. 2011-ci ildə “Vaxt olsa” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda Bakıda psixoloq kimi fəaliyyət göstərir.
Elnur Bayramov
Elnur Şəmsi oğlu Bayramov (25 yanvar 1992, Şahverdili, İmişli rayonu – 28 dekabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elnur Bayramov 25 yanvar 1992-ci ildə İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Şahverdili kənd tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elnur Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Bayramov 28 oktyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Elnur Bağırov
Elnur Bağırov (əsgər, 1993)
Elnur Eltürk
Elnur Bəylərov
Elnur Ehtibar oğlu Bəylərov (15 may 1998, Ağaməmmədli, İmişli rayonu – 3 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Bəylərov 15 may 1998-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2005-2016-ci illərdə şəhid Elçin Heydərov adına tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Bəylərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Bəylərov noyabrın 3-də Qubadlının azad edilməsinin birində gecə saatlarında ürəyindən vurulmaqla şəhid olub və doğulduğu İmişli rayonunun Ağaməmmədli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elnur Cabbarov
Elnur Şahmurad oğlu Cabbarov (15 sentyabr 1994; Ağcabədi, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur. == Hərbi xidməti == Hərbi xidmət müddəti bitdikdən sonra Elnur Laçın rayon polis orqanında işə düzəlir, daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı. Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsində ağır yara almış, əvvəlcə, Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Ağcabədi rayonunda dəfn olunmuşdur.
Elnur Cəbrayılov
Elnur Tofiq oğlu Cəbrayılov (26 aprel 1981, Çaylı, Xanlar rayonu ― oktyabr 2020, Füzuli rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin kapitanı; Vətən Müharibəsi şəhidi. == Həyatı == Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirərək Gəncə Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Ailəli idi və 2 övladı var idi. == Hərbi xidməti == Kapitan Cəbrayılov universiteti başa vurduqdan sonra 2003-2004-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Təlim Tədris Mərkəzində təhsil alaraq leytenant rütbəsi almışdır. 2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindən könülü ərizəsi ilə ayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş və yaralı hərbçi yoldaşlarına köməklik göstərmişdir. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə ona kapitan rütbəsi verilir. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın ani hücumunun qarşısının alınması və erməni işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir.
Elnur Cəfərov
Elnur Cəfərov (kapitan) — kapitan
Elnur Dadiyev
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elnur Dəryagir
Elnur Hacıyev
Elnur Yaqub oğlu Hacıyev (12 iyun 1979, Ucar – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986–1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997–2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Elnur Hidayətoğlu
Elnur Hidayətoğlu — televiziya müxbiri. == Həyatı == 1983-cü ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Hazırda APA TV-də çalışır.
Elnur Abdullayev (şəhid)
Elnur Təvəkkül oğlu Abdullayev (10 iyul 1983, Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Məxe əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Abdullayev 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. əslən Qubadlı rayonu Yuxarı Mollu kəndindən idilər. 2001–2003-cü illərdə müddətli xidmət çəkib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elnur Abdullayev Füzuli və Hadrutun azad edilməsində savaşıb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Allahverdiyev (deputat)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (futbolçu)
Elnur Allahverdiyev (2 noyabr 1983, Bakı) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev 1983-cü il, noyabrın 2-də Bakı şəhərində anadan olub. Uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Məktəb illərindən futbola marağı və həvəsi daha da artıb. Bu həvəs ona futbolla peşəkar məşğul olmağına səbəb olub. Azərbaycan millisinin formasını geyinərək (39 oyun), «Neftçi», «Qarabağ», «Şəfa», «Xəzər Lənkəran», «Turan», MOİK, «Qəbələ» kimi klublarda oynayıb Futbola ilk olaraq həvəskar komandalarda oynamaqla başlayıb. 1999-2000-ci illərdə 2 il müddətinə bu cür komandalarda oynayaraq təcrübə qazanıb. Futbolun sirlərinə yiyələnib. Daha sonra «Şəfa» klubuna dəvət alıb. Peşəkar karyerasına da həmin vaxt başlamış olub.
Elnur Allahverdiyev (siyasətçi)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (şəhid)
Elnur Kamil oğlu Allahverdiyev (12 iyul 2001, Çaylı, Biləsuvar rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Allahverdiyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008–2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmiş, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir. Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Allahverdiyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Allahverdiyev (əsgər)
Elnur Kamil oğlu Allahverdiyev (12 iyul 2001, Çaylı, Biləsuvar rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Allahverdiyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008–2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmiş, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir. Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Allahverdiyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Alıyev (məşqçi)
Elnur Alıyev (əməkdar məşqçi)
Elnur Bağırov (əsgər, 1993)
Elnur Sahib oğlu Bağırov ( ) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Bağırov 1993-cü il, aprelin 16-da Daşkəsən rayonunda anadan olub. İxtisasca hərbçi, peşəkar snayper idi. == Hərbi xidməti == Elnur Bağırovun ixtisası snayper idi. Müharibədən öncə dəfələrlə hərbi hissə tərəfindən mükafatlandırılıb. Elnur Bağırov 27 sentyabr 2020-ci il tarixində başlamış İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu ərazisindəki döyüşlərdə iştirak etmişdir. 2020-ci il, sentyabrın 29-da Kəlbəcər rayonunun şərti adı “Üçtəpələr” olan döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin minomyot atəşi nəticəsində Elnur Sahib oğlu Bağırov şəhid olmuşdur. Şəhidin nəşi doğulduğu Daşkəsən rayonunda dəfn edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elnur Sahib oğlu Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elnur Sahib oğlu Bağırov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.