Fuyu qırğızları

Fuyu qırğızlarıÇinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir.[1] 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib.

Fuyu qırğızları
Ümumi sayı
1200 (1997)
Yaşadığı ərazilər
Fuyu uyezdi, Xeylunçzyan əyaləti, Çin
Dili

fuyu-qırğız dili

İrqi
monqoloid
Dini

Daosizm

Daxildir
Türk xalqları
Qohum xalqlar

Tyanşanda yaşayan müasir qırğızlar, Tarbagatay qırğızları, altaylılar, teleutlar, telengitlər, şorlar, xakaslar, çulumlar, tuvalar

Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar.

Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində).

Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar.

Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap. 栖原 正人, heroqliflərin çin oxunuşu - "Qiyuan Zhenzhen") 1944-cü ilin iyulunda qırğız kəndlərində olmuş, 1945-ci ilin mayında "Qırğızlara səyahət" məqaləsini dərc etdirmişdir.[2]

Qırğız millətindən olan sovet əsgərləri və zabitləri 1945-ci ildə sovet qoşunları Xeylunçzyan ərazisinə daxil olduqdan sonra yerli əhali arasında özlərini qırğız adlandıran və onların başa düşdükləri dildə danışan insanların aşkar edildiyi barədə rəhbərliyə məlumat verdilər.

1952-ci ildə Yu Yifunun "Nen çayı yaylaqlarının qırğızları" («Ji-er-ji-si Nenjiang Grassland») adlı məqaləsi nəşr edildi. Məqalədə fuyu qırğızlarının tarix, miqrasiya, sosial və siyasi vəziyyət, mədəniyyət və xalq yaddaşı, dil, iqtisadiyyat, adət-ənənələr və məişət həyatından bəhs edilir.

1957-ci ildən çinli qırğızşünas Hu Zhenghua xalqı tədqiq edir.

  1. 黑龙江柯尔克孜族研究综述 Arxivləşdirilib 2020-06-17 at the Wayback Machine (Обзор исследований хэйлунцзянских кыргызов), «Хэйлунцзянский этнический бюллетень», 2005-03
  2. 黑龙江柯尔克孜族研究综述 Arxivləşdirilib 2020-06-17 at the Wayback Machine (Обзор исследований хэйлунцзянских кыргызов), «Хэйлунцзянский этнический бюллетень», 2005-03

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]