Novruzallı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Novruzallı | |
---|---|
39°14′ şm. e. 48°16′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 245 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 330 (2009) nəfər |
Burovar silsiləsinin ətəyindadir, əsl adının Novruzəli olduğu söylənilir. Keçmiş Talış-Lənkəran zonasında maldarlıqla məşğul olmuş pirembel tayfasımn beşinci qoluna mənsub on ailənin başçısı Novruzəli adlı şəxs olmuşdur. XIX əsrdə bu ailələr oturaq hayata keçmiş, kənd də ailə başçısınııi adı ilə adlandırılmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 330 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |