Elnur Yaşar oğlu Abbaslı (17 iyul 1992, Köçərli, Tərtər rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Abbaslı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Köçərli, Tərtər, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Köçərli, Tərtər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub.[1] Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]