Maqauz, Novruzlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2][3]
kənd | |
Maqauz | |
---|---|
39°16′27″ şm. e. 46°30′23″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.530 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Erməni mənbələrində Moqes formasında qeyd edilir[4]. Kəndin başqa adı Novruzlu olmuşdur[5].
Toponim muq (muğ) türk etnoniminin fars dilində işlənən forması olan maq etnonimi ilə[6] türk dilində "mənsəb", "dərə", "dağ keçidi" mənasında işlənən auz sözünün[7] birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Maku toponimindən və Uz tayfasının adındandır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29. VI.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur.[8]
XVIIəsrdə İrəvan əyalətinin Maku nahiyəsindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.