Qarabaş (və yaxud Qarabaşlar[1][2][3]) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd.
Qarabaş | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Ləğv olunub | 1939 |
Əhalisi | |
Əhalisi |
|
Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb.[4][1]
Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[2]
1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir.[1][2] Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.[4]
1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib. Amma kənddə heç vaxt farslar yaşamayıb, yalnız azərbaycanlılar yaşayıb.[2]
|
|
|
|