Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ermənicə
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Ermənicə Vikipediya
Ermənicə Vikipediya (erm. Հայերեն Վիքիպեդիա) — Vikipediyanın erməni dilində olan bölməsi. 307.803 məqalə yaradılıb. == Tarix == Ermənicə Vikipediya 2003-cü ilin 9 iyulunda fəaliyyətə başlayıb. 2010-cu il avqust ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 10 000-i keçmiş və bununla da o Vikipediyanın +1 000 bölməsindən +10 000 bölməsinə adlamışdır. 2013-cu il dekabr ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 100 000-i keçmiş və bununla da o Vikipediyanın +10 000 bölməsindən +100 000 bölməsinə adlamışdır. == Statistika == Ermənicə Vikipediyanın keyfiyyət göstəricisi 10 000-50 000 məqaləsi olan vikipediyalar arasında orta göstəricilərindən biridir.
Qərbi ermənicə
Qərbi ermənicə, Türkiyə ermənicəsi və ya İstanbul ermənicəsi (erm. Արեւմտահայերեն) — hind-Avropa dili olan iki müasir erməni ləhcəsindən biridir. 1915-ci ilə qədər bütün Mərkəzi, Şərq və Cənub-Şərqi Anadolu Bölgələrində danışılırdı. 1915–1917-ci illərdə Erməni deportasiyası və xarici ölkələrə mühacirət səbəbi ilə hal-hazırda əsasən erməni diasporu tərəfindən danışılır. Türkiyədə, İstanbuldakı ermənilərin cüzi bir hissəsi bu dildə danışır. Türkiyədə erməni dili (Qərbi erməni ləhcəsi) bugünkü erməni cəmiyyətində yalnız kiçik bir azlıq tərəfindən danışılır. Əsas dil olaraq türk dilinin erməni dilinin yerini almasına görə Türkiyədə erməni dili məhv olma prosesinə daxil olmuş və YUNESKO Türkiyədə erməni dilini dünya illik "Atlas of the World's Languages in Danger" (Təhlükədə olan Dünya Dilləri Atlası)na əlavə etmiş və burada Qərbi Erməni ləhçəsini "definitely endangered language" ("mütləq nəsli kəsilməkdə olan bir dil") kimi xarakterizə etmişdir. Erməni diasporundan olan bəzi danışanların Ermənistana və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə görə də burada bir az danışılır; lakin Şərqi ermənicə Ermənistanda daha çox yayılmışdır.
Şərqi ermənicə
Şərqi erməni dili (erm. Արևելահայերեն) — Hind-avropa dili olan müasir erməni dilinin iki dialektindən biridir. Qafqaz dağlarında (xüsusilə Ermənistan, Dağlıq Qarabağ və Gürcüstan) və İrandakı erməni icması tərəfindən danışılır. Ermənistandan və İrandan gələn bəzi danışanların erməni diasporuna köçməsi səbəbi ilə bəzi insanlar tərəfindən diasporada danışılır; lakin Qərbi ermənicə diasporada daha çox danışılır.
Ermənilər
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Ermənian (Kəleybər)
Ermənian (fars. ارمنيان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Serbiyada ermənilər
Serbiyada ermənilər — Serbiya ərazisində yaşayan erməni əsilli əhali. 2011-ci il siyahıya alınmasına görə Serbiyada 222 erməni yaşayır. == Tarixi == Serbiya erməniləri haqqında ilk məlumat X əsrə aiddir. Artıq o dövrdə Bizans imperiyasının sərhədlərində, Makedoniya və Frakiyaya yaxın ərazilərdə ermənilərdən təşkil olunmuş ordulara aid yaşayış məskənləri vardı. Ermənilərin Serbiya ərazisində növbəti dəfə adları 1218-ci ildə Serbiya Provaslav kilsəsinin birinci arxiyepiskopu Müqəddəs Savanın erməniləri monastır tikintisinə dəvət etməsi ilə əlaqədardır. Savva erməni arxitekturası ilə tanış olmuş və heyranlığı səbəbindən məhs erməni ustalarını dəvət etmişdir. Ermənilər Vitovisa monastırını inşa etməli idilər. Bu gündə kilsənin kitabəsində erməni və serb dilində yazılar qorunur. Osmanlıların avropa fəthləri zamanı türk ordusunun tərkibində erməni əsgərlər də olmuşdur. Ancaq ermənilər adətləri üzrə osmanlı ordusuna dönük çıxaraq serb tərəfə keçmişlər.
Erməni-friqiyalılar
Erməni-friqiyalılar, ibtidai icma quruluşu dövründə Anadoluda yaşadıqları güman edilən hipotetik insanlardır Bu hipotetik cəmiyyətin mənşəyi ilə bağlı iki növ ziddiyyətli fikir və iddialar mövcuddur. Qədim yunan tarixçisi Herodotun yazdığına görə; Anadoluya köçüb məskunlaşan Frigiyalılar, Bryges və ya Briges kimi tanınan qədim Balkan xalqının bir qolu olub, klassik antik dövrdə Anadoluda yaratmış olduqları Frig Krallığı və ya Frigiya Krallığının eramızdan əvvəl VII əsrin sonlarında Kimmer işğalçıları tərəfindən dağıdılmasından sonra frigiyalıların bir qismi Şərqə – Ermənistana köç etmiş və orada erməni xalqının etnogenezini formalaşdırmışdırlar. Herodotdan fərqli olaraq bəzi müasir alimlər “protoerməni/friqiya” əhalisinin Erməni dağlarında meydana gəldiyini və sonradan Frigiyalıların qərbə köç etdiklərini düşünürlər. Erməni-Friqiya adı həmçinin bu cəmiyyətin hipotetik dilini əhatə edən Hind-Avropa dil ailəsinin bir qolunu və yaxud da mübahisəli olsa da, linqvistlər tərəfindən irəli sürülmüş hipotetik “yunan-erməni-ari” və ya “erməni-ari” dil bölməsinin və ya budağının bir alt budağını təşkil edən hipotetik dil qrupunu kimi göstərmək üçün istifadə olunur. Təsnifatlandırma olduqca çətindir, çünki bu gün Friqiya dili haqqında çox az şey məlumdur. Həmçinin, proto-erməni dili, mübahisəli olaraq yunan və ya proto-hind-İran alt qrupunda yerləşdirilir. Sözügedən erməni-friqiya fərziyyəsi ilə əlaqədar olaraq, Dəmir dövründə Anadoluda yaşamış və Het qaynaqlarında deyil, Assuriya mənbələrində rast gəlinən Muski və ya Müşkilər adlı icmanın həm proto-ermənilər, həm də frigiyalıları nəzərdə tutması ehtimal edilir. Bu istinadlar müxtəlif mənbələrdə və müxtəlif dövrlərdə istifadə edilmişdir. Muşki sözünün üçüncü və bəlkə də orijinal istifadəsi Qafqaz zonasından köçərək Anadoluda məskunlaşmış insan cəmiyyətini ifadə etməsidir. == Tənqidlər == Müasir tədqiqatlar göstərir ki, erməni və friqiya dillərinin yaxınlığı haqqında nəzəriyyələr əsassızdır.
Erməni Arşakiləri
Erməni Bazar
Erməni Bazar — Azərbaycan Respublikasının Yevlax rayonunun Xaldan kənd Sovetində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Xaldan kənd Sovetinin Erməni Bazar kəndi Xaldan kəndi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
Erməni Borisi
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Erməni neopaqanizmi
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.
Erməni quşarmudu
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. == Botaniki təsviri == Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Erməni qətliamı
Qondarma Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Erməni terrorizmi
Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir. "Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. == Zəmin == Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. == Tarixi == Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən Suriya və Livanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.
Erməni təqvimi
Erməni təqvimi — Xristianlıq yayılana qədər ermənilər tərifindən istifadə edilmiş günəş təqvimi. Bu təqvim qədim Misir təqvimi əsasında yaradılmışdır. Təqvimə əsasən bir il 365 gündən ibarətdir və yeni il 1 navasarda (qriqorian təqviminə görə 11 avqustda) daxil olur.
Erməni vilayəti
Erməni vilayəti (1828-1840) — İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra onların ərazisində yaradılmış inzibati-ərazi vahidi. == Tarixi == 1 oktyabr 1827-ci il tarixində general Paskeviçin komandanlığı altında olan Rusiya imperiya ordusu İrəvan şəhərinə hücuma başladı. 6 günlük ağır döyüşlərdən sonra 6 oktyabr 1827-ci ildə İrəvan şəhəri Rusiya imperiyası tərəfindən işğal edildi. == Gerbi == Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möhkəmləndirilməsi naminə onun gerbi də qəbul olundu. Ermənilərin təkidi ilə qəbul olunmuş bu gerbdə həmin ərazilərin türklərlə bağlılığını xatırladan bir əlamət yox idi. Gerbin aşağı hissəsində Ağrı dağının şəkli çəkilmişdi. Onun fonunda tac və Eçmiədzin (Üçmüəzzin) monastırı, gerbin yuxarı hissəsində isə Rusiya taxt-tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi. Gerb Rusiya çarı tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu. == İnzibati quruluşu == Çar hökuməti «Erməni vilayəti» yaradıldıqdan beş il sonra, 1833-cu il iyunun 23-də «Erməni vilayəti»nin idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etdi. İrəvan əyalətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi.
Erməni xaçı
Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır. Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır. == Qalereya == widths="130px" == İstinadlar == == Əlavə ədəbiyyat == Шагинян А. H. Армянские хачкары (крестные камни) и их надписи (IX–XIII вв.). Автореф. канд. дис. Ереван, 1970. Рубен Егиазарян.
Erməni xəstəliyi
Erməni xəstəliyi (və ya periodik xəstəlik və ya Yerevan xəstəliyi və ya nevropatiyasız irsi ailə amiloidozu və ya ailəvi Aralıq dənizi qızdırması; digər adları: Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi) — nadir genetik irsi xəstəlik, özünü periodik residiv serozitdə və amiloidozun inkişafında göstərir. Özünü əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə, ancaq 6% digər millətlərin nümayəndələrində göstərir. === Simptomları və nəticələri === Erməni xəstəliyi angedoniya, böyrəklərin sıradan çıxmasını və laktozanı qəbul etməmə yaradır.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Erməni əlifbası
Erməni əlifbası (erm. Հայերենի այբուբեն) – Erməni dilinin yazılması üçün istifadə edilən əlifba. 38 hərfdən ibarətdir. Mesrop Maştos tərəfindən yaradılmışdır. V əsrə qədər ermənilər tərəfindən yunan, suriya və aramey yazısından istifadə olunmuşdur. Müasir ermənilərin istifadə etdikləri indiki əlifba efiopiya yazısının tam oxşarıdır. Belə nəticəyə gəlmək mümkündür ki, Mesrop Maştos məhz erməni əlifbasını ixtira etməmiş (yuxusunda görməmiş), efiopiya (həbəş) yazısı əsasında yaratmışdır. Təxmin edilə bilər ki, erməni əlifbası həbəş mədəniyyətinin təsirinin nəticəsində formalaşmışdır. Erməni əlifbasının yaranması haqqında ikinci mübahisə doğuran nəzəriyyəyə əsasən əlifba V əsrdə suriyalı din xadimi Danil tərəfindən hazırlanmışdır. Digər bir fərziyyəyə əsasən əlifbaya daxil edilmiş hərflər zərdüşt yazılarından götürülmüşdür.
Erməni Ortodoksluğu
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Erməni Soyqırımı
Qondarma Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Ərmənis
Ərmənis — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Crocidura armenica
Crocidura armenica (lat. Crocidura armenica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır.