Zal xan — Çuxursəəd bəylərbəyi (1679–1688-ci illər).
Zal xan | |
---|---|
1679 – 1688 | |
Əvvəlki | Səfiqulu xan |
Sonrakı | Murtuzaqulu xan |
Şəxsi məlumatlar | |
Doğum yeri | İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti |
Zal xan Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu.
Z. Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi. Çünki camaat onların gəldiyini bilmirdi. Zal xan İrəvan qalasına daxil olduqdan sonra vəzir, şeyx ül-islam və bəzi başqa əyanları çağırtdırıb Şahın fərmanını oxudu. Oraya toplaşanların hamısı ona itaətkar olduqlarını ifadə etdilər. Müəllif bu mərasimdən sonra carçının küçəyə çıxıb "Zal xan İrəvanın sahibi oldu. Ömrü çox olsun" deyə uca səslə İrəvan sakinlərinə bildirişini türkcə olduğu kimi əsərində qeyd etməsi, şəhərdə türk dilinin işlənmə səviyyəsinin göstəricisi olub, həm də bu diyarın bir türk yurdu olmasından xəbər verir. 1679-cu ildə İrəvanda zəlzələ oldu, bir çox binalar dağıldı. Lakin Zal xanın göstərişi ilə dağılmış binalar bərpa olundu. Bu vaxt İrəvanın qala divarları da dağılmışdı. Azərbaycan vəziri İbrahim yenə İrəvana gəlib qonşu xanları — Naxçıvan, Bərdə, Zəyəm, Lori, Maku sultanlarını da çağırıb onlara qalanın tikilib bərpa edilməsinə köməklik etmələrini tapşırdı (206, 183–184, 194–197).
Zal xan İrəvanda Zal xan məscidini tikdirmişdir. Zal Xan hamamı İrəvanda məşhur idi
Zabil Həsrət oğlu Bayramov. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rol.