Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[1][2][…], Belostok, Litva general-qubernatorluğu[d][3] – 31 dekabr 1951[3][4][…], Moskva[3]) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı.
Maksim Litvinov | |
---|---|
rus. Максим Литвинов | |
| |
21 iyul 1930 – 3 may 1939 | |
Əvvəlki | Georgi Çiçerin |
Sonrakı | Vyaçeslav Molotov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 1876[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 dekabr 1951[3][4][…] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi.
Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib.
Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü. "Ölkəyə düşmən elementlərin daxil olmasının qarşısını almaq məqsədilə" xarici vətəndaşlara viza verilməsini, "bütün respublikalann mənafeyi əsas götürülərək başqa respublika ərazisindən düşmən ünsürlərin keçməsi"ni ciddiləşdirmə)d tapşırdı. Bir respublikanm ərazisindən digərinə keçmək üçün icazə vermək məsələləri əvvəlcədən razılaşdınimalı idi. Bütün ballarda Fövqəladə Komissiyanm rəyi əsas hesab edilməli idi.
Rusiya Azərbaycamn başqa sovet respublikalannda konsulluq açmasma da mane olurdu. M. M. Litvinov 1921-ci il iyulun 25-də Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsinə göndərdiyi məktubda yazırdı: "Müttəfiq sovet respublikalan RSFSR-in müxtəlif yerlərində konsulluq nümayəndəliklərini açırlar. Belə konsulluqların açılması və konsulların təyin edilməsi hər bir konkret halda yalnız XXİK ilə razılaşdınidıqdan sonra ola bilər". Məktubda daha sonra bildirilirdi: "RSFSR və müttəfiq sovet respublikalannm ümumi vətəndaşlığı olduğuna və onlann eyni hüquqlardan istifadə etdiyinə, siyasi, iqtisadi və digər maraqlann ümumiliyinə görə konsulluq müəssisələri — baş konsullar, konsul müavinləri və b. lüzumsuzdur.
1927-ci ilin noyabr-dekabr aylarında Millətlər Cəmiyyətinin hazırlıq komissiyasının dördüncü sessiyasında M.M.Litvinovun başçılığı altında Sovet nümayəndə heyəti iştirak etmişdir.
1939-cu ildə Xarici İşlər Komissarı Maksim Litvinovun qəflətən vəzifəsindən çıxarılıb heç bir səbəb göstərilmədən Molotovla əvəz olunması da maraqlı idi. Köhnə kommunist Litvinov 1930–1939-cu illərdə Xarici İşlər Komissarı işləmişdi. İşdən çıxarılması ilə bağlı açıqlama verməyən Moskva isə susurdu.
Almaniyada isə Stalinin bu addımını dialoqa dəvət kimi qəbul etdilər. Çünki, Litvinov ingilis-fransız xəttinə üstünlük verir, Hitlerdən müdafiə olunmaq üçün "Avropada "kollektiv təhlükəsizlik" sistemi" yaratmağa çalışırdı. Bundan əlavə, Litvinov həm də yəhudi idi. Yəni, Hitler üçün qəbuledilməz idi. Stalin isə gələcək rəfiqlərini "ən yaxşı hisslərini" təhqir etmək istəmirdi: rus mənşəlic Molotov isə dövlətdə ikinci şəxs sayılır və onun imzası daha nüfuzlu idi.
Xarici işlər komissarı M.Litvinov 1939-cu ilin aprel ayının 21-də Türkiyədə SSRİ-nin müvəqqəti işlər vəkili İ.O.Nikitnikova vasitəsi ilə Ş.Saracoğluna çatdırmışdı ki, təcili əlaqələr yaratmaq məqsədilə SSRİ Xarici İşlər Komissarlığı Ş.Saracoğlunun əvvəlki xahişinə uyğun olaraq Potyomkini Ankaraya göndərir. Eyni zamanda az əvvəl Sovet İttifaqı ilə əlaqələrə intensiv xarakter vermək üçün Ş.Saracoğlu Batuma gəlib Sovet nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirmişdi. Lakin Sovet tərəfi Ş.Saracoğlunun Moskva səfərinə q ədər Batum görüşünü təxirə salmağı v ə z əruri olan məsələləri V.Potyomkinlə Ankarada müzakirə etməyi məqsədəuyğun saymışdı.
15 noyabr 1944-cü ildə SSRİ Xalq xarici işlər komissarının müavini, müharibədən sonrakı quruculuq və sülh müqavilələrinin hazırlanması üzrə komissiyanın sədri M.Litvinov Sovet-Britaniya əməkdaşlığının mümkün bazası v ə perspektivləri haqqında hazırladığı geniş arayışda Yaxın Şərqdə Britaniya-Rusiya münasibətlərinin tarixinə geniş yer vermiş v ə qeyd etmişdi ki, 20-ci illərdə kamalçı h ərəkatı müdafiə etdiyinə, ona hərtərəfli yardım göstərdiyinə görə Britaniya hökuməti dəfələrlə Sovetlərdən öz narazılığını ifadə etmişdi.