Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tir-i-Müjgan Üçüncü Qadın Əfəndi
Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (d. 16 avqust 1822 - ö. 3 oktyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası. == Həyatı == Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şayələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur. Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir. Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi.
Muğanək
Muğanək (fars. مقانک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiyası == Muğanək kəndi Dizəcin, Kəngavər və Bərvəc kəndlərinin arasında və dağlıq bir bölgədə yerləşir. Daşkəsən, Pilə kəmər və Zanqafıl dağları bu kəndi üç yandan çevrələyib ki yerlilər tərəfindən bu dağların ətəyindən ağ torpaq (Kaolin) ixrac olunur. Kəndin ən önəmli və sulu bulağı Qırxbulaq adlanır. Kənd tut, qoz və fındıq bağlarının içində yerləşir. === Bitki örtüyü === Kəklikotu, Kəkotu, Boymadərən, Dağnanəsi və Gəvən kimi bitkikər Muğanək ərazisində bolca tapılır. Habelə bu kənddə Kütyarpaq püstə, Yemişan və Şam ağaclarına rast gəlmək olar. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 81 nəfər yaşayır (31 ailə). === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Mulane (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Mulane dairəsi
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Robert Muqabe
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]), diktator. == Həyatı == 21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi. == Təhsili == Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir. == Siyasi fəaliyyəti == Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur. === Həbsi === Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Muğan (Biləsuvar)
Muğan (kənd, Biləsuvar)
Muğan (Cəlilabad)
Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.
Muğan (Germi)
Muğan (fars. مغوان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (113 ailə).
Muğan (Hacıqabul)
Muğan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu, Cəlilabad rayonuvə digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[mənbə göstərin] == Coğrafiya == Muğan Yuxarı Şirvan kanalının sahilində yerləşir. Kənd Hacıqabul rayon mərkəzindən 13 km və Bakıdan 126 km məsafədə yerləşir. Kənddən Bakı-Ələt-Tbilisi beynəlxalq yolu keçir. Kənddə dəmir yolu stansiyası var.
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi == Həyatı == 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.
Muğan bələdiyyəsi
Muğan bələdiyyəsi (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan eyzeniyası
Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür. == Qısa təsviri == Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53 —68, eni 4 —6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt —cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Muğan mahalı
Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri. == Tarixi == İndiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub. Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası Petropavlovka dairəsi adlandırılmışdır. == Əhalisi == 1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı. ==== Muğan mahalı bəylərinin siyahısı (1820-ci il) ==== Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub. ==== Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi ==== Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub. == İqtisadiyyatı == Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular. == Hakimlər == Ramazan sultan (?-1727) Əliqulu xan Şahsevən (1727-1734) Məhəmməd xan (1734-?) Səfiqulu xan Qiyas xan (1742-1750) Həsən xan (1750-1789) Mustafa bəy İbrahim xan (1789-1794) Səfi xan Muğanlı (1794-1805) == Mənbə == Дренякин И.Т. Описание Ширвана.
Muğan mədəniyyəti
Talış-Muğan mədəniyyəti və ya Muğan mədəniyyəti — Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir. == Adı == 60-cı illərə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, Talış mədəniyyəti Muğan mədəniyyətindən fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda «Muğan mədəniyyəti» və «Talış mədəniyyəti» anlayışları var idi. Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənubi-şərq ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə,xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət — «Talış-Muğan mədəniyyəti» olmuşdur.
Muğan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. == Tarixi == XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Muğan xalçaları
Muğan xalçaları — müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça. == Ümumi məlumat == Bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi. == Bədii analiz == Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur: I üsul. Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna–naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, XIII – XIV əsrlərdə toxunmuş, bədii quruluşu yalnız bu elementlərdən ibarət olan xalçalarla XX əsrin əvvəllərində toxunmuş xalçalar arasında böyük bir fərq yoxdur. Burada söhbət elementin daxili bəzədilməsindən deyil, onu xaricdən təşkil edən və bəzəyən dişciklər və qarmaqlardan gedir.
Muğan xalçası
Muğan xalçaları — müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça. == Ümumi məlumat == Bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi. == Bədii analiz == Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur: I üsul. Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna–naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, XIII – XIV əsrlərdə toxunmuş, bədii quruluşu yalnız bu elementlərdən ibarət olan xalçalarla XX əsrin əvvəllərində toxunmuş xalçalar arasında böyük bir fərq yoxdur. Burada söhbət elementin daxili bəzədilməsindən deyil, onu xaricdən təşkil edən və bəzəyən dişciklər və qarmaqlardan gedir.
Muğan xaqan
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı. == Həyatı == Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur. == Hakimiyyəti == Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. === Ki imperiyası ilə münasibətlər === Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı.
Muğan şahlığı
Muğan şahlığı — Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı. 642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır. İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud İbn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür. Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan İbn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.