Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir. 1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Qarabaş dağı
Qarabaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km çənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Qarabaş qağayı
Qarabaş rinxokalamus
Qara rinxokalamus (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins. == Təsviri == Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır. == Yayılması == Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır. == Yaşama yeri və həyat tərzi == Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaşaq
Qarabaşaq (lat. Fagopyrum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. == Hazırlanması == V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. == Tarixi == Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Qarabaşaq yarması
Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüкsəkdir. Pəhriz qidası üçün daha çoх istifadə edilir. Buхara verilməmiş adi qarabaşaq və buхara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir. Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daхil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müхtəliflikdə – nüvə və yarma хırdası (prodel) halında istehsal olunur. Yarma хırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəкi kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Qarabaşlılar evi (Riqa)
Qarabaşlılar evi (alm. Das Schwarzhäupterhaus‎, latış. Melngalvju nams‎) — XIV əsrə aid memarlıq abidəsi, Riqanın mərkəzində, köhnə şəhərdə yerləşir. Bina dəfələrlə yenidənqurulmaya məruz qalmışdı. İkinci dünya müharibəsi nəticəsində dağılmasına baxmayaraq, bina hazırda tamamilə bərpa olunub. Bina 1330–1353-cü illər arasında Livoniya ordeninin Baltikyanı ölkələri işğal etdikdən sonra inşa edilmişdi, ilk sənədli qeyd 1334-cü ilə aiddir (Böyük gildiyanın Yeni evi adı altında). == Qarabaşlılar qardaşlığı == XIII əsrdə yaradılmış müqəddəs Georgi qardaşlığına gənc, subay və xarici tacirləri qəbul edirdilər. İlk öncə yeni yaradılmış qardaşlığın patronu cəngavər və döyüşçülərin himayədarı müqəddəs Georgi seçilmişdi, daha sonra isə patron dəyişdirilərək müqəddəs Mavrikiy seçilmişdi (onun rəmzi — qardaşlığın gerbində təsvir olunmuş qara başdır). Yaradılmış korporasiya tamamilə kübar dairələrə mənsub insaları özündə birləşdirirdi. Mövcud olmuş Riqa Şirkətin təsisçiləri sırasına yerli və xarici ən zəngin və ən nüfuzlu komissioner və agentlər daxil idilər.
Tatar qarabaşağı
Tatar qarabaşağı (lat. Fagopyrum tataricum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum dentatum Moench Fagopyrum rotundatum Bab. Fagopyrum subdentatum Gilib.
Əkin qarabaşağı
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum cereale Raf. Fagopyrum dryandrii Fenzl Fagopyrum emarginatum Moench Fagopyrum emarginatum (Roth) Meisn. Fagopyrum emarginatum var. kunawarense Meisn. Fagopyrum esculentum subsp. ancestralis Ohnishi Fagopyrum fagopyrum (L.) H.Karst. [Invalid] Fagopyrum polygonum Macloskie [Illegitimate] Fagopyrum sagittatum Gilib. [Invalid] Fagopyrum sarracenicum Dumort.
Qarabaşaq (dəqiqləşdirmə)
Adi qarabaşaq
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
"Qarabağ" ordeni
"Qarabağ" ordeni — Azərbaycan Respublikasının 3-cü yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir. Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır.
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. == Yayılması == Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. == Morfoloji əlamətləri == D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Dağlıq Qarabağ
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının cənub-qərb bölgəsi olan Qarabağın dağlıq hissəsi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır.
Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir. == Coğrafi xüsusiyyətləri == Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.
Mikloş Barabaş
Mikloş Barabaş (mac. Barabás Miklós, 10 fevral 1810, Merkuşa[d], Kovasna – 12 fevral 1898[…], Budapeşt) – Macarıstan rəssamı. Əsasən çəkdiyi portretlərlə tanınır. Ən məşhur əsərləri 1847-ci ildə Ferens Rakoçini və 1853-cü ildə İmperator I Frans Yosefi rəsm etdiyiportretləridir. == Həyatı == Mikloş Barabaş 10 fevral 1810-cu ildə Kezdimarkoşfalvada anadan olmuşdur. İlk təhsilini Nadyenyeddə protestant məktəbində almışdır. 1829-cu ildə Vyanada Enderin tələbəsi olmuş, 1830-cu ildə isə Qabor Barradan Litoqrafiya dərsi almışdır. 1834-1835-ci illərdə Mikloş İtaliyaya səyahət edir. Onun bu səyahətinin əsas məqsədi Uilyam Leyton Leyçdən akvarel ilə rəsm çəkməyi öyrənmək idi. Mikloş Barabaş 6 il İtaliyada qalır.
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qarabağ gəvəni
Qarabağ kilimləri
Qarabağ kilimləri – Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid xalçalar. == Ümumi məlumat == Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid edilən kilimlər başlıca olaraq Ağdam, Cəbrayıl, Qubadlı, Bərdə, Ağcabədi və Laçında istehsal olunur və "Qarabağ kilimi" adı ilə məşhurlaşmışdır. == Bədii analiz == Öz toxunma üsuluna görə Şirvan və Təbriz kilimlərindən fərqlənməməsinə baxmayaraq, Qarabağ kilimləri özünəməxsus bədii xüsusiyyətlərə malikdir. Keçmiş zamanlarda Qarabağ kilimlərinin yalnız ona məxsus olan kompozisiyası və "Kilim gülü" elementi vardı. Lakin XIX əsrdən etibarən naxışlı kilimlərin meydana çıxması ilə əlaqədar olaraq, "Kilim gülü" naxışları tədricən yox oldu. == Texniki xüsusiyyətlər == Ölçüsünə görə, Qarabağ kilimləri Azərbaycanın digər xalçaçılıq mərkəzlərində hazırlanan kilimlərdən fərqlənir. XIX əsrdə və ondan sonrakı dövrlərdə Qarabağda toxunan kilimlər əlvan rənglərə malikdir.
Qarabağ kətəsi
Qarabağ livası
Qarabağ sancağı və ya Qarabağ livası — 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qarabağ idi.
Qarabağ mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. == Tarixi == Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. == Memarlığı == "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.
Qarabağ münaqişəsi
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Rüstəmbəyovlar (Qarabağ)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. == Soyun məşhur nümayəndələri == Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qarabağ məlikləri
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Carabad
Carabad (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. Carabad (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Qarababa
Qarababa (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qarababa (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (qəsəbə) — Azərbaycan Respublikasının Bakı şəhərinin tabeliyində olan Qaradağ rayonunda qəsəbə. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ.
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qaraqar
Qarağac küçəsində qarabasma (film, 1984)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır. Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon, gəliri isə 25,5 milyon ABŞ dollarıdır. Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir. Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər.
Qarağac küçəsində qarabasma (film, 2010)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Film eyni ssenari əsasında qurulub. Filmin ssenarisi əvvəlkinə nisbətən fərqlənir. == Məzmun == Sprinqvud şəhərində qəribə ölüm hadisələri baş verir. Əsasən, gənclər yuxuda olan zaman ölməyə başlayırlar. Nensi gənc qızdır. Ofisiantlıq edir. Amma gecələr qəribə qarabasmalar gördüyündən yata bilmir. Bunun səbəbi isə Freddi Krügerdir… == Rollarda == == Saundtrek == == Xarici keçidlər == Rəsmi sayt «Qarağac küçəsində qarabasma» — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Barabbas
Barabbas(arami. בר אבא, q.yun. Βαραββᾶς) — Bibliya personajı, qatil, kütlə Həzrəti İsanı deyil, onu seçmişdi. == Həyatı == İsa Məsihi “ camaatı üsyana təşviq etmək “ üstə həbs edib cəzaya məhkum etmək istəyən Qüds valisi Ponti Pilat, yəhudilərin pasxa bayramı günü, adət - ənənəyə uyğun olaraq iki dustaqdan birini xilas etmək üçün xalqa müraciət edərək hansının azad edilməsini istədiklərini soruşur. Xalq isə iki dustaqdan birinin, İsa Məsihin çarmıxa çəkilməsini istəyir… Digər ikinci şəxs isə Nobel mükafatlı İsveçli yazar Per Lagerkvistin bu məşhur romanına qəhrəman olaraq seçdiyi Varavva (orijinal adı Barabbas ) idi… Oğru, quldur olan Barabbasa da həmən gün edam ediləcək dustaqlar arasında idi və yəhudi camaatın İsaya olan nifrəti məhz onun azad olunmasına yol açmışdı: “ Mən də onun kimi seçilmişlərdənəm! Nə olsun ki o Tanrının oğludur? Amma ölmək məqamında ölümə o getdi, azad olmaq üçün mən seçildim! “ . Barabbasa hər kəsin Tanrı oğlu deyərək bəhs etdiyi, gələcəkdən xəbər verə bildiyi söylənilən, möcüzələr göstərən, hər kəsə yol göstərən Müəllim olduğu deyilən və ən əsası isə onun əvəzinə çarmıxa çəkilən insanın edamını öz gözləri ilə kənardan izləyir. Həmən Müəllimin şagirdlərindən eşitdiyi “ 3 gün sonra Müəllim diriləcək “ xəbərindən tamam heyrətlənərək bu hadisəni də öz gözləri ilə görməyə qərar verir və anlayır ki, bu heç də dirilmə deyil.
Carabus
Karabid (lat. Carabus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.