Meşəlik faizi

Meşəlik faizi[1] ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir.

Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır[2].

Meşəlik faizi ən çox harda yayılıb

[redaktə | mənbəni redaktə et]

Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (AğdərəXankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir.

Meşəlik faizi orta dərəcədə olan ərazilər

[redaktə | mənbəni redaktə et]

Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, KəlbəcərLaçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (QazaxTovuz) üçün səciyyəvidir.

Meşəlik faizi az olan ərazilər

[redaktə | mənbəni redaktə et]

Aşağı meşəlik faizinə (1,1-10%) Dəvəçi, Şamaxı, Şəmkir, Xocavənd rayonları aiddir.

Naxçıvan respublikası, Ceyrançöl, Qobustan, CəbrayılFüzuli rayonları, Abşeron yarımadası, həmçinin alp çəmənləri demək olar ki, meşəsizdir (meşəlik faizi – 1-dən azdır).

Respublikanın düzən hissəsində də meşələr qeyri-bərabər paylanmışdır. Nisbətən meşəli massivlər Ağstafa rayonunda (Qarayazı meşəsi), Xaçmaz rayonunda (Yalama meşəsi) yerləşir. 1,1-5 meşəlik faizinə malik olan tuqay meşəsi sahələri Yevlax, Bərdə, AğdaşAğcabədi rayonlarında yerləşir. Kür-Araz ovalığının qalan hissəsi demək olar ki, meşəsizdir (meşəlik faizi 1-ə qədər).

Optimal və yüksək meşəlik faizi ətraf mühitin ekoloji baxımdan sağlamlaşmasına daha müsbət təsir göstərir.

Alimlərin tədqiqatları sübut edir ki, əhalinin ən az ölüm hadisəsi meşəlik faizi 50%-dən yuxarı olan rayonlarda müşahidə olunur. Ərazinin meşəlik faizini 15-dən 70%-ə qədər artırdıqda əhalinin müxtəlif xəstəliklərə məruz qalması 3 dəfə azalmışdır. Meşəli rayonlarda çöl (bozqır) rayonlarına nisbətən nəfəs orqanları və ankoloji xəstəliklərin səviyyəsi çox aşağı, əsəb-psixi xəstəlikləri isə 2 dəfə az olur.                  

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]
  1.  Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı “Elm” nəşr., 2002. 472 s. 
  2. Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. “Gənclik” nəşr., Bakı, 1988. 174s.