Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elvin Babayev
Elvin Babayev (tam adı: Elvin Əkbər oğlu Babayev; 28 fevral 2001; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Babayev Elvin Əkbər oğlu. 28.02.2001-ci ildə Gəncə şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhəri Leytenant Kərim Kərimov adına olan 8 nömrəli məktəbə daxil olur. 8-cu sinifdə şahinlərin yarışında 1-ci yerə çıxan Elvin məktəbdə hərbi kamandir seçilir. 1-ci sinifdən futbol, karate, 4-cü sinifdən isə qaydasız döyüşlə məşğul olur. Hərbiyə böyük həvəs göstərən Elvin 11-ci sinifi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Sərhəd Akademiyasına verir. Universitetə balı çatmadığından 2019-cu ildə Hərbi xidmətə yola düşür. 02.10.2020-ci ildə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalır.Cənab Prezidentimizin fərmanına əsasən Şəhadətindən sonra " Vətən uğrunda" "Xocavəndin azad olunması görə" ," Zəngilanın azad olunmasına görə" və "Vətənə xidmətə görə" Ordeni ilə təltif olunub.🇦🇿 === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlərdə iştirak edəndə onun tərxis olunmasına 3 ay qalırdı.
Elvin Bayramov
Elvin Bayramov (əsgər, 1998) (22.01.1998 – 2020) — MAHHXHQ əsgər, Vətən müharibəsi şəhidi. Elvin Bayramov (əsgər, 1999) (08.07.1999 – 2020) — əsgər, Vətən müharibəsi şəhidi.
Elvin Beqiri
Elvin Beqiri — Albaniya futbolçusu Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub. Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
Elvin Bədəlov
Elvin Bədəlov — Azərbaycanlı futbolçu, Neftçi klubunun oyunçusu.
Elvin Camalov
Elvin Sərkər oğlu Camalov (4 fevral 1995, Qax ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. == Bioqrafiyası == Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır. == Klub karyerası == Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır. === Çempionat === Elvin 2013-cü ildən "Qəbələ" klubunun əsas yığmasının oyunçusudur. O, klub ilə debütünü 25 oktyabr 2013-cü ildə Premyer Liqanın XI turunda "Sumqayıt" klubuna qarşı oyunda etmişdir. O, bir müddət klub daxilində № 33 forma ilə çıxış etmişdir.
Elvin Cəfərquliyev
Elvin Cəfərquliyev (26 oktyabr 2000, Bakı) — Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == === Klub === Elvin Cəfərquliyev Azərbaycan kubokunda 10 dekabr 2017-ci ildə "Keşlə"nin heyətində "Kəpəz"ə qarşı oyunda debüt etmişdir. O, 2018-ci ildə "Qarabağ"la müqavilə imzalamışdır. 2019-cu ilin yayında "Sumqayıt" FK Elvin Cəfərquliyevlə bir illik müqavilə imzaladığını açıqlamışdı. O, 17 avqust 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın heyətində "Qəbələ" ilə oyunda debüt etmişdir. O, 11 sentyabr 2020-ci ildə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının "Keşlə" ilə oyununda debüt etmişdir. Elvin Cəfərquliyev 18 avqust 2020-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Sileks"ə qarşı oyunda Avropada debüt etmişdir. === Milli komanda === Elvin Cəfərquliyev Azərbaycan milli futbol komandasının heyətində 30 mart 2021-ci ildə Serbiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində debüt etmişdir.
Elvin Dadaşov
Elvin İmanqulu oğlu Dadaşov (14 avqust 1993; Neftçala, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Dadaşov 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub. Türkan xanımla ailəli idi, bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Dadaşov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. == Həyatı == Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. === Təhsili === 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. == Fəaliyyəti == === Qeyri-hökumət təşkilatlarında === 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. === Dövlət orqanlarında === 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Elvin Həsənov
Elvin Həsənov (əsgər, 1994) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Həsənov (əsgər, 1992) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elvin Həsənov (əsgər) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Elvin Kazımov
Elvin Ədalət oğlu Kazımov (3 dekabr 1987; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1993–2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib. Ailəlidir. Bir övladı var. == Hərbi xidməti == Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə " leytnant" hərbi rütbəsi verilib və "N saylı hərbi hissədə " leytnant vəzifəsində işə başlayıb. Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi — kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ — atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AHM) kursant taqım komandiri — müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. " Kapitan " hərbi rütbəsinədək yüksəlib.
Elvin Krenzlayn
Elvin Kristian Krenzlayn (12 dekabr 1876, Miluoki, Viskonsin – 6 yanvar 1928) — "müasir maneələri dəf etməklə qaçış yarışlarının atası sayılan" ABŞ-lı yüngül atletika idmançısı. O, 1900 Yay Olimpiya Oyunlarında iştirak etməklə Olimpiya Oyunları tarixində ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış ikinci idmançıdır. Beləki, 1896 Yay Olimpiya Oyunlarında almaniyalı idmançı Karl Şuman gimnastika və güləş üzrə dörd Olimpiya qızılı qazanmışdır. 2012-ci ilə kimi Elvin Krenzlayn bir Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış yeganə yüngül atletika idmançısı idi (Cessi Ouens 1936 Yay Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə üç Olimpiya qızılına və komanda estafet yarışlarından isə bir Olimpiya qızlına sahib olmuşdur). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır. == Həyatı və karyerası == Kreznlayn ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində anadan olub. O, milliyətcə alman olan pivəçi İohann Georq Kreznlayn və Mariya Avqusta Şmidtin oğludur. Onun ailəsi sonralar ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərinə köçdü və Kreznlayn burda orta məktəbə gedib. Bu orta məktəbdə o, idmana cəlb olunub. 1895-ci ildə Vinkonsin Məktəblərarası Çempionat zamanı bir neçə növ üzrə - 100 yard məsafəyə qısa qaçış, 120 yard hündür maneələri dəf etməklə qaçış, 220 yard aşağı maneələri dəf etməklə qaçış, hündürlüyə tullanma və mərmi atma yarışlarında birinci yerin sahibi olub.
Elvin Kristoffel
Elvin Kristoffel (alm. Elwin Bruno Christoffel‎ 10 noyabr 1829[…] – 15 mart 1900[…], Strasburq) — alman riyaziyyatçısı. Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-cu ildə Reynlandda anadan olmuşdur. Əvvəllər Sürix Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir. Xüsusilə, Abel funksiyaları, cəbri funksiyalar, törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır. Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində çalışdılar.
Elvin Kərimov
Elvin Mürşüd oğlu Kərimov (13 sentyabr 1985; Biləsuvar rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elvin Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kərimov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Mikayılov
Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Mirzəyev
Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycan futbolçusu.
Elvin
Elvin — Kişi adı. Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin Mirzəyev Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycanlı futbolçu.
Elvin Mustafayev
Elvin Mustafayev (əsgər, 1992)
Elvin Mürsəliyev
Elvin Mürsəliyev (17 avqust 1988, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Mürsəliyev 2005-ci ildə Albaniyanın Tirana şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2006-cı ildə Elvin Mürsəliyev 17 yaşında Avropa Çempionatlarında debüt elədi. Rusiyada baş tutan turniri Elvin Mürsəliyev 15-ci pillədə başa vurdu. 2006 və 2007-ci illərdə gənclər arasında Avropa Çempionatlarında müvafiq olaraq 12-ci və 7-ci pillələrdə qərarlaşan Elvin Mürsəliyev 2007-ci ilin avqustunda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Həmin ilin sentyabrında isə 18 yaşlı Elvin Mürsəliyev Dünya Çempionatlarında debüt elədi. Amma bu debüt uğursuz oldu və o, turniri 45-ci pillədə başa vurdu. 2008-ci ildə isə Elvin Mürsəliyev İstanbulda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2009-cu ilin əvvəlində Elvin Mürsəliyev Fransada Kristo Lutte beynəlxalq turnirində gümüş medala sahib olsa da, il ərzində Avropa Çempionatı və Qızıl Qran-Pri beynəlxaq turnirini müvafiq olaraq yeddinci və beşinci pillələrdə başa vurdu. 2010-cu ilin aprelində isə Elvin Mürsəliyev Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elvin Məlikməmmədov
Elvin Elçin oğlu Məlikməmmədov (d. 20 may 2002; Xudat, Xaçmaz rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elvin Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 4-də Madagizin azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məlikməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Məmişzadə
Elvin Məmişzadə (17 dekabr 1991, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Dünya Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Məmişzadə 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/32 final mərhələsində Elvin Məmişzadə Hindistan nümayəndəsi Nanao Sina 6:22 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. 2010-cu ilin iyununda isə Elvin Məmişzadə nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Rusiyada baş tutan Avropa Çempionatında Elvin Məmişzadə 1/4 final mərhələsində son Dünya Çempionatının finalçısı olan Rusiya nümayəndəsi David Ayrapetyana 5:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə Elvin Məmişzadə son Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ohaves Danielyan üzərində 8:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi son olimpiadanın bürünc medalçısı olan İrlandiya nümayəndəsi Paddi Barnes oldu. Həmin görüşdə Elvin Məmişzadə rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. 18 yaşında Avropa Çempionatının finalçısı olan Elvin Məmişzadə bir il sonra, 2011-ci ilin iyununda İstanbul şəhərində baş tutan Avropa Çempionatında isə uğursuz çıxış elədi. Elvin Məmişzadə turnirin 1/16 final mərhələsindəcə rəqibinə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.
Elvin Məmmədov
Elvin Məmmədov (futbolçu) — Azərbaycanlı futbolçu. Elvin Məmmədov (çavuş, 1988) -Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsinin şəhidi. Elvin Məmmədov (çavuş, 1992) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsinin şəhidi. Elvin Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elvin Məmmədov (əsgər, 1996) Elvin Məmmədov (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elvin Məmmədov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi.
Elvin Məmmədzadə
Elvin İlham oğlu Məmmədzadə (22 noyabr 1996; Samux rayonu, Azərbaycan - 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Məmmədzadə 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub. 2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Məmmədzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Məmmədzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Samux rayonunda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elvin Namazov
Elvin Məmməd oğlu Namazov (7 sentyabr 1990; Qazax, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == Elvin Namazov 1990-cı ilin 7 sentyabr günündə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin Namazov 2016-cı ildə baş leytenant rütbəsi aldı. == Hərbi xidməti == Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Elvin Namazov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Namazov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Novruzov
Elvin Novruzov (tam adı: Elvin Ziyafət oğlu Novruzov; 3 may 2001; Sumqayıt, Azərbaycan — 23 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına Şəhid olmuşdur == Hərbi xidməti == Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Elvin Orucov
Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991; Qazax rayonu, Azərbaycan- 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Elvin Orucov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elvin Ağayev (əsgər)
Elvin Valeh oğlu Ağayev (25 noyabr 1997, Xaçmaz – 30 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — 25 noyabr 1997-ci ildə Xaçmaz rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Füzulinin alınmasında fəal iştirak edib. == Həyatı == Elvin 29 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elvin Bayramov (əsgər, 1998)
Elvin Elçin oğlu Bayramov (22 yanvar 1998; Cəlilabad, Cəlilabad, Azərbaycan — 29 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Bayramov 1998-ci il yanvarın 22-də Cəlilabad rayonunun Adnali kəndində anadan olub. S.səfərov adına Adnali kənd tam orta məktəbə daxil olub. 2005 ci ildə mektebi bitirib. Lənkəran Dövlət Universitetində ali təhsil alıb. Elvin Universitetin Humanitar və Pedaqoji elmlər fakültəsini bitirib. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elvin Bayramov Fizuli döyüşlərində savaşıb. 29 oktyabr 2020-ci ildə Fizuli istiqamətində həlak olmuşdur. Cəlilabadda dəfn edilmişdir.
Elvin Bayramov (əsgər, 1999)
Elvin İslam oğlu Bayramov (8 iyul 1999; Binəqədi, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Bayramov 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı idi. E.Bayramov 2005-ci ildə 298 saylı məktəbdə birinci sinfə başlayır. 2016-ci ildə məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Almaniya üzrə regionşünaslıq ixtisasına daxil olub. O, 2020-ci ildə ali təhsilini bitirib həqiqi hərbi xidmətə yola düşüb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elvin Bayramov Fizuli döyüşlərində savaşıb. 26 oktyabr 2020-ci ildə Fizuli istiqamətində həlak olmuşdur. Biləcəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Bruks Vayt
Elvin Vayt (11 iyul 1899[…] – 1 oktyabr 1985[…]) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Elvin Həsənov (şəhid)
Elvin Çingiz oğlu Həsənov (d. 24 aprel 1994; Sumqayıt, Azərbaycan — ö. 16 mart 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cı ildə erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olumuşdur. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. == Həyatı == Həsənov Elvin 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirən Elvin Həsənov hərbi xidmətə getmişdir. == Hərbi xidməti == Əsgər Elvin Həsənov 2014-cı ilin mart ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Martın 18-i isə Elvin Həsənov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır. Dəfn mərasiminə yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər, zabitləri və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbanidə qatılmışdır.
Elvin Həsənov (əsgər)
Elvin Əlizade oğlu Həsənov (7 noyabr 1994; Mürsəl, Ağdaş, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Həsənov 1994-ci ilin noyabrında Ağdaş rayonu Mürsəl kəndində anadan olub. Ailənin 3 övladından biri, iki bacının tək qardaşı idi. Atası Əlizadə kişi illər öncə, Elvinin 17 yaşı olarkən dünyasını dəyişib. Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elvin Həsənov Fizuli və Hadrutun azad edilməsində savaşıb. 2020-ci il Oktyabrın 14-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub. 7 noyabrda şəhidlik xəbəri gələn Elvinin müqəddəs nəşi bir gün sonra Ağdaşda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Həsənov (əsgər, 1992)
Elvin Hökuməli oğlu Həsənov (8 iyul 1992, Əhmədbəyli, Saatlı rayonu – 22 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib. == Hərbi Xidməti == Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən İkinci Qarabağ müharibəsinə yola salınıb. Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib.
Elvin Həsənov (əsgər, 1994)
Elvin Çingiz oğlu Həsənov (d. 24 aprel 1994; Sumqayıt, Azərbaycan — ö. 16 mart 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cı ildə erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olumuşdur. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. == Həyatı == Həsənov Elvin 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirən Elvin Həsənov hərbi xidmətə getmişdir. == Hərbi xidməti == Əsgər Elvin Həsənov 2014-cı ilin mart ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Martın 18-i isə Elvin Həsənov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır. Dəfn mərasiminə yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər, zabitləri və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbanidə qatılmışdır.
Elvin Mirzəyev (dəqiqləşdirmə)
Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycan futbolçusu.
Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.