Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
İqal
İqal — Macarıstanın Şomod medyesində yerləşən rayon. İqal Zamardinin 43 km cənubunda yerləşir. İqal spa macəra elementləri olan 12 hovuza malikdir.
AZAL PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Ozal İbrahimli
İbrahimli Ozal Ramiz oğlu (13 yanvar 1992, Bakı) — jurnalist. "Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri. == Həyatı == 1992-ci il yanvarın 13-ü Bakı şəhərində anadan olub. 2009-cu il Binəqədi rayonu 283 saylı tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib. 2011-ci ildə jurnalist kimi fəaliyyətə başlayıb. 2011-2015-ci illərdə Azxeber.com informasiya portalında müxbir və redaktor vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Xəzər TV-də yayımlanan “Avtostop” proqramında aparıcı-müxbir kimi fəaliyyətini davam etdirib. 2016-2021-ci illərdə “ARB Media Qrup”da redaktor, baş redaktor, mətbuat katibi və media şöbəsinin rəhbəri olub. 2021-ci ildən “Azad Azərbaycan” MTRK-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır Ailəlidir, 2 övladı var.
Qorqud Özal
Qorqud Özal (türk. Korkut Özal; 24 sentyabr 1929, Malatya – 2 noyabr 2016, İstanbul) — Türk siyasətçi və mühəndis. == Həyatı == 29 may 1929-cu ildə Malatyada anadan olub. İTİ İnşaat Fakültəsində yüksək təhsilini tamamladıqdan sonra 1956 və 1957 illəri arasında Amerikada mütəxəssislik təhsili aldı.Türkiyəyə döndükdən sonra ODTÜ-də təhsil üzvlüyü vəzifəsində işlədi. 1965-də özünə professor adı verildi və Dövlət Memarlıq və Mühəndislik Akademiyasında təhsil vəzifəlisi olaraq yer aldı. Siyasətə atılaraq Milli Salamatlıq Partiyasına girdi və 1973 ilə 1977 seçkilərində eyni partiyadan iki dəfə Ərzurum millət vəkili seçildi. 1974-də CHP-MSP koalisiya Hökumətində və 1975-də qurulan I. Milliyyətçi Cəbhə Hökumətində Qida Əkinçilik və Heyvandarlıq Naziri, 1977-dəki II. Milliyyətçi Cəbhə Hökumətindədirsə Daxili İşlər Naziri olaraq vəzifə götürüldü. 12 Sentyabr 1980 Zərbəsi sonrası siyasi həyatdan çəkildi. 25 Sentyabr 1980-də keçirdiyi ağır bir yol qəzasının təsirlərindən uzun müddət xilas ola bilmədi. Yaxşılaşdıqdan sonra ticarətə atılaraq iqtisadi mənada əhəmiyyətli müvəffəqiyyət təmin etdi.
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Sizal aqavası
Sizal aqavası (lat. Agave sisalana) - aqava cinsinə aid bitki növü.
Səmra Özal
Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib.
Turqut Özal
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. == Həyatı == Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
Xose Rizal
Xose Rizal (José Protacio Rizal Mercado y Alonso Realonda; 19 iyun 1861[…], Kalamba[d], İspaniya imperiyası – 30 dekabr 1896[…], Manila, İspaniya imperiyası) — Filippin şairi və yazıçısı, müstəqillik uğrunda mübarizənin öncülü idi. O, yazıları və çıxışları ilə xalqının milli kimliyinə töhfələr verən yenilikçi, uzaqgörən bir qəhrəmandır. Onun əslən ispan dilində olan "Noli Me Tangere" və "El Filibusterismo" romanları İspan hökmranlığı altında müstəmləkə həyatını təsvir edir və Filippin məktəblərində tədris olunur.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. == Həyatı == İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı. Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı. Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər.
Özal Yusifli
Özal İdris oğlu Yusifli (11 oktyabr 1992; Yevlax rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Özal Yusifli 1992-ci il oktyabrın 11-də Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Özal Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Özal Yusifli oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Özal Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Özal Yusifli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İzar çayı
İzar çayı — Avstriyanın Alplarından Almaniya sərhəddindən başlanğıc götürərək, Bavariyanın cənub-şərqindən axaraq Dunay çayına tökülür. Çayın uzunluğu 291,50 km, hövzəsinin sahəsi isə 8962,29 km²-dir. == Ümumi məlumatlar == Öz yuxarı axarında İzar tipik dağ çayıdır. Bu hissələrdə dağ çaylarının idman növləri geniş yayılıb. Axınının geniş hissəsinin isə o Cənubi Bavariyanın alçaq dağlıq hissələrindən keçir. Uzun illər bu çay yeterincə çirkli hesab edilirdi ki, bunun üçün də orada çimməyə icazə verilmirdi. Ancaq son dövrlərdə bu çay təmizlənməkdədir. Həmçinin Münhen və digər şəhərlərin əhalisi bu çayın sahillərində isti aylarda istirahət edirlər.
AZAL Arena
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Molla Zal
Molla Zal (1805, Xoy şəhristanı, Qərbi Azərbaycan ostanı – Qıraq Kəsəmən) - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası). == Həyatı == Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Zalgil 6 qardaş olmuşlar. Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır.
Zal (Mərənd)
Zal (fars. زال‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (138 ailə).
Zal Cabbarlı
Zal Cabbarlı - şair == Həyatı == == Mənbə == Maşallah Xudubəyli. “Mənim sazlı-sözlü dünyam”. Bakı, “Elm və təhsil”-2010. səh.
Zal Məmmədov
Zal Məmmədov (tam adı: Zal Məşədi Cavad oğlu Məmmədov; d.1898, Şuşa - ö.1969) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Drezden Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına tehsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Zal xan
Zal xan — Çuxursəəd bəylərbəyi (1679–1688-ci illər). == Həyatı == Zal xan Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Z. Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi.
Zal Əliyev
Zal Dünyamalı oğlu Əliyev (11 avqust 1965 Xızı - 23 iyun 1992 Ağdam) == Həyatı == Zal Əliyev 11 avqust 1965-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Altıağac qəsəbə orta məktəbinin X sinfini bitirmişdir. == Hərbi xidməti == 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Vətənimizi ermənilərdən azad etmək üçün 1993-cü ildə könüllü olaraq Qarabağa döyüşə getmişdir. Əsl qəhrəman kimi Zal 1992-ci ilin iyunun 23-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
AZAL Bakı PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
Özal Sui-qəsdi
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. == Həyatı == Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
İzah olunmayan fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
Seniha Hızal
Seniha Hızal (1897, Adapazarı[d] – 22 iyun 1985, Türkiyə) türk məktəb müəllimi və siyasətçi, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Şəxsi həyatı == Seniha Hızal 1897-ci ildə Osmanlı imperiyasında, Adapazarı şəhərində Nafiz və həyat yoldaşı Hüsniyənin ailəsində anadan olub. O, ibtidai təhsilini Fatih Orta Məktəbində (osman. Rüştiye) aldıqdan sonra Qız Peşə Məktəbinə daxil olub. Hızal daha sonra 14 oktyabr 1916 – 15 sentyabr 1917-ci il tarixləri arasında Ali Müəllimlər Texnikumunda (Dârülmuallimât) təhsil almışdır. O, 1918-ci ildə indiki İstanbul Universiteti olan Darülfünunu bitirib və təhsil müəssisəsinin ilk qadın məzunlarından biri olub. 1934-cü ildə Soyad Qanununun qüvvəyə minməsindən sonra "Hızal" soyadını qəbul etdi. O, heç vaxt evlənməyib. Hizal 22 iyun 1985-ci ildə vəfat etmişdir == Pedaqoloji fəaliyyəti == O, pedaqoloji fəaliyyətinə biologiya müəllimi kimi başlayıb. Seniha Hızal 6 dekabr 1917-ci il — 20 noyabr 1918-ci il tarixləri arasında Müəllimlər Texnikumunun müdiri olmuşdur.