Elnur Şaiq oğlu Abışov ( d. 1 sentyabr 1997, Qarasu, Kürdəmir — ö. 7 oktyabr 2020, Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.[1].
Elnur Abışov | |
---|---|
Elnur Şaiq oğlu Abışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarasu, Kürdəmir |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri | 2020 2020 |
Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi.
2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb.
2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.[2][3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abışov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Qardaşı Abışov Səfalı Şaiq oğlu isə hazırda xidmətin davam etdirir və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.