Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Mikayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub.[1] Evli idi.
Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]