Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Həmidiyyə qırğınları
Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000 ilə 300.000 arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir. Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir. == Qırğınlar == Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən sonra adlandırılmışdır.Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür. 1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır. Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyini və separatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.
Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Ulduz Həmidiyyə məscidi
Ulduz Həmidiyyə məscidi — İstanbulda Ulduz sarayının girişində yerləşən XIX əsrə aid məscid. == Tarixi == Banisi Sultan II Əbdülhəmid səbəbi ilə Həmidiyyə məscidi olaraq adlansa da, daha çox Ulduz məscidi olaraq tanınır. Sultan Əbdülhəmid 1876-cı ildə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüşdür. Taxtdan endirilən böyük qardaşı Sultan Muradın yenidən taxta çıxarılmasından qorxan Sultan Əbdülhəmid cümə salamlığında saraydan uzaqlaşmamaq üçün Ulduz sarayının girişindəki yüksəkliyə yeni bir məscid tikilməsini istədi. 1881-1885-ci illərdə inşa edilən məscidin inşaat prosesindən baş mabeynçi Osman bəy məsul idi. Bir çox mənbədə məscidin memarı olaraq erməni arxitekt Sarkis Balyan göstərilsə də, bu düz deyil. Dolmabağça sarayı arxivlərindəki sənədlərə görə, məscidin memarı Nikolaidis Jelpuylo adlı yunan əsilli memar idi. Osmanlı mənbələrində Nikolaki kalfa adıyla qeyd olunan Nikolaidis, vəzifəni aldıqdan sonra hazırladığı plan və rəsmlərlə birlikdə məscidin maketini quraraq Sultan Əbdülhəmidə təqdim etdi. Sultanın təsdiqindən sonra 20 dekabr 1881-ci ildə baş tutan mərasimlə məscidin təməli atıldı. Plana görə, məscidin minbəri Bursa Ulu məscidin minbərində olduğu kimi taxtadan olmalı idi.
Hədiyyə (film, 2015)
== Süjet xətti == Xoşbəxt ər-arvad Saymon və Robin Kaliforniyada yeni evə köçürlər. Ev üçün alış-veriş edən zaman Saymon mağazaların birində təsadüfən Qordo ləqəbli sinif yoldaşı Cordon Mouzliyə rast gəlir. Saymon məktəb illərini demək olar ki xatırlamır, sinif yoldaşlarını axırıncı dəfə nə vaxt gördüyü heç yadında deyil, ona görə də Qordonu əvvəl tanımır. Mehriban və bir qədər qəribə görünən Qordo, onların evinə bir şüşə bahalı şərab göndərir. Bu hədiyyə yeni dostluğun əsasını qoyur. Saymon və Robin onu şam yeməyinə dəvət edirlər. Əvvəl hər şey yaxşı getsə də, Qordo münasibətləri ifrat dərəcəyə çatdırır, cütlüyün şəxsi həyatına burnunu soxur, inadkar şəkildə onların həyatına müdaxilə edir. Saymon və Robin onunla münasibətləri pozmaq qərarına gəlirlər. Ancaq dost bildiyi şəxsin evinin qapılarını onun üzünə bağlaması Qordonun heysiyyətinə toxunur. Belə münasibətdən hiddətlənən Qordo, məktəb illərini və Saymonun ona etdiklərinə çox yaxşı xatırlayır...
Hədiyyə (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Hədiyyə Xalçası (1949)
Hədiyyə xalçası (film, 1949)
Həmidiyə
Həmidiyə— İranın Xuzistan ostanının Əhvaz şəhristanının Həmidiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,977 nəfər və 3,949 ailədən ibarət idi.
Hərbiyyə
Ordu - Silahdan da istifadə etməklə, güc tətbiqi ilə ölkəni müdafiə edən səlahiyyətli orqan
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. == Həmçinin bax == Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Əhmədiyyə
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Cəmmiyyə
Cəmmiyyə — İslamda tarixi şiə məzhəbi. 800-ci illər ətrafında aktiv olmuşlar. Cəmmilər Əlinin tanrı, Məhəmmədin isə onun elçisi olduğuna inanırdılar. Qrupun adı ərəbcə "dhamm" felindən gəlir, onu "qınamaq, mühakimə etmək" kimi tərcümə etmək olunur. Ehtimal olunurdu ki, Məhəmmədi Əliyə deyil, insanları ona tabe olmağa çağırmağa başladığına görə qınayırlar. == İnancları == inancları: Əlinin ilahiliyinə. Əlinin Məhəmmədi özünə peyğəmbər təyin etməsnə. Məhəmmədin insanları Əliyə yox, ona tabe olmağa çağırmağa başlaması. Bunun üçün Cəmmilər Məhəmmədi (s.a.v) şiddətlə tənqid etdilər. Cəmmilərdən bəziləri Əli deyil, Məhəmmədin Allah olduğuna inanırdılar.
Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər, yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur. Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər. == Tarixi == Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Səudiyyə şahinləri
Səudiyyə şahinləri (ərəb. الصقور السعودية‎) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou zamanı 7 Hawker Siddeley Hawk təyyarəsi istifadə olunur. == Tarixi == Komanda 1998-ci ildə yaradılmışdır. İlk ictimai debüt 1999-cu ildə Səudiyyə Ərəbistanının 100 illiyi yubileyində olmuşdur. Komanda eyni təyyarələrdən istifadə olunduğuna görə Birləşmiş Krallığa məxsus Qırmızı Oxlar aerobatika komandası ilə müqayisə olunur. Xəbərlərdə keçmiş Qırmızı Oxlar pilotlarının Səudiyyə Şahinlərinin təliminə cəlb olunduğu barədə məlumatlar var.
Səudiyyə Ərəbistan
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. == Həyatı == Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. == Həyatı == Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur. 1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur. === Müharibədə iştirakı === Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.
Əhmədiyyə Ulbaşov
Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası, SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır.
Əhmədiyyə məscidi
Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. == Tarixi == Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Zeydiyyə
Zeydilik (ərəb. زيدية‎) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər. == Tarixi == Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı.
Birinci Səudiyyə Dövləti
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Mehdiyyə üsyanı
Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية‎; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər. Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı. == Tarixi == === Tarixi və üsyanın səbəbləri === 1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi.