Elvin Novruzov (tam adı: Elvin Ziyafət oğlu Novruzov; 3 may 2001; Sumqayıt, Azərbaycan — 23 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Novruzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020, 2020, 2020 |
Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına Şəhid olmuşdur
Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,[1] Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı,[2] Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı[3] ilə təltif edilmişdir.