Fizuli Vidadi oğlu Əliyev (27 yanvar 1985, Bakı – 8 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Fizuli Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Fiqo |
Doğum tarixi | 27 yanvar 1985(1985-01-27) |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020(2020-10-08) (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Atası | Vidadi Əliyev |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmişdir. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fizuli Əliyev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.