Nigar İsmayılqızı

Nigar İsmayılqızı (tam adı: İsmayılova Nigar İsmayılqızı; 13 sentyabr 1984, Dəvəçi14 sentyabr 2018, Bakı) — jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü.[1][2]

Nigar İsmayılqızı
İsmayılova Nigar İsmayılqızı
Doğum tarixi
Doğum yeri Şabran, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası İsmayıl İsmayılov
Milliyyəti azərbaycanlı
İxtisası filoloq
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalistika
Mükafatları Prezident təqaüdçüsü

İsmayılova Nigar İsmayılqızı 13 sentyabr 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.

2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmişdir.[1] Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlamışdır. Bu kompaniyaya Alim Qasımov, Çingiz Abdullayev, Fəxrəddin Manafov, Müşviq Hətəmov, Fəttah Heydərov, Asim Mollazadə, Çingiz Qənizadə, Fazil Mustafa və s. dəstək vermişdir.[1][2] Lakin bütün cəhdlərə baxmayaraq Nigar İsmayılqızının həyatını xilas etmək münkün olmamış və 14 sentyabr 2018-ci ildə vəfat etmişdir.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Universiteti bitirdikdən sonra bir müddət Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləmişdir. Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Xəbərlər” departamentində müxbir olaraq fəaliyyətini davam etdirib. 2013-ci ildə Azad Azərbaycan kanalının “Xəbərlər” departamenində müxbir, redaktor kimi işləyib. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və həmin ildə “GEM.AZ1” Televiziyasına iqtisadiyyat xəbəri aparıcısı kimi işə qəbul olunub.[4] İstanbulda yerləşən GEM.TV kanalında redaktor işləmişdir.[3] 2017-2018 ci ildə “Kardelen Medya” şirkətində “İnsan Resursları Müdüri” olarak fəaliyyətini davam etdirib. Son aylara qədər “Gün.Az. TV” kanalında “Economi durağı” proqramında aparıcı qismində və Türkiyə vəkillərinə həsr olunan “Vəkilin sirrli qələmi” adlı layihə üzərində işləyib. 2018-ci ildən etibarən gənc yazıçı Prezident təqaüdünə layiq görülüb.[3]

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı nəşr olunub. 2016-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmin ssenari müəllifi və rejissorudur. Bundan əlavə Aprel savaşlarından təsirlənərək “Ölsəm…Yaşat” adlı sənədli filmə ssenari yazıb film çəkib.[4] “ O və Sumqayıt” layihəsində aparıcılıq edib. “Zəriflik” jurnalında müsahibələri çap olunub. 36-xüsusi müsahibədən ibarət olan “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı 2016-ci ilin son aylarında işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Nigar İsmayılqızı bu kitabı Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundova həsr etmişdir.[4]

“Xatirələrdə yaşayan Nazım” adlı sənədli film hazırlayıb. Daha sonra İstanbulda yeni qurulan “Kardelen Medya” şirkətində “Nazimin Bakı izləri” adlı sənədli filmini təqdim edib.[3]

  1. 1 2 3 "Deputatlar Nigarla bağlı çağırış etdilər: "Nə lazımdırsa etməliyik"". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  2. 1 2 "Ölkə ziyalıları çağırış etdilər - "Nigarı ölməyə qoymayaq"". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  3. 1 2 3 4 "Daha bir aparıcıya xərçəng şoku! - 34 yaşlı Nigar İsmayılqızı leykozdur". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  4. 1 2 3 "Yazar Nigar İsmailkızı Karabağ dramını kitaplaştırdı". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.