"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı

"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş mükafatdır.

"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
Nizami-nishan.jpg

Ölkə Azərbaycan Azərbaycan
Tip xatirə nişanı
Status təqdim olunmur
Statistika
Təsis tarixi 2021

Statusu[redaktə | mənbəni redaktə et]

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycanda "Nizami İli" münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmişdir. Mükafat üzərində Nizami Gəncəvinin şəkli olan nişandan və Mədəniyyət naziri tərəfindən imzalanmış vəsiqədən ibarətdir.

Verilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. Bu münasibətlə ölkədə respublika və beynəlxalq səviyyəli çoxsaylı elmi və mədəni tədbirlər keçirilmiş, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair yeni kitablar nəşr olunmuş, filmlər çəkilmiş, sərgilər və konsertlər təşkil olunmuşdur.

"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı "Nizami İli"nin sonunda Nizami irsinin tədqiqi və təbliği sahəsində xidmətləri olan şəxslərə təqdim olunmuşdur. Bu mükafatla təltif olunanlar arasında xarici ölkələrdən olan elm adamları, mədəniyyət və dövlət xadimləri də vardır. Xatirə nişanı təltif olunanlara Azərbaycan Respublikasının Mədəniyyət naziri və ya onun birinci müavini tərəfindən təqdim olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]