Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərəviz
Kərəviz (lat. Apium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kərəviz (bitki)
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Kərəvuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kərəviq (Vərziqan)
Kərəviq (fars. كرويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (67 ailə).
Kəravuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Tərəvəz
Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkisidir. == Əsas qruplar == Tərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür: meyvəli soğanaqlı köküyumrulu meyvəköklü yarpaqlı gövdəmeyvəli kökümsovlu gövdəyarpaqlı (kormofit) zoğlu çiçəkli Meyvəli - tərəvəz bitkilərində qida üçün yetişmiş və kal meyvələr istifadə olunur. Bu qrupa pomidor, bibər, badımcan, qabaq, xiyar, göy qabaq, qarpız, yemiş, paxla, noxud, lobya (maş), qarğıdalı aiddir. Soğanaqlılarda - qida üçün soğanaq və ya göy yarpaqlar işlədilir. Onlara baş soğan, batun soğan kəvər soğan, şnit soğanı, sarımsaq aiddir. Meyvəköklülərə - dağ turpu, ağ turp, qırmızı turp, şalğam, çuğundur, kök, cəfəri, cır havuç, kərəviz aiddir. Yarpaqlı tərəvəzlərə - kahı, ispanaq, yarpaqlı cəfəri və kərəviz aiddir. Gövdəmeyvəlilərə - daş kələm aiddir. Kökümsovlulara - qıtığotu aiddir.
Ənəviz
Ənəviz (fars. اناويز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
Kök (tərəvəz)
Tərəvəz salatı
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi (fars. احمد کسروی‎) — İran tarixçisi, publisisti və hüquqşünası. == Həyatı == Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. == Elmi yaradıcılığı == Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür.
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kürəvi ildırım
Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent == Həyatı == Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Tofiq oğlu Balabəyov (14 iyun 1987; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi. Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Pərviz Bağırov
Pərviz Sadıq Saleh oğlu Bağırov (1950) — azərbaycanlı teatr sənətçisi. Pərviz Füzuli oğlu Bağırov (1994) — azərbaycanlı boksçu.
Pərviz Ələsgərov
Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Pərviz Əmiraslanov
Pərviz Əmiraslanov (Pərviz Arzuman oğlu Əmiraslanov; d. 28.07.1971, Tovuz rayonu, Sarıtala kəndi) — IAV GmbH şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. == Həyatı == Pərviz Əmiraslanov 28 iyul 1971-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə getmiş və həmin məktəbi 1988-ci ildə əla qiymətlərlə bitirdikdən sonra 98 N°-li Qovlar Qəsəbəsi Orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddət ərzində dəfələrlə fənn olimpiadalarında fəal iştirak etmişdir. Müxtəlif illərdə olimpiyada qalibi və zona üzrə 2-ci, 3-cü yerləri tutmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində universitet və respublika olimpiyadası qalibi olmuşdur. Oxuduğu müddət ərzində dəfələrlə fərqlənmiş, mükafatlara layiq görülmüş və Texniki Universitetin „Sərbəst Tələbə“ adını almışdır. Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsi üzrə keçirilən Tələbə Elmi Konfranslarında 3 il ardıcıl olaraq Elmi Katib kimi fəaliyyət göstərmişdir.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Aladar Qereviç
Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 1910 – 14 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır. == Həyatı == Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı. Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar. 1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi.
Kəreyil qalası
Kəreyil qalası — Ordubad rayonunun Çənnəb kəndindən cənubda arxeoloji abidə. Müdafiə divarlarının olduqca az bir qismi salamat qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində daşdan dördkünc formada inşa olunmuş binanın qalıqları vardır. Həmin binanın ön tərəfində təbii mağara var. Mağaranın tavanı hislənmişdir. Onun giriş hissəsindəki kiçik meydançada dən daşının parçaları, şirli və şirsiz keramika parçaları aşkar olunmuşdur. Arxeoloji materiallar bizim eranın I-II əsrlərində burada yaşayış olduğunu deməyə əsas verir. Araşdırma zamanı istehsal nümunələrinə rast gəlinsə də, qədim əmək alətləri aşkar olunmamışdır. Abidənin şərq tərəfində həmin dövrdə inşa olunan, lakin sonradan bərpa edilən su kanalı indi də fəaliyyət göstərməkdədir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası.