Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Nizar Məmmədov
Nizar Sakit oğlu Məmmədov (18 iyun 1986, Bakı) — Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Vera kubokunun qalibi, İlin ən yaxşı rəssamı (2019). == Həyatı == Məmmədov Nizar Sakit oğlu 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almışdır. Nizar Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun oğludur. == Karyerası == İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur. === Digər === O, həmçinin Sonun Başlanğıcı serialında baş rol "Mənsur" obrazını canlandırıb. == Sərgiləri == 2004-cü ildə Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi 2005-ci ildə Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi 2006-cı ildə Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi" 2007-ci ildə "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi Qalereya "1969"-da "Gənc rəssamların sərgisi" 5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi (2004, 2005, 2006, 2007, 2008-ci illər) "Gənc rəssamların sərgisi" (2004, 2005, 2006, 2007, 2008, 2010 2005 ,2006,2007-ci illər) Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi" 2010-cu ildə Qəbələdə "I Beynəlxalq sərgi" 2010-cu ildə Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi" 2010-cu ildə Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi" 2011-ci ildə Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı 2011-ci ildə Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi 2011-ci ildə Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal) 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Survive Azerbaijan" adlı sərgi 2012-ci ildə Sinqapur, Fullerton otelinin qalereyasında "Qızıl əjdahanın simfoniyası" adlı sərgi 2012-ci ildə Türkiyə, Sapancada "TURKSOY"-un təşkil etdiyi "15-ci rəssamlar görüşməsi" 2012-ci ildə Beynəlxalq İstanbul simpoziumu 2012-ci ildə Gürcüstan, Tiblisdə "Milli İncəsənət Muzeyi"-də Azərbaycan və Gürcü rəssamlarının birgə iştirak etdiyi "Xoş gəlmisən, Azərbaycan!" adlı sərgi 2012–2013-cü illərdə Hollandiyada Azərbaycan rəssamları sərgisinin qalibi 2013-cü ildə Londonda Beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Louvrda beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Yaponiyada sərgi 2014-cü ildə Azərbaycan rəssamlarının sərgisi "Bakının işıqları" adlı sərginin qalibi (1-ci yer, qızıl medal) 2015-ci ildə Qəbələ beynəlxalq sərgisinin iştirakçısı Heydər Əliyevin 90 illik münasibətilə "Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin memarıdır" adlı rəsm müsabiqəsinin qalibi (1-ci yer, qızıl medal) 2016-cı il Tahtakuşlar Özel Etnoqrafiya Qaleresinin Selim Turan Sanat qaleresində sərgi 2016-cı il İspaniyada beynəlxalq sərgi 2016-cı il Rusiyada beynəlxalq festival (Vera kubokunun qalibi) 2017-ci ildə Beliçkada beynəlxalq sərgi 2017-ci ildə Londonda Azərbaycan rəssamlarının sərgisi 2017-ci ildə İstanbulda Heyder Əliyevin 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı sərginin qalibi 2017-ci ildə Sinqapurda beynəlxalq sərgi 2017-ci ildə Lüksenburqda Azərbaycan rəssamlarının sərgisi 2018-ci ildə Dubayda beynəlxalq sərgi 2018-ci ildə Böyük Britaniya kraliçası || Elizabetin 75 illik yubileyi şərəfinə "Windsor" qəsrində keçirilən "Royal Windsor Horse Show" atıcılıq tədbirinin iştirakçısı (kraliçanın qarşısında rəsm şousu) 2018-ci ildə Azərbaycan Dövlət Sərhəd qoşunlarının fəxri fərmanı adına layiq görülüb 2018-ci il Koreyada beynəlxalq sərgi 2018-ci il Portuqaliyada beynəlxalq sərgi 2018-ci il İstanbulda beynəlxalq sərginin iştirakçısı və qalibi 2019-cu ildə Türkiyə-Azərbaycan qardaşlıq ödülü 2019-cu il İlin ən yaxşı rəssamı. == İstinadlar == == Xarici keçidlər == Rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.
Nizar Qəbbani
Nizar Qəbbani (ərəb. نزار قبّاني‎; 21 mart 1923[…], Dəməşq – 30 aprel 1998[…], London) — suriyalı şair, yazıçı. Ərəb dünyasının tanınmış ədəbi simalarından və siyasi xadimlərindən biridir.
Nizari-İsmaili dövləti
Nizari-İsmaili dövləti (Farsca: دولت اسماعیلیان, اسماعیلیان الموت, دولت اسماعیلیان نزاری; 1090-1256/1258) — İsmaili - Nizari - Həsən Sabbah tərəfindən qurulan və 1256/1258-ci ilə qədər mövcud olmuş Batini teokratik dövləti.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nazar (Baymak)
Nazar (başq. Наҙар, rus. Назарово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 71 km, kənd sovetliyindən (1-ci Türkmən): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 41 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir. Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Nigar Bahadırqızı
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Cəfərova
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. == Seçilmiş əsərləri == Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Nigar Həsənzadə
Nigar Həsənzadə (aktrisa) — Azərbaycan aktrisası. Nigar Həsənzadə (şair) — Azərbaycan şairi.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. == Həyatı == İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nigar İsmayılqızı
Nigar İsmayılqızı (tam adı: İsmayılova Nigar İsmayılqızı; 13 sentyabr 1984, Dəvəçi – 14 sentyabr 2018, Bakı) — jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü. == Həyatı == İsmayılova Nigar İsmayılqızı 13 sentyabr 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib. 2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmişdir. Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlamışdır.
Nigar Şıxlinskaya
Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis – 15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı. == Həyatı == Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır.
Nigar Əliyeva
Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == 2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.
Nigar Ələkbərova
Nigar Ələkbərova (9 mart 1956, Bakı)— fəlsəfə elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri. == Həyatı == Nigar İbrahim qızı Ələkbərova 9 mart 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə ilk dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayan Nigar Ələkbərova, 1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda aparıcı elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989). Hal-hazıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Nigar Ələkbərova 51 beynəlxalq konfransda çıxış etmişdir. O, Sonuncu dəfə Rusiya Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, Rusiyanın Təhsil Nazirliyyi tərəfindən Moskva şəhərinda keçirilən "Gənclər arasında ekstrimizm: mənbələri, qarşısını alınması və profilaktika" mövzusunda elmi-praktiki konfrasın iştirakçılarından biri olmuşdur. == Elmi əsərləri == Nigar Ələkbərova 53 elmi məqalə, 24 publitistik məqalə, 6 fənn proqramı, o cümlədən 4 kitab müəllifidir.
Qiymə Nisar
Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür. Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil. == Lazım olan ərzaqlar == 3 stəkan isladılmış düyü 350 qram qıyılmış ət 2 ədəd incə doğranmış soğan 1 yemək qaşığı portağal qabığı dilimləri Yarım stəkan yağ 2 yemək qaşığı tomat pastası 1 çay qaşığı qara ədviyyəsi 1 çay qaşığı plov ədviyyəsi Yarım fincan gülab 1 yemək qaşığı dəmlənmiş zəfəran Yarım stəkan qurudulmuş zirinc Lazım olan miqdarda limon tozu Lazım olan miqdarda duz 4 yemək qaşığı püstə və badam dilimləri == Hazırlanma qaydası == İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Nigar Həşimzadə
Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor. == Həyatı == 1964-cü il iyul ayının 19-da anadan olmuşdur. === Ailə üzvləri === Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır. Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur. Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980). == Hazırkı vəzifələri: == Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı == Könüllü vəzifələri == 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ == Təhsili == 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.