Muğan mədəniyyəti

Talış-Muğan mədəniyyəti[1][2][3][4][5] və ya Muğan mədəniyyəti[6][7] — Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündəTalış dağlarında mövcud olmuşdur.[8][9] Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi.[10] Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir.[11]

60-cı illərə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, Talış mədəniyyəti Muğan mədəniyyətindən fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda «Muğan mədəniyyəti» və «Talış mədəniyyəti» anlayışları var idi.

Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənubi-şərq ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə,xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət — «Talış-Muğan mədəniyyəti» olmuşdur. Bu mədəniyyət e.ə. XIV əsrdə təşəkkül tanmış, VII əsrə qədər davam etmiş və son tunc dövrü üçün səciyyəvi olan mədəniyyət tiplərindən biri olmuşdur. Arxeoloji materialların tipoloji təhlilinə əsasən F.Mahmudov bu regionda qədim insanların tunc dövrünə qədər mövcud olan təsərrüfat formalarının ən primitiv səviyyəsi kimi tanınan yığma tipindən istehsal etmə kimi daha yüksək mərhələsinə qədəm qoyduqlarını,erkən əkinçilik-maldarlıq təsərrüfatı texnikasına yiyələndiklərini, təsərrüfatın bu növünün e. ə. III minilliyin əvvəlindən başlayaraq oturaq əkinçilik-maldarlıq təsərrüfatı kimi intensiv inkişafda olduğunu, yerin şumlanmasında qoşqu qüvvəsindən, məhsulun daşınmasında isə ikitəkərli arabalardan istifadə edildiyini göstərdi.

  1. Azərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, səh. 61. ISBN 978-9952-404-48-7
  2. "Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılınc kolleksiyası (FOTO)". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  3. Nigar Abdullayeva, Tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov: “Morqan qardaşlarının Azərbaycandan apardığı materiallar Paris yaxınlığındakı Sen-Jermen Muzeyində saxlanılır” Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine, “Palitra”.-2013.-14 fevral.-№28.-S.7
  4. "Muzeyin əməkdaşı N.Quluzadə tərəfindən Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb". 2020-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  5. "Yardımlı rayonu tarixi-arxeoloji abidələrlə zəngindir". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  6. Anar Ağalarzadə, "Qədim “Muğan mədəniyyəti”nin kəşf olunduğu məkan" Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine, Azərbaycan.-2016.- 6 oktyabr.- S.7.
  7. "Muğan mədəniyyəti, Mircavadovun itkin rəsmi və müqəddəs kvadrat... - FOTOLAR". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  8. "Талиш-Муганская культура (Talish-Mugan Culture)". mapyourinfo.com.[ölü keçid]
  9. "Талиш-Муганская культура (Talish-Mugan Culture)". Большая Советская Энциклопедия. 2022-03-27 tarixində arxivləşdirilib.
  10. "МУГАНСКАЯ КУЛЬТУРА (Mugan Culture)". Академик. 2018-08-26 tarixində arxivləşdirilib.
  11. "Муганская культура (Mugan Culture)". archaeotourism. 2016-03-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]