Mayıl Mayis oğlu Qurbanov (8 iyun 1996; Xoşçobanlı, İmişli rayonu, Azərbaycan – 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vətən Müharibəsinin şəhidi.
Mayıl Qurbanov | |
---|---|
Mayıl Mayis oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xoşçobanlı, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nərmin Qurbanova |
Uşaqları | Xədicə, Məryəm |
Atası | Mayis Qurbanov |
Anası | Aqidə Qurbanova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 2021 |
Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı.
Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür.
Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[1]
<ref>
etiketi; ":VUM" adı bir neçə dəfə müxtəlif məzmunla verilib