Maykl Valzer (3 mart 1935[1], Nyu-York, Nyu-York ştatı[2]) — Amerikalı yəhudi, siyasət filosofu.
Maykl Valzer | |
---|---|
Doğum tarixi | 3 mart 1935[1] (89 yaş) |
Doğum yeri | |
Təsirlənib | Alber Kamyu, Karl Marks, İsayya Berlin, Con Rolz, Nikkolo Makiavelli |
Valzer müharibə əxlaqı haqqındakı fikirləri xeyli zənginləşdirmişdir. "Haqlı müharibə Haqsız müharibə" (Just and Unjust wars) adlı əsərində, fərdlərin haqq və məsuliyyətləri ilə siyasi topluluqlarınkilər (dövlətlər olaraq başa düşülən) arasında paralelliklər quran Hüquqi paradiqma təməlində bir haqlı müharibə nəzəriyyəsini inkşaf etdirmişdir. Bunun mənası, dövlətlərin qabaqlayıcı hücum ehtimalı da daxil olmaqla, özlərini təcavüzkarlığa qarşı qoruya bilmələri (haqlı müharibə), amma eqoist çıxarlar uğruna hücumun (haqsız müharibə) rədd edilməsidir. Valzer eyni zamanda, "yüksək aktuallıq" (xalqa qarşı qısa vədədə həyata keçiriləbiləcək və ağır basan bir təhlükədən qaynaqlanan) vəziyyətin "qaydalarının bir kənara qoyulmasına" diqqət çəkərək insani bir müdaxiləni müdafiə etmişdir. Valzerin digər diqqət çəkən əsərləri arasında isə Müharibə haqqında müzakirə (arguing about war 2004) əsəri sayılabilər.