Qrızlar və ya Qırızlar[1] — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur.[2]
Ümumi sayı | |||
---|---|---|---|
10 000 — 15 000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər.
Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Qrızların tarixi demək olar ki öyrənilməyib.Qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Qrızlar həmin 26 alban tayfasından biridir və o zamandan öz dilində danışırlar. Q.A.Qeybullayev "Azərbaycan Toponomiyası" əsərində Qer (Qafqaz Albaniyasında tayfa) tayfasının Qrızların əcdadı olduğunu bildirmişdi. Müəllifin yazdığına görə Qer tayfası Qafqaz Albaniyasının şimal-şərqində yayılmışdır və Qrızlar indi yaşadığı torpaqlara sonradan köçmüşlər.
T.Mustafazədənin "Quba Xanlığı" əsərində Qrız haqqında bir sıra maraqlı qeydlərə rast gəlmək olar:
"Bulqakova xəbər çatmışdı ki, öz ailəsini Qrız kəndində yerləşdirən Şeyxəli xan hər gecə Çərəkə adlı kiçik çayın kənarına eyni adlı kəndə gəlir və burada öz sadiq adamları ilə məsləhətləşmələr aparır."
"Bulqakov Xınalıq və Qrız kəndlərinə qasid göndərərək sakinlərdən xanın ailəsini tutub verməyi tələb etsə də heç bir nəticəyə nail olmamış və kəndləri cəzalandıraraq, 8 əmanət, 150 iri buynuzlu mal-qara və 100 qoyun almışdı."
"Şeyxəli Xan Qrız kəndini özünə iqamətgah seçərək buradan xanlığı idarə etməyə başladı. A.A.Bakıxanova görə, Şeyxəli xan Qrız kəndinin yaxınığında yeni şəhər salmağa və kəndi genişləndirməyə başladı. Görünür ki, yeni yaradılacaq şəhər istehkam xarakteri daşımalı idi"
"Lisaneviç 21 oktyabr 1810-cu il tarixli raportunda yazırdı ki, Qrız və Yuxarıbaş mahalları üsyançılardan təmizlənib, əyalətdə sakitlik bərpa olunub, Şeyxəli xan isə öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Yersi kəndindədir."
1941-ci ildə kənddə kişi cinsinə mənsub bütün gənc, qoca və hətta yeniyetmələr müharibəyə göndərilir. Onların çox hissəsi bir daha Qrıza qayıtmır. Bundan bir müddət sonra Qrız səmasında Bakını bombardman etməyə uçan alman təyyarələri görünür. Əhalinin dediyinə görə, Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırdı. Müharibə vaxtı Qrızda Qırmızı ordunun hissələri də yerləşdirilir. Daima təşviş içində yaşayan qadınlar, uşaqlar və qocalar sonunda Qrızdan köçməyə məcbur olmuşlar. Onlar Quba rayonunun digər kəndlərinə və əsasən də Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə köçmüşlər. Əhalinin böyük hissəsi kənddən köçdükdən sonra kənddə qalan əhali orda mövcud olmuş qədim evləri dağıtmış və onların yerində indi mövcud olan evləri tikmişdir..
Qırızların geniş yəhudi tarixi vardır.Ərəblərin Albaniyaya yürüşü və onları mühasirədə saxlamasıyla Qırızlar İslamı qəbul etmişdir.Bu barədə çoxlu rus və ərəb mənbələrinə rast gəlmək olar.Hal-hazırda Qırızda 6-cı gün şam yandırılması adəti və bəzi yəhudi dini yazıları qorunub saxlanılır.Buna baxmayaraq Qırızın Yəhudi tarixi və Qırızların bu dili mənimsəmiş yəhudi toplumu olmasıyla bağlı heç bir genetik araşdırma aparılmamışdır.
Qrızların obaları əsasən XVIII əsrin sonlarında əmələ gəlməyə başlamışdır. XIX əsrin sonlarında düzənlikdə olan obalara insanların axını daha da artmışdır. 1870-ci illərin ortalarından qrızların müəyyən hissəsi Müşkür mahalına köçür. Lakin qrızlar həmişə 3 yay ayı müddətində malik olduğu mal-qara ilə birlikdə dağlardakı yaylaqlara köçür. Müşkür mahalındakı Qrız obalarının sayı 58 çatırdı və onlar da dağ icmasının tərkibinə daxil olurlar. Ə.Qubatov "Azərbaycan xalqı ilə vahid qardaşlıq ailəsində" əsərində yazır: "XIX-cu əsrin sonlarına aid mənbə istisna olmaqla, Haputdan 57 oba, Qrızdan 37 oba, Buduqdan 12 oba və s. yarandığı qeyd edilmişdi". "Кавказский этнографический сборник, том 3"-də Qrızdan müxtəlif vaxtlarda 39 obanın ayrıldığı göstərilmişdir.
N.K.Zeydlic özünün "Списки населенных мест Российской Империи по Кавказскому краю" əsərində verdyi Qrız oblarının siyahısı belədir. Onu da qeyd etmək lazımdır ki, əsərdə Cek və Haputların obaları ayrıca verilmişdir.
Ümumilikdə 668 ev
Şıxbala Qrızlının Ə.Qubatovın "Azərbaycan xalqı ilə vahid qardaşlıq ailəsində" əsərinə istinadən verdiyi Xaçmaz rayonunda Qrızların yaşadığı obaların siyahısı belədir:
Xaçmaz rayonunda yaşayan Qrızlar ümumilikdə bu xalq üçün səciyyəvi olan cəhətləri qoruyub saxlıyırlar.