Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novruzallı
Novruzallı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Novruzallı oyk. Cəlilabad r-nunun Boyxanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindadir, əsl adının Novruzəli olduğu söylənilir. Keçmiş Talış-Lənkəran zonasında maldarlıqla məşğul olmuş pirembel tayfasımn beşinci qoluna mənsub on ailənin başçısı Novruzəli adlı şəxs olmuşdur. XIX əsrdə bu ailələr oturaq hayata keçmiş, kənd də ailə başçısınııi adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 330 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Novruzəli Aslanov
Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan; 22 mart 1963, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. "Vətənə xidmətə görə" ordeni tam kavaleri. == Həyatı == Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində atası yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və elektron hesablama texnikası" fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1985–1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb. 1990–1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Novruzəli Məmmədov
Novruzəli Xanməmməd oğlu Məmmədov (10 mart 1942, Ərçivan, Astara rayonu – 17 avqust 2009, Bakı) — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor. == Fəaliyyatı == Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir. 1989-1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən "Tolışi sədo" qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dillərinə üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir. Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub. 24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi. 17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir.
Novruzəli Orucov
Novruzəli Orucov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor == Həyatı == Orucov Novruzəli Hüseyn oğlu 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb. 1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində — Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib. Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub. Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb. Azərbaycana 1991-ci ildə gələn N. Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb.
Novruzəli bəy məscidi
Novruzəli bəy məscidi — Ermənistanın paytaxtı İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər bölməsində mövcud olmuş məscid. == Haqqında == İrəvan şəhərinin qədim Şiə məscidlərindən biri olan Novruzəli bəy məscidinin dəqiq inşa tarixi bilinməsə də memarlıq xüsusiyyətləri baxımından tədqiqatçılar bu məscidi XIV əsr abidəsi hesab edirlər. Digər versiyaya görə isə, məscid XVII əsrin II yarısında tikilmişdir. Bir minarəli məscidin əsas binası böyük günbəzlə tamamlanmış, xarici divarları rəngli kaşılarla işlənmişdi. İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər (Şəhri) massivinin Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli bəy məscidi 18-ci əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. 1918–1920-ci illərdə tarixi qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli bəy məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdılar. Tarixi məscid 1920–1930-cu illərdə İrəvan şəhərinin baş memarlıq planı hazırlanarkən ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı. Bu plan nəticəsində faktiki olaraq yoxa çıxarılan abidələrdən biri də Novruzəli bəy məscidi olmuşdur. Məscid XX əsrin birinci yarısında dağıntılara məruz qalmış və 1950-ci illərdən sonra tamamilə məhv edilmişdir. Görünüş etibarilə Zal xan məscidinə bənzəyən Novruzəli bəy məscidi ondan bir qədər kiçik olmuşdur.
Novruzlu
Novruzlu — Azərbaycan soyadı və təxəllüsü. Bu soyadı olan tanınmış şəxslər Qafar Novruzlu — Aktyor Novruz Novruzlu — "Savalan" qrupunun bədii rəhbəri İskəndər Novruzlu — məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı Yaşayış məntəqələri Novruzlu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Novruzlu (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Yeni Novruzlu — Azərbaycanın Saatlı rayonunda kənd.
Novruzlar (Qafan)
Maqauz, Novruzlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Erməni mənbələrində Moqes formasında qeyd edilir. Kəndin başqa adı Novruzlu olmuşdur. == Toponimi == Toponim muq (muğ) türk etnoniminin fars dilində işlənən forması olan maq etnonimi ilə türk dilində "mənsəb", "dərə", "dağ keçidi" mənasında işlənən auz sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Maku toponimindən və Uz tayfasının adındandır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29. VI.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur.
Novruz Novruzlu
Novruz Novruzlu (12 may 1960, Ordubad – 20 noyabr 2018, Bakı) — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti. == Həyatı və fəaliyyəti == Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Novruzlu (Ağdam)
Novruzlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati-ərazi dairəsində kənd. Kənd 1993-cü il 22 iyul tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın imzaladığı 27 Sentyabr 2020-də başlayan 2-ci Qarabağ müharibəsini bitirən müqaviləyə görə, Ağdam rayonun Novruzlu kəndi 20 noyabr 2020 tarixində işğaldan azad olundu. == Əhalisi == 1993-cü il 4 iyul statistikasına görə 698 ailə, 2666 nəfər.
Novruzlu (Qoşaçay)
Novruzlu (fars. نوروزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 678 nəfər yaşayır (136 ailə).
Novruzlu (Saatlı)
Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəsli­nin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 626 nəfərdir.
Novruzlu (Sayınqala)
Novruzlu (fars. نوروزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Novruzlu İskəndər
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, Dağlıq Qarabağ) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
Pərviz Novruzlu
Pərviz Qorxmaz oğlu Novruzlu (15 oktyabr 1997; Çərçiboğan, Şərur rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Novruzlu 15 oktyabr 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunmuşdur. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-qumbaraatan olaraq vuruşmuşdur. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Qafar Novruzlu
Aktyor == Həyatı == Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Bakı şəhərində musiqi texnikumunu bitirmiş, 1994-cü ilə kimi "Dastan" və "İrs" folklor ansambllarında çalışmış daha sonra isə aktyorluq sənətinə başlamışdır. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət almış, Azərbaycanın görkəmli aktyorları ilə tərəıf müqabili olmuşdur. 1997-ci ildən isə Milli bayramımız olan Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə Xalqımız arasında sənətdə öz sözünü demişdir. 1997-ci ildən 2011-ci ilədək bütün Dövlət Tədbirlərinə dəvət almış, hətta Dövlət başçılarımızın diqqət mərkəzində olmuş və onlar tərəfindən çox maraqla izlənilmişdir. Son zamanlar isə Azərbaycanda "Demokratik" məmurların sayəsində diqqətdən kənar qalmışdır. == Xarici keçidlər == [1] == Filmoqrafiya == "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Yeni Novruzlu
Yeni Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Leninkənd kənd Sovetinin ərazisində yeni salınmış yaşayış məntəqəsi Yeni Novruzlu kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisinin sayı 941 nəfərdir.
Ümid Novruzlu
Ümid Novruzlu (7 iyun 1992, Babək, Naxçıvan Muxtar Respublikası – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümid Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Ümid Novruzlu 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ümid Novruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Novruzlu noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Babək şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İskəndər Novruzlu
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, Dağlıq Qarabağ) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
Novruzlu (İrəvan xanlğı)
Novruzlu — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. == Tarixi == 1590-cı ildən məlumdur. 1728-ci ilə aid mənbədə kəndin həm də MusaHacı adlandığı göstərilmişdir. 1948-ci ildə əhalisi Azərbaycana qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Iğdır mahalında "Novruzlu məşhur Alçalu" kimi qeyd olunmuşdur. Mənşəcə Alçalu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Novruz şəxs (mülkədar) adındandır. Orta əsrlərdə Şərqi Türkiyədə Nevruz kəndi var idi.
Qışlaq-i Novruzlu (Qoşaçay)
Qışlaq-i Novruzlu (fars. قشلاق نوروزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 451 nəfər yaşayır (98 ailə).
Şəhrək-i Sədd-i Novruzlu (Qoşaçay)
Şəhrək-i Sədd-i Novruzlu (fars. شهرك سدنوروزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (28 ailə).
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. == Həyatı == Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır.
Rəhim Novruzi
Rəhim Novruzi (fars. رحيم نوروزي‎) - İran aktyorudur. 1967-ci il təvəllüdlüdür. Bir çox filmlərdə rol almlış və mükafatlar qazanmışdır. Ədəbi ənənələrlə teatr nümayişi sahəsində bakalavr dərəcəsi almışdır. Pakistan, Misir və digər ölkələrin filmlərində rol almışdır.
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb. Əlibəy Novruzi Sumqayıtın baş memarı olub. 600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur. Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..