Mustafa Mais oğlu Kərimov (27 noyabr 1995, Şəki, Azərbaycan — 6 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mustafa Kərimov | |
---|---|
Mustafa Mayis oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Buzovna Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Mustafa Kərimov 27 noyabr 1995-ci ildə Şəkidə anadan olub.[2] Bakı şəhər 181 saylı məktəbdə təhsil alıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mustafa Kərimov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 6-ı Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Mustafa Kərimov Buzovna Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]