Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhsim Məhsimov
Məhsim Məhsimov — televizya jurnalisti ARB Şimal televeviziyasının direktorudur. == Həyatı == Məhsim Sədulla oğlu Məhsimov 1976-cı il iyul ayının 21-də Xaçmaz rayonunun Qırağlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.1999-2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmətdə olub. Ailəlidir, 4 övladı var. === İctimai fəaliyyəti === Televiziya fəaliyyətinə 1997-ci ildə Quba rayonunda fəaliyyət göstərən "Qütb" teleradiao şirkətində aparıcı-müxbir kimi başlayıb. 2001-ci ildən isə "Lider" televiziyasının xəbərlər xidmətində çalışıb. 2007-ci ildən Xaçmaz şəhərindən yayımlanmağa başlayan "ARB Şimal" (2016-cı ilin sentyabrın 19-na kimi RTV adlandırılıb) televeviziyasının direktorudur. Bir sıra sənədli filmlərin müəllifi, bir neçə televiziya layihəsinin rəhbəridir. Müəllifi olduğu "İşıqlı zülmət" filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi 36 yerli və 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub.
Möhsin Pak Ayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) == Həyatı == Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. == Arxa plan == Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi. == Həyatı == Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühim dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Krıvonis
Maksim Krıvonis (ölüm 1648, Lvov) — Hmelnitski üsyanında Kazak liderlərindən biri. Həmçinin bir Kazak polkovnikidir.
Maksim Litvinov
Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[…], Belostok, Litva general-qubernatorluğu[d] – 31 dekabr 1951[…], Moskva) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı. == Həyatı == Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi. Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü.
Maksim Marduxayev
Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru. == Həyatı == Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub. 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür. Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir. O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır. Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həmdə 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim pulemyotu
Maksim pulemötu - 1883 amerikan əsilli britaniyalı silah ustası Hayrem Stivens Maksimin düzəltdiyi dəzgahlı pulemyot. Maksim pulemötu ilk avtomatik silah hesab olunur; o geniş olaraq İngilis-bur (1899-1902), Birinci Dünya müharibələrində, eləcə də bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Maksim Şemberev
Maksim Şemberev (25 sentyabr 1993) — Ukraynanı və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Maksim Şemberev Ukraynanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirninin təsnifat mərhələsində 2:02.40 dəqiqə nəticə ilə 33-cü pillənin, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində isə 4:16.62 dəqiqə nəticə ilə 15-ci pillənin sahibi olub. Maksim Şemberev 2017-ci ildə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının dörd qızıl medalına sahib oldu. Daha sonra Maksim Şemberev Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 4:18.40 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Maksim Şevçenko
Maksim Leonardoviç Şevçenko — (rus. Максим Леонардович Шевченко), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı. == Həyatı == Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir. Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Medvedyev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Bidens mossii
Bidens mossii (lat. Bidens mossii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Eupatorium mohrii
Eupatorium mohrii (lat. Eupatorium mohrii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.