Seniha Hızal

Seniha Hızal (1897, Adapazarı22 iyun 1985, Türkiyə) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1][2] O, Türkiyənin 5-ci parlamentində Trabzon seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib.

Seniha Hızal
türk. Seniha Hızal
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiTrabzon seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 22 iyun 1985(1985-06-22)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Seniha Hızal 1897-ci ildə Osmanlı imperiyasında, Adapazarı ilçəsində Nafiz və həyat yoldaşı Hüsniyənin ailəsində anadan olub.[3] O, ibtidai təhsilini Fatih orta məktəbində (osman. Rüştiye) aldıqdan sonra Qız peşə məktəbinə daxil olub. Hızal daha sonra 14 oktyabr 1916 – 15 sentyabr 1917-ci il tarixləri arasında Ali müəllimlər texnikumunda (Dârülmuallimât) təhsil almışdır. O, 1918-ci ildə indiki İstanbul Universiteti olan Darülfünunu bitirib və təhsil müəssisəsinin ilk qadın məzunlarından biri olub.[2]

1934-cü ildə Soyad Qanununun qüvvəyə minməsindən sonra "Hızal" soyadını qəbul etdi. O, heç vaxt evlənməyib. Hizal 22 iyun 1985-ci ildə vəfat etmişdir.[2]

Pedaqoloji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, pedaqoloji fəaliyyətinə biologiya müəllimi kimi başlayıb. Seniha Hızal 6 dekabr 1917-ci il — 20 noyabr 1918-ci il tarixləri arasında Müəllimlər texnikumunun müdiri olmuşdur. O 26 mart 1919-cu ildə Erenköy biologiya müəllimi təyin edilib.[2]

Seniha Hızal 22 mart 1922-ci ildə Təhsil Baş Müfəttişləri İdarəsində Müfəttişlər Şurasına təyin edilmiş və bununla da Türkiyədə ilk qadın təhsil müfəttişi olmuşdur.[2]

O, 27 fevral 1923-cü ildə Kandilli qız orta məktəbinin uşaq tərbiyəsi müəllimi və müdir müavini, 8 noyabr 1923-cü ildə İstanbul qız müəllimlər məktəbinin müdir müavini, 15 sentyabr 1924-cü ildə isə Bursadakı Qız müəllimlər məktəbinin müdiri təyin olunmuşdur. 27 oktyabr 1925-ci ildə yenidən İstanbul qız müəllimlər məktəbinin müdiri olmuşdur. Hızal 12 dekabr 1926-cı ildə İstanbul bölgəsi üzrə baş müfəttiş olub.[2]

Hızal 1931-ci ildə İstanbulun Şişli şəhərində "Yeni Türkiyə" ("Yeni Türkiye") adlı özəl məktəb yaratmış və siyasi karyerasına başlayana qədər həmin məktəbin müdiri olmuşdur.[2]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

8 fevral 1935-ci ildə keçirilən parlament seçkilərində Seniha Hızal Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən deputat namizədi göstərilmiş və o, Trabzon millət vəkili olaraq 5-ci parlamentə daxil olmuşdur.[2] Bununla da o, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri olub.[1]

Parlamentdəki dörd illik fəaliyyəti dövründə o, Təhsil Əncüməninin tərkibində olub, həmçinin digər müvəqqəti əncümənlərdə də fəaliyyət göstərib. Hızal 1936-cı il iyunun 13-də Uşaqları Müdafiə Cəmiyyətinin qurultayında iştirak etmiş və qurumun Mərkəzi İdarə Heyətinin üzvü seçilmişdir.

Onun siyasi karyerası 3 aprel 1939-cu ildə, 1939-cu il parlament seçkilərindən əvvəl başa çatmışdır.[2]

Öz peşəsinə qayıdış

[redaktə | mənbəni redaktə et]

Hızal siyasəti tərk etdikdən sonra yenidən öz peşəsinə qayıtdı və 27 iyul 1939-cu ildə təhsil müfəttişi təyin edildi. O 1949-cu ilə qədər bu vəzifəni icra etmiş və daha sonra İstanbul Beyoğlu qız liseyinə biologiya müəllimi təyin edilmişdir. Hızal 3 oktyabr 1954-cü ildə təqaüdə çıxıb.[2]

  1. 1 2 "Tarihe yön veren kadınlar". Hürriyet (türk). 8 March 2007. 15 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2018.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Duroğlu, Sibel. "Türkiye'de İlk Kadın Milletvekilleri" (PDF) (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007. 110–113. 7 February 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 October 2018.
  3. Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.