Elvin Məmişzadə (17 dekabr 1991, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Dünya Çempionatının və Avropa Oyunlarının qalibi.[1]
Elvin Məmişzadə | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Elvin Rauf oğlu Məmişzadə | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan | |||||||||||||||||||||||||
Boyu | 160 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Elvin Məmişzadə 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Turnirin 1/32 final mərhələsində Elvin Məmişzadə Hindistan nümayəndəsi Nanao Sina 6:22 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[2]
2010-cu ilin iyununda isə Elvin Məmişzadə nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı.[3] Rusiyada baş tutan Avropa Çempionatında Elvin Məmişzadə 1/4 final mərhələsində son Dünya Çempionatının finalçısı olan Rusiya nümayəndəsi David Ayrapetyana 5:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda isə Elvin Məmişzadə son Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ohaves Danielyan üzərində 8:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə onun rəqibi son olimpiadanın bürünc medalçısı olan İrlandiya nümayəndəsi Paddi Barnes oldu.[3] Həmin görüşdə Elvin Məmişzadə rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.[3]
18 yaşında Avropa Çempionatının finalçısı olan Elvin Məmişzadə bir il sonra, 2011-ci ilin iyununda İstanbul şəhərində baş tutan Avropa Çempionatında isə uğursuz çıxış elədi.[4] Elvin Məmişzadə turnirin 1/16 final mərhələsindəcə rəqibinə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.[4]
Həmin ilin sentyabrında isə Elvin Məmişzadə Azərbaycanda baş tutan Dünya Çempionatında mübarizə apardı.[5] Elvin Məmişzadə turnirin 1/32 final mərhələsində İndoneziya nümayəndəsi Julio Briaya 20:8, 1/16 final mərhələsində İspaniya nümayəndəsi Fransiso Torrixosa 22:15 hesabları ilə qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayar oldu.[5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə isə onun rəqibi son Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Mişa Aloyan oldu.[5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin Məmişzadə rəqibinə 12:14 hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[5] Elvin Məmişzadə medalın bir addımlığında mübarizəsini dayandırsa da, olimpiya lisenziyasına sahib oldu.[5]
Elvin Məmişzadə 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[6] 20 yaşlı Elvin Məmişzadə olimpiadanın təsnifat mərhələsində Monqolustan nümayəndəsi Tuqstsoqt Nyambayar ilə üz-üzə gəldi.[6] İyulun 30-da baş tutan həmin görüşdə Elvin Məmişzadə rəqibinə 11:18 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[6]
Olimpiadadan sonra Elvin Məmişzadənin birinci nüfuzlu beynəlxalq turniri 2013-cü ilin iyununda Belarusda baş tutan Avropa Çempionatında oldu.[7] Turnirin 1/8 final mərhələsində Elvin Məmişzadə İspaniya nümayəndəsi Kelvin de la Nieve üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə isə onun rəqibi Macarıstan nümayəndəsi Norbert Kaluza oldu.[7] Bu görüşdə də Elvin Məmişzadə rəqibinə qalib gəldi (3:0) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[7] Finala gedən yolda onun rəqibi son Dünya Çempionatının finalçısı olan Uels nümayəndəsi Andre Selbi oldu.[7] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin Məmişzadə rəqibinə 1:2 hesabı ilə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.[7]
Həmin ilin əsas turniri isə Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatı oldu.[8] Elvin Məmişzadə turnirin 1/16 final mərhələsində Venesuela nümayəndəsi Eduard Bermudeza 2:1, 1/8 final mərhələsində isə Türkmənistan nümayəndəsi Zarip Cumayeva 3:0 hesabları ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[8] Bu mərhələdə onun rəqibi Tailand nümayəndəsi Çatçay Butdi oldu.[8] Bu görüşdə Elvin Məmişzadə rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[8] Dünya Çempionatını beşinci pillədə başa vuran Elvin Məmişzadə növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı.[8]
2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. Elvin Məmişzadənin 2 ildən sonra birinci nüfuzlu beynəlxalq turniri 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunları oldu.[9] Kişilərin 52 Kq. turnirində Azərbaycanı təmsil edən 24 yaşlı Elvin Məmişzadə turnirin təsnifat mərhələsindən azad idi.[9] Elvin Məmişzadə turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Miles Kasey ilə üz-üzə gəldi.[9] İyunun 20-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Asenov oldu.[9] İyunun 22-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibinə qalib gəldi (2:1) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[9] Finala gedən yolda onun rəqibi Almaniya nümayəndəsi Həmzə Tuba oldu.[9] İyunun 25-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə onun rəqibi İtaliya nümayəndəsi Vinçenzo Piardi oldu.[9] Rəqib Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının medallarına sahib olan təcrübəli idmançı idi.[9] İyunun 26-da baş tutan final görüşündə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0).[9] Bununla da Elvin Məmişzadə Birinci Avropa Oyunlarının qalibi oldu.[9] Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Rauf oğlu Məmişzadə "Şöhrət" ordeni ilə təltif edildi.[10]
2015-ci ilin əsas turniri isə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu.[11] Turnirin təsnifat mərhələsindən azad olan Elvin Məmişzadənin 1/8 final mərhələsində rəqibi Almaniya nümayəndəsi Həmzə Tuba oldu.[11] Həmin görüşdə Elvin Məmişzadə rəqibinə 3:0 hesabı ilə qalib gəldi.[11] Daha sonra Elvin Məmişzadə turnirin 1/4 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Məhəmməd Əli üzərində vaxtından əvvəl qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[11] Finala gedən yolda Elvin Məmişzadə Əlcəzair nümayəndəsi Məhəmməd Flissi üzərində vaxtından əvvəl qələbə qazandı və final görüşünə vəsiqə qazandı.[11] Dünya Çempionatının həlledici görüşündə isə Elvin Məmişzadə Kuba nümayəndəsi Yosvani Veyta ilə üz-üzə gəldi.[11] Həmin görüşdə Elvin Məmişzadə rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.[11] Bununla o, həm də olimpiya lisenziyasına sahib oldu.[11]
Elvin Məmişzadə 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[12] Olimpiadanın təsnifat mərhələsindən azad olan Elvin Məmişzadə turnirin 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Oljas Sattibayev ilə üz-üzə gəldi.[12] Avqustun 15-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[12] Yarım-finala gedən yolda onun rəqibi Özbəkistan nümayəndəsi Şahobidin Zoirov oldu.[12] Avqustun 17-də baş tutan görüşdə son Elvin Məmişzadə rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[12] Bununla da Elvin Məmişzadə medalın bir addımlığında mübarizəsini dayandırdı və Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.[12][13]
Olimpiadadan sonra Elvin Məmişzadə 2017-ci ilin iyununda Avropa Çempionatında mübarizə apardı.[14] Elvin Məmişzadə turnirin 1/8 final mərhələsindəcə İtaliya nümayəndəsi Manuel Kappaya məğlub oldu (0:3) və Avropa Çempionatında mübarizəsini başa vurdu.[14] Bu Elvin Məmişzadənin nüfuzlu beynəlxalq turnirlərdə son çıxışı idi.
Dünya Çempionatı | İtaliya | |||
Avropa Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Türkiyə | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Olimpiya Oyunları | Braziliya | |||
Avropa Çempionatı | Ukrayna |