Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayil qızılcıq (qırxbuğum)
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Maykl
Maykl — ad.
Hüseyn Mayıl
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Mayıl Kürəbəyov
Mayıl Kamran oğlu Kürəbəyov (2 aprel 2001; Urva, Qusar rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Mayıl Kürəbəyov 2 aprel 2001-cı ildə Qusar rayonunun Urva kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2019-cu ilədək almışdır. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olan Kürəbəyovun xidmətinin bitməsinə az qalmış İkinci Qarabağ müharibəsi başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Kürəbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mayıl Qurbanov
Mayıl Mayis oğlu Qurbanov (8 iyun 1996; Xoşçobanlı, İmişli rayonu, Azərbaycan – 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vətən Müharibəsinin şəhidi. == Həyatı == Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. == Həyatı == Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Ali Maykl
Aleksandra Nikol Maykl (15 may 1990, ing. Alexandra Nicole Michael) — Amerikalı model. == Həyatı == Ali Maykl Texas ştatının Kollivill şəhərində böyüyüb. Onun karyerası 2005-ci ildə 15 yaşında Fashion!Dallas/Kim Dauson Model Axtarışı müsabiqəsində qalib olduqdan sonra başladı. 2008-ci ilin mayında Qreypvayn Liseyini bitirdi və qısa müddət sonra modellik karyerasını davam etdirmək üçün Nyu-Yorka köçdü. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin fevral ayında Moda Həftəsindən kənarlaşdırıldıqdan sonra Maykl, Today-ə çıxdı və bulimiya nervoza və anoreksiya nervoza ilə apardığı mübarizəsindən danışdı .
Corc Maykl
Yorgos Kiriakos Panayotu (25 iyun 1963[…] – 25 dekabr 2016[…]) və ya məşhurlaşdığı adı ilə Corc Maykl — iki Qremmi mükafatı sahibi yunan əsilli məşhur ingilis müğənnisi, vokalist və bəstəkar. Corc Maykl musiqi tarixindəki ən uğurlu müğənnilərdən biri hesab olunur.
Jak Mayol
Jak Mayol (fr. Jacques Mayol; 1 aprel 1927–22 dekabr 2001) — fransız dalğıcı, 23 noyabr 1976-cı ildə nəfəsini tutaraq 100 metr dərinliyə enmiş ilk şəxs. Fri-dayvinq üzrə çoxqat dünya çempionu. 2001-ci ildə 74 yaşında Elba adasındakı evində özünü asaraq intihar etmiş, vəsiyyətinə əsasən kremasiya olunaraq külü Toskana sahillərinə səpilmişdir. Lük Besson 1988-ci ildə çəkdiyi "Mavi ənginlik" filmində fri-dayvinqin pionerlərindən olan Jak Mayol və Entso Mayorkanın həyatındakı hadisələrdən bəhrələnmişdir.
Maykl Ko
Maykl Duqlas Ko(ing. Michael D. Coe; doğ. 1929) — ABŞ arxeoloqu, antropoloqu. == Həyatı == Maykl Ko 1929-cu ildə anadan olub. Yel Universitetinin professorudur. Mayya sivilizasiyası ilə məşğul olur. Harvard Universitetində fəlsəfə doktoru adını alıb. == Xarici keçidlər == Майкл Ко, "Майя. Исчезнувшая цивилизация: легенды и факты" М., Центрполиграф, 2004.
Maykl Kollins
Maykl Kollins (kosmonavt)
Maykl Mann
Maykl Kennet Mann (ing. Michael Kenneth Mann) - ABŞ rejissoru, prodüseri və ssenaristidir.
Maykl Mayers
Maykl «Mayk» Mayers (ing. Michael Myers) — Hellovin film seriyaları üçün uydurulmuş obrazdır. Filmin titrlərində "Kölgə" (ing. The Shape) adı ilə göstərilir. == Həyatı == Maykl Mayers 19 oktyabr 1957-ci ildə doğulmuşdur. 31 oktyabr 1963-cü il tarixində Hellovin gecəsində bacısı Cuditi bıçaqlayır və şəhər xəstəxanasına aparılır. Maykl burada Həkim Lumisin himayədarlığı altında müalicə olunmağa başlyır. Yetkin yaşına çatdıqdan sonra Maykl xəstəxanadan qaçır və Lori Stroudu izləməyə başlayır.
Maykl Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Maykl Radu
Maykl Radu(ingiliscə:Michael S. Radu )(29 aprel 1947, 25 mart 2009) ABŞ-dakı Xarici Siyasət Araşdırma İnstitutu terror mütəxəssisi. == Həyatı == Maykl Radu Rumıniyada anadan olub və Rumıniyada böyüyüb. O, Birləşmiş Ştatlara gəldikdən sonra 1981-ci ildə Kolumbiya Universitetindən beynəlxalq münasibətlərdə onun doktoranturasını aldı (qəbul etdi). O müəllif, həmmüəllif və ya 15 kitabın redaktoru, idi. O bütün dünyada terrorist qrupların ensiklopedik biliyinə sahib idi və yerli, milli və beynəlxalq mediada müntəzəm meydana çıxdı == Seçilən nəşrlər == Radu, Michael. Eastern Europe and the Third World: East vs. South. New York: Praeger. 1981. ISBN 0-275-90708-2.
Maykl Rays
Maykl Rays (ing. Michael Rice; d. 25 oktyabr 1997, Hartlpul, İngiltərə) — İngiltərə müğənnisi. O, "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Bundan öncə Rays 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında qələbə qazanmışdır. == Musiqi karyerası == === 2014–2018: X Factor və All Together Now === Maykl Rays 2014-cü ildə Böyük Britaniyanın X Factor yarışmasının 11-ci mövsümündə iştirak etmişdir. İlkin dinləmədə Vitni Hyustonun "I Look to You" mahnısını ifa edən Maykl növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən ifaçı yarımfinal mərhələsində münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır. Maykl 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında iştirak etmiş və nəticədə qələbə qazanmışdır. === 2019–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi === 2019-cu ilin yanvar ayında Maykl Raysın Böyük Britaniyanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən altı müğənnidən biri olduğu elan olunmuşdur.
Maykl Rokfeller
Maykl Rokfeller (ing. Michael Rockefeller; 18 may 1938, Manhetten, Nyu-York ştatı – 19 noyabr 1961, Asmat[d]) — ABŞ etnoqrafı və antropoloqu. == Həyatı == O, dünyanın varlı ailəsində doğulmuşdu. Məşhur milyarder Con Rokfellerin nəvəsi idi. Atası Nelson Rokfeller isə bank və maliyyə sahəsindəki "akula"lardan sayılırdı. Söhbət 18 may 1938-ci ildə doğulmuş Maykl Rokfellerdən gedir. Uşaqlıqdan tarix və antropologiya ilə maraqlanırdı. Vaxtının çoxunu elə atasının maliyyələşdirdiyi antropologiya institutunda keçirirdi. Maykl alim olmaq istəyirdi. Harvarda daxil oldu və 1960-cı ildə təhsilini başa vurdu.
Maykl Spens
Maykl Spens (ing. Andrew Michael Spence; d. 7 noyabr 1943) — amerikalı iqtisadçı. 2001-ci ildə Corc Akerlof və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maykl Spens Prinston Universitetindən fəlsəfə üzrə məzun olmuşdur. 1966-cı ildə Oksford Universitetində Rodos Skolarşip təqaüdünü qazanmış və orada riyaziyyat üzrə təhsil almışdır. == Əsərləri == 1973 - İş marketi siqnalizasiyası, Rüblük İqtisadiyyat jurnalı, Vol. 87, № 3, səhifə 355–374. 1974 - Market siqnalizasiyası: işə informasiya transferi və əlaqədar seçim prosesləri, Harvard Universiteti nəşriyyatı.
Maykl Svift
Maykl Sərvətus
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Maykl Valzer
Maykl Valzer (3 mart 1935, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yəhudi, siyasət filosofu. Valzer müharibə əxlaqı haqqındakı fikirləri xeyli zənginləşdirmişdir. "Haqlı müharibə Haqsız müharibə" (Just and Unjust wars) adlı əsərində, fərdlərin haqq və məsuliyyətləri ilə siyasi topluluqlarınkilər (dövlətlər olaraq başa düşülən) arasında paralelliklər quran Hüquqi paradiqma təməlində bir haqlı müharibə nəzəriyyəsini inkşaf etdirmişdir. Bunun mənası, dövlətlərin qabaqlayıcı hücum ehtimalı da daxil olmaqla, özlərini təcavüzkarlığa qarşı qoruya bilmələri (haqlı müharibə), amma eqoist çıxarlar uğruna hücumun (haqsız müharibə) rədd edilməsidir. Valzer eyni zamanda, "yüksək aktuallıq" (xalqa qarşı qısa vədədə həyata keçiriləbiləcək və ağır basan bir təhlükədən qaynaqlanan) vəziyyətin "qaydalarının bir kənara qoyulmasına" diqqət çəkərək insani bir müdaxiləni müdafiə etmişdir. Valzerin digər diqqət çəkən əsərləri arasında isə Müharibə haqqında müzakirə (arguing about war 2004) əsəri sayılabilər. == İstinadlar == == Xarici keçidlər == Dissent Quarterly magazine of politics and culture edited by Michael Walzer Walzer's biography at the Institute for Advanced Study "Arguing about War" Arxivləşdirilib 2006-03-26 at the Wayback Machine Review of Walzer's Arguing about War in n+1 magazine The Argument about Humanitarian Intervention By Michael Walzer Micha Odenheimer, A "Connected Critic" Arxivləşdirilib 2012-12-05 at Archive.today, Micha Odenheimer speaks with an individual who has carved out a space for himself as a left-wing supporter of Israel, Eretz Acheret Magazine Review of Thinking Politically Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine, Barcelona Metropolis, 2010. A Conversation with Michael Walzer Video interview, 2012.
Maykl Zaks
Maykl Zaks (ing. Michael Sacks) (d. 11 sentyabr 1948, Nyu York, Nyu York, ABŞ) - amerikalı aktyor.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri. == Həyatı == XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndiyev xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib. Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Mayqıl
Mayqıl Ana - türk, yakut və altay mifologiyasında Su Tanrıçası. Altayların və Yakutların Tengricilik inanclarında qoruyucu tanrıçalarındandır. Yer üzündəki sulardan məsuldur. == Etimologiya == (May/Bay) kökündən törəmişdir. Varlıq, zənginlik, ululuq, müdriklik, idarə etmək mənalarını ehtiva edər. "Baymaq" feli, böyümək və inkişaf mənasına da gəlir.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Bayıl Arena
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb. ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
Bayıl burnu
Bayıl burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Səbail rayonu ərazisinə daxildir. Burun Bakı buxtasındadır. Bayıl mayakı burada yerləşir.
Bayıl dili
Bayıl dili - dil qərbdən şərqə doğru uzanır və Bakı buxtası ilə Xəzər dənizindən ayırır. Dili məşhur edən onun ərazisində Bakı Kristal Zalının yerləşməsidir. Okean səviyyəsindən 28 metr alcaqda yerləşir.
Bayıl həbsxanası
Bayıl həbsxanası — Müxtəlif mənbələrdə tikilməsi 1874, 1880 və 1886-cı illərə aid edilən penitensiar müəssisə. == Tarixi == Rəsmi olaraq Bakıda həbsxananın tikilməsi, bu işə kapital qoyuluşu XIX əsrin 80-ci illərinə təsadüf edir. Bakı şəhərinin ilk həbsxana müəssisələrindən biri Bayıl həbsxana qəsridir ki, buranı çox vaxt Bayıl həbsxanası adlandırıblar. Qəsrin inşası haqqında Azərbaycan Respublikasının Dövlət Arxivində xeyli material saxlanmışdır. Əvvəllər at tövləsi kimi istifadə olunub. Bu sənədlərdə qeyd olunduğuna görə Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təklifə əsasən Xəzər hərbi gəmiçiliyinin nəzdindəki aşağı çinlilərinin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmaları müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verildi. Məhz Bayıl burnundakı həmin kazarmaların əsasında müvafiq tələblərə uyğun yenidənqurma, təmir, bərpa işləri aparmaqla, yeni, əlavə tikililər inşa etməklə həbsxana binası qurulmalı idi. Respublikanın Tarix Arxivində saxlanılan sənədlərə diqqət yetirək: 1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu (səlahiyyətli nümayəndəsi) tacir Musael Danilov — Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar aşağıda dərc olunanları bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilmiş və bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır. Çünki, əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatır. Həmin müqavilə dəqiqliklə, vaxtında icra olundu, çünki, tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya bu ilin (1888-ci ilin) yanvar ayının 14-də keçirilmişlər və görülən işlərin tələblərə tam cavab verdiyi 31 dekabr 1887-ci ildə tərtib olunan aktla təsdiq olunur.
Bayıl qalası
Bayıl qalası və ya Bayıl qəsri– Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. == Tarixi == Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır. Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı: Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur.
Bayıl stadionu
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb. ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.