Pərviz Fərhadov

Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi.[1][2]

Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov
Ümumi məlumatlar
Doğum tarixi 19 iyun 1989(1989-06-19) (35 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 2003-cü ildən
Janr muğam
Musiqi aləti kamança
Təhsili

Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu il dekabrin 4-dən bu günə kimi keçirilən "Gəncləşən muğam" 1,2,3.4,5 layihələrində iştirak etmişdir. 2011-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var

2011-ci ildə Milli Konservatoriya, Təhsil Nazirliyi, Azərbaycan Dostları Mədəniyyəti Fondu, Heydər Əliyev Fondunun və Bəstəkarlar İttifaqının birgə keçirdiyi (S. Kəriminin rəhbərliyi ilə) 2011-ci ildə II Respublika Muğam müsabiqəsinin qalibi olmuş və II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil etmişdir. Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə 2011-ci ilin may ayının 6-da Füzuli rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Horadiz Muğam Mərkəzində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış etmişdir. 2011-ci ilin may ayının 29-da Ümum Rusiya Azərbaycan Konqresinin təşkil etdiyi II Solo konsertimiz Bakı kinoteatrında Moskvada Respublika günü ilə əlaqədar olub.

2012-ci ildə Buryatiya Respublikasının Ulan Ude şəhərində UNESCO(IOV) keçirtdiyi "Sounds of Eurosia" Beynəlxalq Festivalının, 2014-cü ilde Rusiyanın Çita şəhərində keçirilən Budaşkin adına Beynəlxalq Festivalının qalibi olmuşdur. Respublikamızda və onun hüdudlarından kənarda keçirilən Dövlət tədbirlərində və Beynəlxalq Festivallarda "Aypara Muğam Qrupu" adı altında Azərbaycanı təmsil edir.[3][4]

2012-ci il fevral ayının 1-dən 11-nə kimi keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Gənclər gününə təşkil etdiyi "Gəncliyin səsi" festivalında Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqraminda çıxış etmişəm. 2010-cu ildə Ulan-Ude Buryatiya Respublikasında keçirilən UNESCO (İOV)-nin təşkil etdiyi "Avrasiya Səsləri" V Beynəlxalq Festivalda ölkəmizi təmsil etmişdir. 2012-ci ildə Ulan-Ude Buryatiya Respublikasında 18 – 23 sentyabrda keçirilən UNESCO (İOV) Ümumdünya xalq yardıcılıq təşkilatının prezidenti Carmen D. Padilla və Buryatiya Mədəniyyət Naziri T. G. TSYBİKOV–un təşkil etdiyi VII Beynəlxalq "Sounds of Eurosia" 2012 festivalının qalibi olmuş və V Beynəxalq konqresdə də çixiş etmişdir. 2012-ci il 20-oktyabrda Azərbaycan Milli Kulinariya Assosiasiyası və UNESCO İOV-nın keçirdiyi Beynəlxalq Kulinariya Günündədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olmuşdur. 2012-ci ildə keçirilən 31-ci Türkiyə İstanbul Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq kitab sərgisində konsert proqramı ilə çıxış etmişdir. 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi "Lider Türk Dünyası –Lider genclerimin buluşma noktası təşkilatının təşkil etdiyi dekabr ayının 28-i Ankarada, 29-u İzmirdə "Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert proqramında çıxış etmişdir. 2011-ci ildə "Xətrinə Dəymərəm" adlı musiqi albomları və 2012-ci ildə isə "Qarabağ Canım Mənim" adlı musiqi albomları işıq üzü görmüşdür. 2013-cü ildə həmkarı Ədalət Behbudovla "İnstrumental Kompazisiya" adlı ilk klipləri ve elecə də instrumental ifaları albom şəklində ərsəyə gəlmişdir. 2013-cü ildə Eurovision Contest Dünya mahnı musabiqəsi yarışması zamanı Buta Palace-da Azərbaycanın Final turunda çıxış etmişdir. 2013-cü il 13 may Çelyabinskidə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədər keçirilən festivalın qala kansertində konsert proqramı ilə çıxış etmiş, 2013-cü ildə Tacikistanda Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun dəstəyi ilə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konsert proqramında çıxış etmişdir. 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Kanservatoriyasının birgə keçirtdiyi III Respublika İnstrumental muğam musabiqəsinin iştirakçısı olmuşdur. 2014-cü il mart ayının 14-də Füzuli Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə Horadiz şəhər muğam mərkəzində "Qarabağ Canım Mənim" adlı solo konsertləri olmuşdur. 2014-cü ilin mart ayının 18–19-da Azerbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin dəstəyi ilə Özbəkistan Respublikasının iki şəhərində DaşkəndSəmərqənd şəhərlərində Azərbaycan –Özbəkistan dostluğu başlığı altında Novruz bayramI ilə əlaqədar solo konsertləri olmuşdur.[5][6] 2014-cü il Rusiyanın Çita şəhərində keçirilən Budaşkinin adına Beynəlxalq Milli orkestrlər və ansambıllar konkursunun qalibi olmuşdur.

2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı Səfiri, Azerbaycan Respublikasının I Vitse Prezidenti, Millət Vəkili Mehriban ƏliyevanınAzərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən IV Beynəlxalq muğam müsabiqəsinin birincisi olmuşdur. 2014–2016-cı ildə ADMİU-nın Magistratura Pilləsini əla qiymətlərlə bitirmişdir. (Rektor Fərəh xanım Əliyeva) 2015-ci ildə eləcədə ADMİU tərəfindən diplomla təltif olmuşdur.

2015-ci ildə Qazaxıstanda keçirilən (İCTM) Beynəlxalq festivalda TURKSOY-un Prezidenti Hüseyn müəllim tərəfindən diplomla tətif olmuşdur.[7] 2018-ci İldə Litvada Beynəlxalq festival Skamba Kanklai-də Ölkəmizi təmsil etmişdir. Cumhuriyyətimizin 100 illiyi ilə bağlı Litvada Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə konsert vermişdir. 2017-ci ildə LAUKS-NOS Beynəlxalq Festivalda UNESCO tərəfindən diplomla təltif edilmişdir. 2018-ci İldə Tonika Group MMC tərəfindən Odlar Yurdu Milli mükafatı almışdır. ARMTN-yi tərəfindən Xan Şuşinskinin anadan olmasının 115 illiyi münasibətilə keçirilən festivalda Mədəniyyət Nazirliyi tərəfindən ən yaxşı müşayətçi diplomu ilə təltif edimişdir.

2019-cu ildə Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi Tamerlan Qarayev tərəfindən təşkil edilmiş 28 May - Respublika Günü, eləcədə Azərbaycan Diplomatik Xidmət Orqanlarının 101 illiyi mününasibətilə Vilnüsda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara "Aypara Muğam Qrupu"nun ifasında kiçik konsert təşkil olunmuşdur.[8][9][10][11] Aypara qrupu, həmçinin 2019-cu ildə 7 — iyun tarixində Vilnüsun ən populyar turistik məkanı hesab edilən Ujupis səmtində Ujupis Respublikasının Konstitsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə 8 – 9 iyun tarixlərində sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış-Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim etmişdir.

"Aypara Muğam Qrupu"nun Litva dilində çıxışları, Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələrin, həmçinin Litva dövlət himninin səsləndirilməsi xüsusi alqışlarla qarşılanmışdır. Musiqiçilərimizin bu uğurlu ifasından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq, Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış etmişdir. Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdur. (Xanəndə Tuqay İsmayılov, Xanəndə Gülzar Fərəcova və Tarda Ədalət Behbudovla). YAP-ın, UNESCO-nun və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun üzvdür.

  1. "Arxivlənmiş surət". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  2. https://azkurs.org/medeniyyet-problemler-ve-perspektivler.html?page=12
  3. https://azertag.az/xeber/Azerbaycanin__039_039Aypara_039_039_mugam_qrupu_Beynelxalq_musabiqenin_qalibi_olmusdur-59068
  4. "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  5. https://www.adalet.az/mobil/72928.html[ölü keçid]
  6. "Arxivlənmiş surət". 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  7. https://axar.az/news/kult/59186.html
  8. "Arxivlənmiş surət". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  9. "Arxivlənmiş surət". 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  10. "Arxivlənmiş surət". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  11. http://xalqqazeti.com/mobile/az/news/50793

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]