Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırğızlar
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Türkiyədəki qırğızlar
Türkiyədəki qırğızlar, Türkiyə qırğızları ya da Türkiyə qırğız türkləri — XX əsrdə Orta Asiyanın Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra müxtəlif illərdə Türkiyə torpaqlarına gələn qırğızların Türkiyə sərhədlərində qalan hissəsidir. Türkiyədəki qırğızların sayı 15 min həndəvərindədir. Onlar artıq tədricən türk dilində danışmağa başlayırlar. == Tarix == Türkiyədəki qırğızlar içində dillərini ən yaxşı qoruyan qrup əsas olaraq Vana bağlı Ərcişin Ulupamir kəndində yaşayanlardır. Buraya yerləşən qırğızlar 1980-ci illərdən bəri burada yaşadıqlarından Van qırğızları da deyilir. Van qırğızlarının sayı təxminən təxminən 5000 həndəvərindədir. Buradakı qırğızların kökü Əfqanıstanın Pamir bölgəsindən gəlmişdirlər. Türkiyədə yaşayan başqa qırğız topluluqları da vardır. Rus işğalı ilə Tacikistanın Murqab rayonunndan Əfqanıstanın bölgəsiə gələn qırğız topluluğu Pamirdəki qırğız topluluğu ilə birləşmişdir. Sovetlərin Əfqanıstanı işğal etməsi ilə də Pamir ətrafında Rahmanqul Xan rəhbərliyində Pakistanın Gilgit vadisinə keçmişdirlər.
Özbəkistanlı qırğızlar
Özbəkistanlı qırğızlar — Orta Asiyanın Özbəkistan Respublikasında yaşayan türk dilli xalqlardan biri. == Məlumat == Özbəkistanın bir sıra yerlərində yaşayan qırğızlar olduqları yerlərin yerli və qədim xalqlarından biridirlər. Burada yaşayan qırğız boyları qırğızların on “sol” və “iç” boylarıdandırlar. Özbəkistanın indiki Əndican, Fərqanə, Namanqan, Buxara, Səmərqənd, Sırdərya, Novovıy, Cizzak, Daşkənd bölgələri, Qaraqalpakıstan muxtariyyətinin əraziləri qırğızların qədimdən bəri yaşadığı yerlərdəndir. Qırğız icmaları ətraflarındakı başqa türk icmalarına da mədəni olaraq təsir etmişdirlər. Daşkəndin rəsmi statistik son məlumatlarına görə, 370.000-dən çox qırğız ölkədə yaşamaqdadır. Rəsmi rəqədmlərə görə, onlar ümumi ölkə əhalisinin 4 faizini təşkil edirlər. Özbəkistanda qırğız dilində 64 məktəb və 27 qırğız-özbək məktəbi var. 13 782 uşaq oxuyur. Təhsil ədəbiyyatı ilə təminat 93,2% təşkil edir.
Fuyu qırğızları
Fuyu qırğızları — Çinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir. 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib. == Tarixi == Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar. Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində). Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar. == Öyrənilməsi == Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap.
Van qırğızları
Van qırğızları — dünyadakı qırğızların diaspora hissələrindən biri. Van qırğızları hal-hazırda Türkiyənin şərqindəki Van gölünün şimalında Ulupamir kəndində 1980-ci illərdən etibarən yaşamaqdadırlar. Buna görə də, Qırğızıstandakı alimlər onları Van qırğızları olaraq adlandırmışlardır. Əsas kökləri Əfqanıstanın Pamir bölgəsinə yerləşən İçeri qırğızlarından gəlir. == Haqqında == Hal-hazırda Türkiyənin Şərqi Anadolu bölgəsindəki Van ilinə yerləşən qırğızlar Van qırğızları olaraq adlandırılmışlardır. Bu qırğızların Orta Asiyadan ayrılmaları rus işğalı ilə başlamışdır. Tacikistanda Murqab tərəfindən Əfqanıstanın Pamir bölgəsinə gəlmiş, buranın yerli qırğızları ilə bütünləşilmişdir. Sovet ordusunun təzyiqi nəticəsində Əfqanıstanda sosialist hakimiyyət yaradıldıqda sonra buradakı qırğızların bir hissəsi də Rahmanqul Xan rəhbərliyində Pakistana getmişdirlər. Lakin burada çox qala bilməmiş, sonunda 1982-ci ildə Türkiyəyə gəlmişdirlər. Van qırğızlarının həm Qırğızıstanda, həm də Orta Asiyanın başqa ölkələrində yaxınları vardır.
Yenisey qırğızları
Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — Yenisey və Altay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad (Tyan-Şan qırğızlarından fərqli olaraq). Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi Asiya və Tarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı. == Tarixi == === Qədim dövr === Son aşkar edilmiş arxeoloji nümunələrinə görə, qırğızların tarixi eramızdan əvvəl 201-ci ildən başlayır. Yenisey qırğızları Çaatas mədəniyyəti ilə bağlıdırlar və bəlkə də Taştik mədəniyyəti ilə də əlaqələri mövcud olub. Onların endonimi Çin tarixi mətnlərində Jiegu (結骨), Hegu (紇骨), Hegusi (紇扢斯), Hejiasi (紇戛斯), Hugu (護骨), Qigu (契骨), Juvu (居勿) və Xiajiasi (黠戛斯) kimi müxtəlif şəkildə transkripsiya edilmişdir. Lakin ilk dəfə Han dövrü qeydlərində Gekun (və yaxud Ko-kun; (çin.)) və ya Jiankun (və yaxud Chien-kun; (çin.)) kimi rast gəlinir.
Çin qırğızları
Qırğızlar (柯尔克孜族) türk etnik qrupudur və Çin Xalq Respublikası tərəfindən rəsmi olaraq tanınan 56 etnik qrupdan birini təşkil edirlər. Əsasən Sincan-Uyğur Muxtar Rayonunun cənub-qərbində yerləşən Qızılsu-Qırğız Muxtar dairəsində, bir neçəsi isə qonşu Uçturfan, Aksu şəhəri, Yarkənd, Yanqisar, Taşkurqan və Pişanda, eləcə də türklər Sincan şimalındakı Cjaosu, Emin, Bole, Tsinxe və Tokkuztara ərazilərində də yaşayırdılar. Çin Xalq Respublikasının beşinci milli siyahıyaalınmasına görə, Çində 160 875 qırğız var. == Tarixi == Eramızdan əvvəl III əsrin sonlarında Böyük Hun imperiyası Xyarqas-Nuur gölünün ətrafında yaşayan və "Ge Kun" adlanan qırğız əcdadlarını özünə tabe edir. Eramızın VII əsrinin əvvəllərində qırğız xalqı türklər tərəfindən idarə olunurdu və onlara "Qiqu" deyirdilər. Tan imperiyası türkləri məğlub etdikdən sonra onlar Yanran protektorluğuna daxil oldular. Daha sonra Uyğur xanlığı tərəfindən fəth edildi və Xiqas adlandı. IX əsrdə Xigas getdikcə gücləndi və eramızın 840-cı ildə xan Zhuqluobu məğlub edərək öldürdü və Tıva ərazisində Xigas xanlığını qurdu. X əsrdə Xitayların yüksəlişi ilə Xigas onun vassal dövlətinə çevrildi. Yuan imperiyasında qırğız xalqı Qierjisi və ya Jilijisi adlanırdı.
Qırğılar
Qırğılar (lat. Accipitridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qırğılara Antarktida və bir neçə okean adaları istisna olmaqla bütün qitələrdə rast gəlinir. Tropik iqlimi olan zonalarda daha rəngarəng və çoxsaylıdır. Elə növləri var ki, arealı dünyanın çox hissəsini əhatə edir. Müxtəlif landşaft tiplərinə aid yerlərdə — meşələrdə, tundrada, çöllərdə, səhralarda, hətta hündürlüyü dəniz səviyyəsindən 7000 m-dək dağlıq ərazilərdə belə rast gəlinir.
Qırızlar
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Qırğılar (yarımfəsilə)
Qırğılar (lat. Accipitrinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Ermənistanda azərbaycanlılara qarşı qırğınlar (1917-1921)
Birinci Dünya müharibəsinin bitməsindən sonrakı, Ermənistan-Azərbaycan müharibəsi (1918-1920) və Rusiya Vətəndaş Müharibəsi zamanı azərbaycanlılarla ermənilər arasında münaqişə davam etməkdə idi. Nəticədə İrəvan quberniyasının əsasını Azərbaycan türkləri təşkil edən müsəlman əhalisinin çoxu öz yerlərini tərk etməyə məcbur olmuşdu. Bu qırğınların və qaçqın düşmənin səbəbi erməni silahlı dəstələrinin və qeyri-nizamı birləşmələrin azərbaycanlılara qarşı yürütdükləri siyasət və Ermənistan hökumətinin regionu "yenidənerməniləşdirmə" layihəsini işə salması idi. 1918-ci ildən başlayaraq erməni dəstələri Zəngəzur qəzasında yaşayan minlərlə azərbaycanlını qətlə yetirməyə və ya qaçqın etməyə başladı. Onların yaşayış məskənləri "rearmenizasiya" siyasətinin həyata keçirilməsi üçün dağıdıldı. Erməni hökumətinin bu siyasəti Azərbaycan hökumətini Zəngəzurda hərbi əməliyyatlara başlamağa məcbur etdi. Nəticədə, Azərbaycan Ermənistandan gələn minlərlə qaçqını qəbul edib yenidən məskunlaşdırdı. Bu proseslər zamanı öldürülənlərin ümumi sayı akademik olaraq mübahisə qaynağı olaraq qalmaqdadır. Ermənistan müstəqilliyini əldə edənə qədər burada azərbaycanlıların və ya Azərbaycan türklərinin sayı 10 min nəfərdən çox idi. Halbuki 1897-ci ildə hələ Azərbaycan türklərinin üstünlükdə olduğu Zəngəzur istisna olmaqla, İrəvan quberniyasında 313 mindən çox müsəlman yaşamaqda idi.
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . == Səbəbləri == Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Ermənistan–Azərbaycan müharibəsi (1918–1920) zamanı etnik təmizləmələr və qırğınlar

Qırğızca
Qırğızca ya da Qırğız Türkcəsi– Altay dilləri ailəsinin Türk dilləri qrupunun Qıpçaq boyuna aid olan danışıq dilidir. Həmçinin Qırğızıstanın rəsmi dövlət dilidir. Qırğızıstanın 5,264,000 nəfərlik əhalisinin 3,700,000 nəfərinin ana dilidir. == Qırğız əlifbası == К + а, о, у, ы ك => ق Г + а, о, у, ы گ => ع == Xarici keçidlər == Prof.Dr.Ömürkul Karayev THE TALKING KYRGYZ PHRASEBOOK Arxivləşdirilib 2010-06-20 at the Wayback Machine (ing.) Киргизско-Русский (Кыргызско-русский) словарь.
Qrızlar
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Reynland qırğınları
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Zəngəzur qırğınları
Zəngəzur qəzasında soyqırımlar (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. == Soyqırımları təsdiq edən arxiv materialları == Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir. == Türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları == 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi.
Həmidiyyə qırğınları
Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000 ilə 300.000 arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir. Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir. == Qırğınlar == Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən sonra adlandırılmışdır.Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür. 1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır. Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyini və separatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.
Qırğızca Vikipediya
Qırğızca Vikipediya (qırğ. Кыргыз Уикипедиясы)— Vikipediyanın qırğız dilində olan bölməsidir.
Erməni-azərbaycanlı qırğınları (1905-1906)
Azərbaycan — erməni müharibəsi (1905–1906) — inqilab zamanı ermənilərin və tatarların (Rusiyada o zaman azərbaycanlılar əsasən buqulma ərazilərində yaşayan azərbaycanlılara bu ad verilirdi) arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi. Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışları və o cümlədən milli azadlıq hərəkatları baş verirdi. Bunların qarşısını almaq üçün Çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata keçirməyə başladı. Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirtmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə şərait tapdılar. Çar Rusiyası erməniləri gizli sürətdə silahlandırdı və "erməni-müsəlman davası"nı təşkil etdi.
Qırmızılar, Qaralar və Başqaları (1969)
Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие) == Məzmun == Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur. "Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.
Azərbaycanlı-erməni qırğınları (1905-1906)

Qırmızılar, qaralar və başqaları (film, 1969)
Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие) == Məzmun == Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur. "Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).