Elnur Eltürk (Elnur Hüseynov Nazim oğlu; d. 26 noyabr 1983, Sahil qəsəbəsi, Qaradağ rayonu, Azərbaycan SSR, SSRİ) — diaspor üzrə araşdırmaçı ekspert.[1] Azərbaycan Kikboksinq Federasiyası üzvü[2] və AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst Elektron Resursları şöbəsinin müdiri(2018–2020)[3]. Elnur Eltürk Azərbaycan diasporunun inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən Niderland Türk Federasiyasının təşəkkür plaketi ilə təltif olunmuşdur, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini (2019–2020)[4]., Türk Ağsaqqalları Birliyinin sədr müavini[5][6][7]
Elnur Eltürk 1983-cü ilin 26 noyabr tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2001–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Eltürk ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi Azərbaycan mətbuatına gəlməsi 2008-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Eltürk 2012-ci ildən etibarən Azərbaycan diasporunun inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda Güney Azərbaycan Televiziyası və Təzadlar qəzetində mütəxəssis kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də BayMedia İnformasiya Portalıdır[8].
Azərbaycan Kikboksinq Federasiyasında idarə heyətinin üzvüdür. AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resuslar şöbəsinin rəhbəridir[3]. 2016-cı ilin sentyabr ayında Elnur Eltürk Makedoniya parlamentinin deputatı Enes İbrahim ilə birlikdə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaratmışdır.[9]
Elnur Eltürk Almaniyanın "Köln Universitetində" ,"Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin təşkilatçılığı" ilə Xocalı soyqırımı ilə bağlı keçirilmiş konfransda iştirak edib.[10]
- Elnur Eltürk Macarıstanın alimi Borbala Obrusanszkynın və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu "Qafqazın parlayan ulduzu — Azərbaycan" adlı kitabın redaktoru olmuşdur.[11]
- Müxtəlif illərdə "Gün az","Publika.az", "Milli.az" saytlar ilə əməkdaşlıq etmişdir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Türkiyə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində" ekspert kimi fikri yayımlanmışdı.[12]
- Elnur Eltürk Könül Ordubadinin İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Unudulmayan Xocalı" şeirlər toplusunun redaktoru olmuşdur[8].[13]
- "Adil insan" (müəllif:Elxan Sahinoğlu və jurnalistlər — Rüfət Soltanla Elnur Eltürk ) adlı kitabının tərtibatçısı olmuşdur.[14]
- Eldəniz Elgünün "Erməni psixologiyası" adlı kitabının redaksiya heyetinin üzüvü olmuşdur.[15]
- Sərdar Ünsalın Türkiyədə "Ürəyim İrəvanda Qaldı" adlı romanının redaksiya heyetinin üzüvü olmuşdur.[16]
- 2017-ci ildə 28 iyun Azərbaycan-Makedoniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində roluna görə "Ufuk dərnəyinin" sədri Dr.Elvin Hasan tərəfindən "Təşəkkürnamə "ilə təltif olunub.[17]
- 2007–2009-cu illərdə "Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı"nda sədr müavini və sədr vəzifəsini icra edib.[18]
- 2008–2010-cu illərdə "Bakı Strateji Araşdırmalar Mərkəzi"nin sədri olmuşdur.
- 2013-cü ilin avqust ayının 24-də Kastamon Şəhər bələdiyyəsinin təşkilatçılığı və "Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin" təşəbbüsü ilə keçirilən "Türk Dünyası Günləri" çərçivəsində Azərbaycan və Türkiyə arasında mədəni, sosial əlaqələrin güclənməsində oynadığı rola görə bələdiyyə tərəfindən mükafatlandırılıb[19].
- "Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi"nin (ASİMDER) sədri Göksel Gülbey "Azərbaycan Müharibə Veteranları Birliyi"nin (AMVB) Sumqayıt Təşkilatının fəalları ilə görüşüb. Daha sonra ASİM-DER başqanı Göksel Gülbey tərəfindən erməni qətliamlarının dünya ictimaiyyətinə çatdırılmasında ortaq fəaliyyətlərə vermiş olduğu dəstəyə görə BDM sədri İsmayıl Ağayev, AMVB-nin Sumqayıt Təşkilatının sədri Mübariz Quliyev, BDM-in aparat rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev və araşdırmaçı-jurnalist Elnur Eltürkə təşəkkür plaketi təqdim edilib.[20]
- 2014-cü ilin noyabr ayının 24-də "Avrasiya İqtisadi Əlaqələr Dərnəynin" (EkoAvrasiya), "Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi"nin, "Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyi"nin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımıyla əlaqədar tədbirdə iştirak edib.[21]
- 2015-ci ilin martın 10-da "Diaspor Jurnalistləri Birliyinin İdarə Heyəti"nin üzvü Elnur Eltürk "Türkiyə Gənclik və Xidmət Vəqfinin" (Türgev) təqdimat mərasimində iştirak etmişdir.[22]
- 2017-ci ilin may ayının 6-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsinin qaliblərindən bir olub.[23]
- 2017-ci ilin 26 may ''Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin sədri Səlcuk Çətin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq adlı beynəlxalq simpozium'' da göstərdiyi fəallığa görə mükafatla təltif olunub.
- 2018-ci ildə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin çap etdirdiyi "Qərbi Kaspi" siyasi dərgisinin redaksiya heyətinin üzvü olub.[24]
- 8 may 2019-cu ildə AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini təyin olunub[25].
- İspaniyada yaşayan azərbaycanlıların fəaliyyətinin təbliğində və təşkilatlanmasında göstərdiyi fəaliyyətlərə görə, Valensiya Azərbaycanlıları Cəmiyyəti tərəfindən "Fəxri Fərman"la təltif edilib.[26]
- 2020-ci il 7 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.[27]
Vətən müharibəsi dövründə jurnalist Əli Zülfüqaroğlu ilə birlikdə Yunanıstanın karfitsa.gr saytında[28], Pakistanın "globalnewspakistan.com" informasiya portalında[29], İngiltərənin t-vine.com saytında[30], İraqın "afkarhura.com" xəbər portalında[31], İspaniyanın "TuVozenPinares" nəşri və eyniadlı saytında[32], Əlcəzair, Misir mediasında[33], Özbəkistanın "İnterpress" informasiya agentliyində[34] yayımlanıb. Siyasi analitik Elxan Şahinoğlu ilə İngiltərənin t-vine.com saytında Dağlıq Qarabağ və ətraf rayonların azad olunması məqsədilə aparılan müharibəyə həsr olunan geniş təhlil yazısı ilə çıxış ediblər.[35]. Jurnalist Əli Zülfüqaroğlu ilə birgə İndoneziyanın nüfuzlu Akurat.co informasiya agentliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yazıblar.[36]
Jurnalist Əli Zülfüqaroğlu ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında məqalə Pakistanın ingilisdilli "The Dspokesman" qəzetində yayımlanıb.[37]
Jurnalist Əli Zülfüqaroğlu ilə birgə hazırladığı yazı İndoneziya dilində kempalan.com, minanews.net[38] saytlarında "Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası" adlı başlığı altında yayımlanıb.[39]
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi İndoneziyanın 10 nüfuzlu saytında və Pakistanın "National Herald Tribune" qəzetində çap edilib.[40][41]
Jurnalist Əli Zülfüqaroğlu ilə birgə "Şuşa İli" çərçivəsində hazırladıqları məqalə 10 ölkənin 21 mətbuat orqanında yayımlanıb.[42][43]
|
"Elnur bəyi 2009-cü ildən tanıyıram. O zaman mən Qars Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri idim. Qars Azərbaycan mədəniyyət tədbirlərinin təşkilində fəal iştirak edirdi. Türk dünyasının siyasi-ictimai,mədəni,sosial həyatında fəal iştirak edən gənclərimizdəndir. Daima Qarsla bağlı məlumatların mətbuata yayılmasında da fəallıq göstərir. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram"[46].
|
|
- 19 may 2020-ci ildə Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya Parlamentinin deputatı Enes İbrahim tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib[47].
- 18 avqust 2020-ci ildə Yunanıstanda yaşayan azərbaycanlıların fəaliyyətinin təbliğinə və təşkilatlanmasına media dəstəyi göstərdiyinə görə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təltif edilib[48].
- Vətən Müharibəsi zamanı "Karabakh is Azerbaijan!" Milli Platforması çərçivəsində informasiya mübarizəsində fəal iştirak etdiyinə görə "Karabakh is Azerbaijan" Milli Platforması1 tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur.
- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspora quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur[49].
- "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının İdarə Heyətinin qərarı ilə Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda təbliği, o cümlədən xarici media ilə sıx əlaqələrin qurulmasında əməyi olan, habelə arxa cəbhədə xidmət etmiş bir qrup media və vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının qızıl ordeni ilə təltif olunub.[50]
- Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının "Təşəkkürnamə"si ilə təltif edilib[51].
- 19 iyul 2022-ci ildə "Benilüks" Azərbaycanlıları Konqresi və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və "İydə Parfumery" – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat Günü ilə bağlı fəxri diplomla təltif edilib.[52]
-
Enes İbrahim tərəfindən "Təşəkkürnamə"
-
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən "Təşəkkürnamə"