Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Novruzlu | |
---|---|
39°59′24″ şm. e. 48°23′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəslinin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır.[2]
Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir.
Əhalisinin sayı 626 nəfərdir.[3]
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |