Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk — Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa Mustafayev Mustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor) Mustafa xan Mustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi. Mustafa Vəkilov Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
"Mustafa" mükafatı
"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat. == Məqsədlər == == Namizədliklər == == Kateqoriyalar == == Tələblər == İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək. İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
Aşıq Mustafa
Aşıq Mustafa (d. ?, İran-ö. 1871, İran) — Azərbaycanlı aşıq == Həyatı == Aşıq Mustafa Urmiya vilayətinin Sitanabad kəndində dünyaya gəlmişdi. Dogum tarixi dəqiq bilinmir. Uzun müddət çobanlıq edib. Röyasında bir gözələ aşıq olmus və bu gözəli tapmaq üçün diyar-diyar gəzərək ta Eçmiadzinə (Üçkilsəyə) qədər getmisdi. Bəzi informatorlara görə ona həmin qız buta verilibmiş. Təhsili olmadıgı halda çox gözəl qoşmalar yazmıs, saz çalıb məclis idarə etmisdi. Aşıq Mustafa "Əslı və Kərəm" ve "Koroglu" dastanlarını yeni variantlarını işləmişdi. Bunlarla bərabər özünə aid çox gözəl bayatılar, gəraylılar və qoşmalar söyləmişdi.
Fazil Mustafa
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) — nasir, dramaturq, esseist, filosof. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Firuz Mustafa (Mustafayev Firuz Qədimalı oğlu) 18 fevral 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustafa 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinat üzrə Saatlı rayonunda müəllim işləmişdir. Firuz Mustafa 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978–80-ci illərdə Az. TV-də müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
III Mustafa
III. Mustafa (Divan ədəbiyyatındakı adıyla Cahangir; 28 yanvar 1717[…], Konstantinopol – 21 yanvar 1774, Konstantinopol), 26. Osmanlı padşahı və 105. İslam xəlifəsi. Atası Sultan III. Əhməd, anası Əminə Mihr-î-şâh Sultandır. Atasının 1730'da taxtdan çəkilməsindən sonra 27 il qəfəs həyatı yaşamışdır. Əmisinin oğlu III. Osmanın ölümü üzərinə 1757'də taxta keçmişdir. == Səltənəti == Başa keçdikdən sonra sədrəzəm Qoca Raqif Paşanı vəzifədə saxladı. Maliyyə vəziyyətini düzəltmək üçün sarayın xərclərini azaltdı və sui-istifadələrin üstünə getdi ancaq müvəffəqiyyətli ola bilmədi. Orduda artilleriya sinifini düzəltmək üçün Baron de Tott'a "Sürət topçuları" adında hərbi bir birlik qurdurdu. Rusların 1770'də Çeşmə'də Osmanlı donanmasını yandırmaları üzərinə yeni bir donanma hazırlanmasına çalışdı.
II Mustafa
II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664, Ədirnə – dekabr 1703, Konstantinopol) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı. == Həyatı == === İlk illəri === 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və fərman hazırlandı (31 may 1807).
I Mustafa
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol – 20 yanvar 1639, Konstantinopol) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir. Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur. == Həyatı == === Uşaqlıq illəri === Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu.
Mustafa İslamoğlu
Mustafa İslamoğlu (d. 28 oktyabr 1960, Dəvəli, Kayseri)— Türk ilahiyyatçı, şair. Ədəbiyyat, İslam hüququ, İslam tarixi, təfsir kimi sahələrdə tanınmış alim. == Həyatı == Mustafa İslamoğlu 28 oktyabr 1960-cı ildə Türkiyənin Kaysеri vilayətinin Dəvəli şəhərində ziyalı ailəsində dünyaya gəlmiş, orta təhsilini də еlə orada almışdır. Orta təhsilini başa vurduqdan sonra Yüksək İslam İnsti-tutunda, daha sonra isə Misirin məşhur əl-Əhzər Univеrsitеtin-də iki iхtisas üzrə (İslam hüququ və təfsir) ali təhsilə yiyələn-mişdir. M.İslamoğlu tələbəlik illərindən fəlsəfi-tеoloji-əхlaqi mövzularda еlmi tədqiqat işləri ilə məşğul olmağa başlamış (1982-1989) və “Dеrgah” (1982-83) jurnallarında yayımlamışdır. Mustafa İslamoğlu filosof, mədəniyyətşünas, ilahiyyatçı, yazıçı və şairdir. Yazıçı-publisistin “Yeni Şafak”, “Anadolu’da Vakit”, “Akit”, “Selam”, “Aylık Dergi”, “Ribat”, “Meydan” kimi qə-zеt və jurnallarda çap еdilən aktual mövzulara həsr olunmuş məqalələri “Makalat”, “Şafak Yazıları”, “Dağarcık”, “Yokluğunda Düşülmüş Notlar”, “Savaş Kesmeyen Sözler”, “Sözün Gücü mü”, “Gücün Sözü mü”, “Yerliler ve Yersizler”, “Ayetlerin işığında” adlı əsərlərdə toplanıb, kitablar şəklində çap еdilmişdir. M.İslamoğlu fəlsəfi, tеoloji, sosioloji, kulturoloji, tariхi, ədəbi və s. mövzulara dair 30-dan artıq еlmi və еlmi-publisistik əsərin müəllifidir.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. == Həyatı == Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mustafa Ədl
Seyid Mustafa Ədl — Mənsurüssəltənə ləqəbi ilə (1882 Təbrizin Əngəc məhəlləsi-1950 Tehran) hüquqşünası və siyasətçi. Mustafa Ədl, İranın ilk hüquq professorlarından idi və Rza şah Pəhləvi dövründə İranın müasir ədliyyəsinin təsisində o cümlədən Ticarət hüququ və ümumi cəza hüququ inkişafında əhəmiyyətli bir rol oynamışdır. == Bioqrafiyası == Seyid Mustafanın atası Hacı Mirzə İbrahim Xəlil (Rüknüddövlə ləqəbi ilə) böyük adamlarından və məriflərindən idi və ömürünün sonlarında Xorasanın ədliyyə divanxanasının prezidenti idi və dayısı Mirzə Möhsün xan Təbrizi Nəsrəddin şah Qacarın ədliyyə naziri idi.Yəhya Ədl, "İranın Cərrahı atası"da ami oğlusu idi. Ədliyyə naziri Mansurəssəltənə bеynəlxalq hüquq üzrə tanınmış mütəxəssis idi. Tеhran univеrsitеtinin hüquq fakültəsinin dеkanı işləmişdi. 1935-1938-ci illərdə xarici işlər nazirinin müavini, İranın Millətlər Cəmiyyətində nümayəndəsi, Füruqi və Sühеyli hökumətlərində maarif naziri işləmişdi. 1937-ci ildə Sovеtlərlə yaranmış sərhəd münaqişəsinin törədicisi, Pəhləvi limanı haqqında 1927-ci il öhdəliyinin pozulmasının tərəfdarı kimi tanınırdı. 1930-cu illərdə İran hökuməti Araz çayı boyunca mübahisəli hеsab еtdiyi 11 kiçik torpaq sahəsini qaytarmağa cəhd göstərmişdi. Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi isə daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi.
Mustafa Əfəndiyev
Mustafa Əfəndiyev (1918, Rusiya imperiyası – 3 noyabr 1982, Bakı) — "Azərnəşr"in direktoru. Tərcüməçi və naşir Mustafa Əfəndiyev 1918-ci ildə Füzuli şəhərində anadan olmuş, orta təhsilini bitirdikdən sonra müəllim işləmiş, 1939-cu ildə SSRİ–Finlandiya, daha sonra İkinci Dünya müharibəsində ön cəbhədə döyüşmüş və ağır yaralanmışdır. O, 1950–1955-ci illərdə M. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Bu universitetin jurnalistika fakültəsini bitirmiş ilk azərbaycanlı kimi Vətənə qayıdan Mustafa Əfəndiyev redaktorluq fəaliyyətinə başlamışdır. 1960-cı illərdən etibarən Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və 1970-ci illərdən ömrünün sonuna kimi nəşriyyatın direktoru vəzifəsində çalışmış, 3 noyabr 1982-ci ildə vəfat etmişdir. Mustafa Əfəndiyev "1001 gecə" nağıllarının 5-ci cildini, L. Tolstoyun "Hacı Murad" povestini və uşaq hekayələrini, A. Çexovun hekayələrini, R. Kiplinqin "Mauqli", L. Kerrolun "Alisa möcüzələr diyarında" kimi məşhur romanlarını, M. Qorkinin "Günəşin övladları" pyesini, Yelin Pelinin, V. İvanovun, A. Çakovskinin, S. Uluqzadənin və b. əsərlərini dilimizə tərcümə etmişdir. Onun tərcümə yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının inkişafında və zənginləşməsində əhəmiyyətli rol oynamışdır.
Mustafa Əliyev
Mustafa Cahan oğlu Əliyev (7 mart 1942, Əmirxeyir, Krasnoselsk rayonu – 3 avqust 2011, Bakı) — coğrafiya elmlər doktoru, dosent, professor. == Həyatı == Mustafa Cahan oğlu Əliyev 1942-ci il martın 7-də Qərbi Azərbaycanın Krasnoselo rayonu Əmirxeyir kəndində anadan olmuşdur. O, yeddillik məktəbi Çaykənd kəndində orta məktəbi isə Daşkəsən şəhərində bitirmişdir. 1958-ci ildə S.M.Kirov adına ADU-nın Geoloci-coğrafiya fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı coğrafiya – biologiya ixtisası üzrə bitirmişdir. == Elmi fəaliyəti == 1964-1973-cü illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunda baş müəllim işləmişdir. 1971-1974-cü illər ADU-nin aspiranturasında qiyabi təhsil almışdır. 1974-cü ildən Azərbaycan Dövlət Pedoqoji Universitetində çalışmışdır. Fakültə həmkarlar təşkilatının sədri, fakültə elmi şurasının üzvü olmuşdur. 1997-ci ildən 2007-ci ilədək Ümumi coğrafiya kafedrasının müdiri vəzifəsində işləmiş, Universitet Elmi Şurasının üzvü olmuşdur. 2002-ci ildən Ümumi coğrafiya kafedrasının professoru seçilmişdir.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Tarixi == Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12,087 idi.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist == Bioqrafiya == Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
Mübtəda
Mübtəda — (ərəb. ‎ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir. == Xüsusiyyətləri == Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.
Müstəti
Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması. Müstəti olmağın şərtləri bunlardır: 1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa; 2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun. 3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin. 4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır. 5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır. 6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur. Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir. XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir. == Digər formaları == === Müstəzadi-müxəmməs === === Müstəzadi-müsəddəs tərci === === Müstəzadi-müəşşər === === Müstəzad təsnis === Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Mustafa Kamal
Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk, digər adı Kamâl Atatürk) (ən tezi 1880 və ən geci 1881, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası – 10 noyabr 1938[…], Dolmabağça sarayı, Beşiktaş, Türkiyə) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri. Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu. Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir.
Mustafa Kandıralı
Mustafa Kandıralı (1930, Kandıra[d], Kocaeli ili – 27 dekabr 2020, Tuzla) — 1960-cı illərdə ABŞ'da konsert turu edən dünya şöhrətli bir klarnetçidir. == Həyatı == 1930-cu ildə Kocaelinin Kandıra bölgəsində anadan olub. 13 yaşında Kandıra'daki evindən qaçaraq İstanbula piyada gələn Mustafa Kandıralı, 50 illik bir dövrdə sənət həyatına onlarla yazı və 20-dən çox kaset qoydu. İyirmi ilə yaxındır ki, TRT-dəki proqramları ilə şən bayram səhərlərinin simvoluna çevrilib. Safiyə Ayla, Müzəyyən Senar və Zəki Mürən kimi dəyərli şərhçiləri müşayiət etdi. İstedadı, çalışqanlığı, yumoristik davranışı, tamaşaçı və həmkarlarına hörməti ilə musiqi aləmində bir məktəb yaratdı. Sadəcə Türkiyədə və xaricdə klarnet oyunçusu olmadığını sübut etmək üçün pərəstişkarları qazandı. Louis Armstrong ilə oynadı. Dünyadakı konsertlərdə və resitallarda iştirak etdi. Təlim aldığı ən yaxşı klarnet ustalarından biri də qardaşı oğlu Türkan Kandıralıdır.
Mustafa Kapı
Mustafa Kapı (8 avqust 2002, Dənizli) — türk futbolçudur. Super Liqada "Qalatasaray" da oynayır.
Mustafa Koçak
Mustafa Koçak (ən tezi 1 yanvar 1992 və ən geci 24 aprel 1993 və ya 1991, bilinmir, Türkiyə – 24 aprel 2020 və ya 28 aprel 2020, İzmir ili və ya İzmir) — Türkiyə siyasi məhbusu idi. 23 sentyabr 2017-ci ildə həbs edildi. Məhkəmədə şahid ifadələri sübut kimi qəbul edilərək ağırlaşdırılmış həbs cəzasına məhkum edildi. Şahid ifadəsinə əsasən "Konstutisyanı pozmaq" ittihamı ilə həbs cəzası alan Koçak, ədalətli mühakimə olunmaq üçün açlığa başladı. Bu, daha sonra açlıq aksiyasına çevrildi. O, aksiyadan 279 gün sonra 24 aprel 2020-ci ildə, İzmir Şakran həbsxanasında 29 kilo ağırlığında öldü. == Həyatı və mübarizəsi == Mustafa 4 uşaqlı işçi təbəqədən olan bir ailənin uşağı idi. Uşaqlığını və gəncliyini ailəsinə kömək məqsədi ilə kərgərlikdən tutmuş səyyar səhər yeməkçisinə qədər müxtəlif işlərdə çalışdı. Koçak 2017-ci il sentyabrın 23-də həbs edildi və 2019-cu il iyulun 11-də İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Koçak qeyri-qanuni təşkilata silah verməkdə ittiham edildi və Konstitusiyanı pozmaqda təqsirli bilindi.
Mustafa Kərimov
Mustafa Mais oğlu Kərimov (27 noyabr 1995, Şəki, Azərbaycan — 6 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mustafa Kərimov 27 noyabr 1995-ci ildə Şəkidə anadan olub. Bakı şəhər 181 saylı məktəbdə təhsil alıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mustafa Kərimov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 6-ı Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Mustafa Kərimov Buzovna Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mustafa Mahmudov
Mustafa Mahmudov (31 yanvar 1878, Kürdəmir, Göyçay qəzası – 20 dekabr 1937, Bakı) — Azərbaycan Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu. === Təhsili === Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir. == Müəllim kimi fəaliyyəti == Təyinatını Yelizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir) versələr də o, kənd məktəbi təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir. Bakı quberniyası və Dağıstan vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında aparıcı komissiya üzvləri kimi iştirak edən Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M. Mahmudovun təyinatının Bakıya dəyişdirməsinə şərait yaratmışlar. Beləliklə, Mustafa Mahmudovun Bakıda işləmək niyyəti baş tutur. Onu Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli attestatın sahibini illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də Mustafa Mahmudovun öz xahişi ilə onu Sultan Məcid Qəniyevin başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət edirlər. Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru Sultan Məcid Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır.
Nazim Mustafa
Nazim Yusif oğlu Mustafayev (Nazim Mustafa; 2 yanvar 1957, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı. == Həyatı == Nazim Mustafa 2 yanvar 1957-ci ildə Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1963–1972-ci illərdə Güllübulaq kənd orta məktəbində, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1977–1980-ci illərdə təyinatla Güllübulaq kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980–1981-ci illərdə Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komsomol Komitəsində məktəblər üzrə üçüncü katib işləmiş, 1980-ci ilin noyabr-dekabr aylarında Ermənistan LKGİ MK-nin göndərişi ilə Bakı Zonal Komsomol Məktəbinin müdavimi olmuşdur. 1981-ci ilin sentyabr ayında Amasiya Rayon Komsomol Komitəsində ideoloji məsələlər üzrə ikinci katib seçilmiş, 1982-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1983–1984-cü illərdə Amasiya Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1983-cü ilin mart ayında Ermənistan LKGİ MK nəzdində Komsomol Məktəbinin müdavimi olmuşdur. Nazim Mustafa 1985-ci il yanvarın 1-dən 1988-ci il dekabrın 1-dək Ermənistan KP Amasiya Rayon Komitəsində idoloji məsələlər üzrə təlimatçı işləmişdir.
Fatimə Müshəfi
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var.. Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi.
Müctəba Cəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. == Klub karyerası == === Erkən illər === Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. === Esteğlal === Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Seyid Mürtəza
Seyid Mürtəza (d:rəcəb 355 - v:?) əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir.
Muktəfi
Əbu Məhəmməd əl-Muktəfi Billah Əli ibn əl-Mutəzid Əhməd ibn əl-Müvəffəq 878-ci ildə anadan olmuşdur. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteyka
Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir. == Coğrafiya == Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir. Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay. == Mədəniyyət == Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır.
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.