Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faizli svop
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Fizali
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qrizli
Qrizli (lat. Ursus arctos horribilis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Qrizli ayıları ağırlığı ən azı 500 kq olan, dünyanın ən böyük və qorxulu yırtıcılarından biridir. ABŞ-də yaşayan qrizli ayıları qəzəblənərkən qarşısına çıxanı parçalamağa çalışırlar.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Fizuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1483, Bağdad, Ağqoyunlu dövləti, Nəcəf, Ağqoyunlu dövləti, Hillə, Ağqoyunlu dövləti və ya Kərbəla, Ağqoyunlu dövləti – 1556, Kərbəla, Osmanlı imperiyası və ya Bağdad, Bağdad əyaləti[d], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fəzli
Fəzli (1543 – 1605) — azərbaycanlı şair. == Həyatı == XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur. == Yaradıcılığı == Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb. Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Adi fizali
Antonio Frilli
Antonio Frilli (? – ölüm 1902) — fərdi və ictimai sifarişçilər üçün mərmər və alebaster heykəllər üzrə ixtisaslaşmış florensiyalı heykəltaraşdır. == Həyatı və yaradıcılığı == 1860-cı ildə o, Florensiyada ilk və xüsusi Atelyesini qurdu. O, Florensiyada bir neçə köməkçi ilə əzəmətli qəbirstanlıqlar və şəxsi villalar üçün böyük ağ Karrara mərmər və zərif orta ölçülü rənglənmiş alebasterlə işləyirdi. Onun əsərləri Florensiyada Porte Santi və Allori kimi məşhur qəbirstanlıqları bəzəyir. Ölümündən sonra Frilinin mərmər portreti atelyesinə həkk olunub və bu, Cimitero degli Alloridə ailə türbəsinə yerləşdirilib. Frilli və onun qalereyası Avropada, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada məşhurdur. Buna səbəb onun əsərlərinin dünyada bir çox sərgilərdə iştirak etməsidir. O, 1876-cı ildə Filadelfiyada Yüzillik Sərgidə iştirak edib və 1881-ci ildə onun abidələri və bağ avadanlıqları Avstraliyada, Melburnda İtalyan pavilyonunda nümayiş etdirilib. 1904-cü ildə Frilinin ölümündən iki il sonra onun oğlu Sent-Lüisdə Yüzillik Sərgidə iştirak edib.
Bəxtiyar Əzizli
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı. == Razılaşma == 1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill: "Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir. Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı. İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Fizuli Bağırov
== Siyahı ==
Fizuli Cavadov
Fizuli Cavadov (1 sentyabr 1966, Zirə, Azərbaycan SSR - 30 noyabr 2021, Xızı rayonu, Azərbaycan) — Azərbaycanlı hərbçi-şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş inspektoru, Dövlət Sərhəd Xidməti'nin Mərkəzi aparatında aviasiya idarəsinin rəisi, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Füzuli Cavadov 1966-cı il sentyabrın 1-də Bakı şəhərinin Zirə qəsəbəsində doğulub. Orta təhsilini Zirə qəsəbəsi 241 nömrəli məktəbdə bitirib. == Xidməti == Füzuli Cavadovun həqiqi hərbi xidməti Rusiyanın Arxangelsk şəhərində keçib. Xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb. 1990-1991-ci illərdə Milli Orduda qulluq edib və Birinci Qarabağ müharibəsi iştirakçısı olub. 1992-1994-cü illərdə Qaladakı hərbi hissədə hazırlıq kursunu bitirib və eskadrilya komandiri vəzifəsinə qədər yüksəlib. Daha sonra qazandığı uğurlarla irəli gedərək, Müdafiə Nazirliyində xidmətə başlayıb. Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş inspektoru vəzifəsində çalışıb.
Fizuli Məmmədov
Füzuli Məmmədov (aktyor)
Fizuli Salahov
Fizuli Salahov (28 aprel 1978, Dəvəçi rayonu – 13 dekabr 2017, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medal ilə təltif edilib. == Həyatı və döyüş yolu == Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif edilib.
Fizuli Süleymanov
Fizuli Bahadur oğlu Süleymanov (20 fevral 1992; Aşağı Quşçu, Tovuz rayonu — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fizuli Süleymanov 1992-ci il fevralın 20-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2007-2016-cı illərdə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Fizuli Süleymanov 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fizuli Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Fizuli Süleymanov sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fizuli Şirinov
Fizuli Əliyev
Fizuli Vidadi oğlu Əliyev (27 yanvar 1985, Bakı – 8 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. == Hərbi xidməti == 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmişdir. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun kapitanı olan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fizuli Əliyev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Qazili (Miyanə)
Qazili (fars. قاضيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (28 ailə).
Qrızlı
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Nazlı
Nazlı — qadın adı. Nazlı Abdullayeva — Sosialist Əməyi Qəhrəmanı (1950) Nazlı Nəcəfova — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Məhəmməd — Azərbaycanlı dövlət xadimi Nazlı Hüseynquliyeva Digər Nazlı (film, 2017) — Azərbaycan tammetrajlı bədii komediya janrlı filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.