Çərkəz İnal

Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlərabxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir.[1] Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, ÇemguyHatıkuay qəbilələrinin atasıdır.

Çərkəz İnal, Şahzadə İnal Nexu və ya Möhtəşəm İnal
çərkəzcə: Инал
İnalın nəvələri tərəfindən istifadə olunan gerb
İnalın nəvələri tərəfindən istifadə olunan gerb
Çərkəzlərin və abxazların hökmdarı
1427 – 1453
SonrakıMüxtəlif şahzadələr
Şəxsi məlumatlar
Doğum yeri Pshu kəndi
(hazırkı Abxaziya)
Vəfat tarixi
Dəfn yeri Dəqiq bilinmir. İddialara görə: Abxaziyada İnal-Quba ya da Qaraçay-Çərkəz bölgəsində İspravnaya
Fəaliyyəti siyasətçi
Uşaqları Жанхъуэт (Janx'uet)
Минболэт (Minbolet)
Беслъэн (Besl'en)
Унэрмэс (Wunarmas)
Къэрмыщэ (Qermışe)
Dini Dəqiq bilinmir

İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir.[2]

İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı.[3]

Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı.[4][5]

Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər.[6] Qərb çərkəzlərinə hökm edən İnal 1434-cü ildə şərq çərkəzləri üzərinə təşkil edilən edərək, 1438-ci ildə Kuban çayının şimalına təşkil edilən hücumla Krım tatar boylarını Ten çayına qədər qovduğu səfərlər başda olmaqla, çərkəzlər yaşayan yerlərin tamamını və ya böyükbir qismini bir dövlətin hakimiyyəti altında birləşdirməyi bacardı.[7]

Dövləti 40 bölgəyə ayıran İnal hər bölgəyə bir hakim təyin etdi. İnal tərəfindən qurulan bu yeni çərkəz dövlətinin paytaxtı İnalın doğulub-böyüdüyü Taman bölgəsindı yerləşən Şencir şəhəri idi.

Abxazlar ilə birləşmək istəyən İnalın Tek Adıge-Abxaz dövləti siyasətini mənimsəyən abxaz sülalələri Şaşa və Aşe mümkün döyüşdə İnalın yanında olacaqlarını bildirdilər. Müharibəni qazanan İnal rəsmən Şimali Abxaziyanı fəth etdi və meqrel dəstələri ilə mübarizə apararaq Abxaziya torpaqlarından qovduqdan sonra abxaz xalqı İnalın hakimiyyətini tanıdı və İnal Abxaziyada hökmdarlığını dəqiqləşdirmiş oldu.[8]

Abxaziya bayrağındakı ulduzlardan biri İnalı təmsil edir.

Peter Simon Pallas və Yulius von Klaproth tarixdə Şencır şəhərinə diqqət çəkən ilk araşdırmaçılar olmaqla birlikdə, ikisi də Şencır şəhərini bənzər formada ifadə etmişdir. Onlara görə, Şencır istehkamlar və xəndəklər ilə əhatəli dörd künc formada və 4 qapılı olmuşdur. Roma memarlıq üslubuna bənzər üslubda hazırlanmışdır. Şimalda düşmənə üstünlük qazandırmaq üçün saxta təpələr qurulmuşdu. Klaproth bu şəhərin qalıqlarını ziyarət etmiş və şəhərin Anapa yaxınlığında yerləşdiyini bildirmişdir.

Şəhərin tam olaraq harada yerləşdiyi bilinməsə də, ən çox dəstəklənən nəzəriyyə Klaproth və Pallas tərəfindən edilən təsvirlərə uyan Krasnaya Batareya bölgəsi olduğudur.

Ölümü və məzarı

[redaktə | mənbəni redaktə et]

İnal 1453-cü ildə torpaqlarını oğulları və nəvələri arasında bölüşdürdü və 1458-ci ildə öldü. Bundan sonra çərkəz qəbilə-hakimlikləri fomalaşdı. Bunlardan bəziləri Temruk tərəfindən qurulan Çemguy, Beslan tərəfindən qurulan Besleney, Kabarda tərəfindən qurulan Kabardiya, Zanoko tərəfindən qurulan Şamsuqdur.[9]

Abxaz iddiasına görə, İnal Şimali Abxaziyada vəfat etmişdir. Bu yer hal-hazırda İnal-Quba olaraq bilinir və Psxu bölgəsində yerləşir. Bir çox qaynaq bu iddianı təstiqləsə də, bölgədə aparılan araşdırmalar və axtarış işləri İnalın məzarının burada yerləşmədiyini göstərmişdir.

Rus arxeoloq Yevgeni Felitsinə görə, İnalın məzarı Abxaziyada deyildir. 1882-ci ildə nəşr edilən xəritədə Felitsin İnala böyük önəm verməklə bərabər, onun məzarını Abxaziyada deyil Qaraçay-Çərkəz Respublikasında olan İspravnaya bölgəsinə yerləşdirmişdir. Bu bölgədə antik heykəllər, balballar, məzarlar, qalalar və istehkamlar olduğunu və belə bir yerin İnal kimi biri üçün ideal məzar olacağını əlavə etmişdir.[10]

  1. Шамсият Абасова. Кавказская любовь. 2020.
  2. . Amjad Jaimoukha http://circasvoices.blogspot.com/2013/07/prince-inal-great-i-tomb-of-mighty.html?q=Inal (#bare_url_missing_title). 2020 may tarixində arxivləşdirilib.
  3. "PRENSLERİN PRENSİ İNAL NEKHU (PŞILERİN PŞISI İNAL NEKHU)". www.cherkessia.net. 2020 29 fevral tarixində arxivləşdirilib.
  4. Caucasian Review. . II. Caucasian Review. Vol. 2. Munich (München), 1956. Pp.; 19; 35. 1956. səh. 19.
  5. Cole, Jeffrey E. Cole. Ethnic Groups of Europe: An Encyclopedia. ABC-CLIO. 2011. ISBN 939825134.
  6. Vitaliy Shtybin. The Legendary Circassian Prince Inal.
  7. Kadir Natho. Circassian History. ISBN 144152388X.
  8. Papaskʻiri, Zurab, 1950-. Абхазия : история без фальсификации. Izd-vo Sukhumskogo Gos. Universiteta. 2010. ISBN 9941016526. OCLC 726221839.
  9. "Arxivlənmiş surət". 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  10. Pawel Krawczyk. "Horse Farm at 2500 meters high". Kabardians.com. 2009. 2015-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.