Nizami Mövlanov

Nizami Bəydəmir oğlu Mövlanov (16 oktyabr 1976, Utuq, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Vətən Müharibəsi Qəhrəmanı; Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzi rəisi.

Nizami Mövlanov
Şəxsi məlumatlar
Doğum tarixi (48 yaş)
Doğum yeri Utuq, Quba rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Müdafiə Nazirliyi
Hərbi hissə Heydər Əliyev adına Hərbi İnstitut
Xidmət illəri
Rütbəsi
Polkovnik
Döyüşlər Azərbaycan–Ermənistan arasında toqquşma (avqust, 2014)
Qarabağ müharibəsi (2020)
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "İgidliyə görə" medalı — 2019 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Quba rayonunun Utuq kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov arzusuna çatmaq üçün 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Daha sonra 1994–1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb.

Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb.

O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

1998–2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N. Mövlanov, 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləmişdir. 2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 9095 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.

Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.

Mövlanov, 2024-cü ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra etməyə başlayıb.[2][3]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2020.
  2. "Yüksək vəzifə həvalə olunan Vətən Müharibəsi Qəhrəmanının DOSYESİ". oxu.az. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2024.
  3. "General təqaüdə göndərildi: Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi - FOTO". musavat.com. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun, 2024.