Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraqorum
Qaraqorum (monq. Xarxorin), orta əsrlərdə Qara Xorum (monq. Xar Xorum) — orta əsrlərdə monqol dövlətinin paytaxtı. Şəhərin adının mənası qədim türk dilində "Qara daşlar" mənasındadır. == Tarixi == Şəhərin xarabalığı Orxon çayının yuxarı axınındadır. Əsasını Çingiz xan qoymuşdur (1220). 1235–1264-cü illərdə Böyük Monqol imperiyasının paytaxtı olmuşdur. XVI əsrə qədər mövcud olmuşdur. Çin salnamələrində, XIII əsr Avropa səyyahlarının (Plano Karpini, Marko Polo və V. Rubruk) xatirələrində Qaraqorum haqqında məlumat var. Rus alimlərindən N. M. Yadrinsev Qaraqorumun yerini müəyyənləşdirmiş (1889), A. M. Pozdneyev isə tarixi məlumatlar əsasında bunu təsdiq etmişdir.
Qaraçorlu
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Qaraçorlu (dəqiqləşdirmə)
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Qaraçorlu eli
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi. Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar. Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır.
Qaraçorlu mahalı
Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi. == Mahalın tarixindən == 1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir".
Bulud Qaraçorlu (Səhənd)
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. == Həyatı == Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Xanlar xan Qaraçorlu
Xanlar xan Hüseynqulu xan oğlu Qaraçorlu (1885, Bocnurd – 1959) — Qaraçorlu elinin başçılarından, Məşrutə hərəkatı üzvü, səfərnamə müəllifi. == Həyatı == Xanlar xan Hüseynqulu xan oğlu 1885-ci ildə Xorasan əyalətində, Bocnurd şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəsiyyətinə əsasən böyük şəhərlərə yollanmayıb, əkinçiliklə məşğul olmuşdu. Çuğundur əkmiş, karxanaya təhvil vermişdi. O, Sərdari-Müəzzəz Əzizullah xan Bocnurdinin bacısı oğlu, Yarməhəmməd xan Şadlının qız nəvəsi idi. Sərdari-Müəzzəz general Canməhəmməd xan Əmir-Əlainin əmri ilə tutulub edam edilmişdi. Xanlar xan gün-güzəranın, gündəmin diqtəsi ilə siyasətə atılmışdı. Seçkilərdə iştirak etmişdi. Xanlar xan Qaraçorlu 1959-cu ildə vəfat edib.
Xanmurad bəy Qaraçorlu
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası. == Həyatı == Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış.Murad zirək, çalışqan və əməksevər bir gənc imiş.Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış.Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş.Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış. == Ailəsi == Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir. Bir oğlan uşağı dünyaya gəlir, adını Əlipaşa (Paşa) qoyurlar. Xanmurad xırda alverçi olduğu üçün kəndləri gəzir, hamı ilə əlaqə saxlayır, ünsiyyətdə olur.Bir gün Xanmuradın həyat yoldaşı Ağapəri öyrənir ki, Xanmurad Əsəd Soltanlar kəndindən Əsəd Soltanın dul qalmış bacısı Bəyim xanımla evlənmək istəyir. Bu xəbəri eşidən Ağapəri bərk hirslənir. Ağapəri etirazını bildirmək üçün Bəyim xanıma məktub yazır.
Qaragöysu
Qaragöysu (qum. Къара къойсу) — Rusiyadakı çay (Dağıstan), Avar Göysu çayının sağ qolu. Çaroda, Qunib və Gergebil rayonlarının ərazisindən axır. == Coğrafiya == Qaragöysu çayı Xalaxurkas keçidindən 0.9 km şimal-qərbdə Dyultı-Dağ silsiləsinin yamaclarından başlayır. Şimal-şərq istiqamətində axır və Avar Qöysu çayına sağ sahildən mənsəbə 37 km qalmış birləşir. Yuxarı axarda Ritlyab kəndinə qədər Oysor, aşağıda isə Risor çayının birləşdiyi yerə qədər Tleiseruxun adlanır. Çayın uzunluğu 93 km, ümumi düşmə hündürlüyü 2530 m, su tutma sahəsi 3720 km², orta hündürlüyü 2260 m. Çay hövzəsinin çox hissəsi (80%) 1500 m-dən yuxarıda yerləşir. Çayın yuxarı hissəsində Dağıstanın təbii abidəsi - Çırxalyu şəlaləsi var. == Toponim == "Göysu" adı türkcə (qumuq dili) "göy su" və "Qara" - qara rəng deməkdir.
Qaragözlü (Qoşaçay)
Qaragözlü (fars. قره قوزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 702 nəfər yaşayır (177 ailə).
Qaragözlü (Əhər)
Qaragözlü (fars. قره گوزلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Abdulla xan Qaragözlü
Abdulla xan Mustafaqulu xan oğlu Qaragözlü (Həmədan) — Şamlı elinin Qaragözlü oymağından olan İran ordusunun generalı. == Həyatı == Abdulla xan Mustafaqulu xan oğlu Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Yüksək rütbəli zabit kimi Fars, Xorasan əyalətlərində xidmət etmişdi. 1897-ci ildə Xuzistan əyalətinə dəyişilmişdi. 1909-cu ildə İran ordusunun silah-sursat üzrə rəisi idi. == Ailəsi == Oğlanları: Hüseynqulu xan İclaüddövlə, Möhtacəli xan İclaülməməlik == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Hüseyn xan Qaragözlü
Hüseyn xan Əli xan oğlu Qaragözlü (?-1894)—Fətəli şah Qovanlı-Qacarın qız nəvəsi, İran ordusunun generalı. == Həyatı == Hüseyn xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Əli xan Nüsrətülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Anası Zübeydə xanım Fətəli şah Qovanlı-Qacarın qızıdır. Hərbçi ailəsinə mənsubdur. Hüsamülmülk ləqəbini daşıyırdı. 1884-cü ildən 1894-cü ilədək Kirmanşah əyalətinin valisi olmuşdu. == Ailəsi == Oğlu Zeynalabdin xan onun vəfatından sonra bütün mənəvi sərvətinə yiyə durdu. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Mahmud xan Qaragözlü
Mahmud xan Qaragözlü (? — 1887) — Şamlı elinin Qaragözlü oymağından olan İran dövlət xadimi. == Həyatı == Dövlət xadimi Mahmud xan Həmədani Qacarlar səltənətini gorkəmli səxsiyyətlərindən olan Qaragözlü tayfasının böyüklərindən idi. O, Əbulqasim xan Nasirulmulk Naibussəltənənin babasıdır. Mahmud xan İran dövlətini bir sıra xarici dövlətlərdə təmsil edən bacarıqlı diplomatik numayəndə kimi fəaliyyət gostərmisdir. O, 1852-ci ildə İranın Sankt-Peterburqdaki səfirinin I muavini, sonra islər vəkili təyin edilmis və bu zaman ona "cənab" ləqəbi verilmisdir. (Cənab ləqəbi nazirlərə və bu vəzifəyə bərabər olan səxslərə verilirdi) O, bu vəzifədə 1855-ci-ilədək qalmıs, sonra Tehrana cağırılaraq, burada hərbci kimi fəaliyyət gostərmisdir. Ona Nasirulmulk ləqəbi isə (dövlətin koməkcisi-Ə. Ç.) mirpənc rütbəsini (general-leytenant-Ə. Ç.) aldıqdan sonra verilmisdir. (1858-ci il). Bu vaxtdan etibarən paytaxtın hərbi işləri, hərbi sənayesi ona tapsirilmis, Nasirəddin şah olkədə olmadığı muddətdə isə mərkəzi hərbi quvvənin ixtiyarı Mahmud xan Həmədanidə olmuşdir.
Mustafaqulu xan Qaragözlü
Mustafaqulu xan Qaragözlü (?-1891)—Şamlı elinin Qaragözlü oymağından olan hərbçi, Əmir tuman. == Həyatı == Iran dovlətinin sərhədlərinin qorunmasında və asayişin bərpa olunmasında komandan, qosun rəisi Mustafaqulu xan Qaragözlünün xidmətləri böyükdür. Həmədanlı hərbi xadim cox vaxt qosun rəisi kimi bir cox ölkədaxili döyüşlərdə də istirak etmisdir. O, 1850-ci ildə Babın yaxın adamlarından olan Seyid Yəhya Darabini və onun tərəfdarlarını məğlub etmək ucun Sirazdan Təbrizə göndərilmiş və qələbə qazanmısdı. 1880-cı ildə Azərbaycanın cənub-qərbində və İran Kürdüstanında Seyx Abdulla Nəqşbəndinin başcılığı, xarici dövlətlərin təhriki ilə qiyam qalxdığı zaman onun tərəfdarları Azərbaycan ordusunun komandanı olan Mustafaqulu xan Qaragözlü tərəfindən zərərsizləsdirilmisdi. Iran dovləti tərəfindən Sainqalanı (Şahindeji) kürdlərdən təmizləmək də Mustafaqulu xan Qaragözlüyə və Hacı Mirzə Hüseyn xan Sipəhsaların göndərdiyi Həsənəli xan Gərrusiyə qismət oldu. Bir sozlə, Şahsevən və Gorus qosunlarının koməyi ilə Şeyx Abdullanın sərkərdələri Qadir ağa və Həmzə ağa olkədən xaric edildilər. Mustafaqulu xan 1298-ci ilin səvval ayında (1881, sentyabr) Urmiyada vəfat etmisdir. Tarixci coğrafiyasunas, marağalı Məhəmmədhəsən xan Etimadussəltənə öz xatirələrində onun mirpənc (general), əmir tuman (on minbaşı), Azərbaycan ordusunun komandanı kimi xatırlamıs, ondan bəhs etmis həmin tarixdə vəfat etdiyini bildirmişdir. == Ailəsi == Oğlu Abdulla xan == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Məhəmmədhüseyn xan Qaragözlü
Məhəmmədhüseyn xan Qaragözlü (?-?)—Şamlı elinin Qaragözlü oymağının başçısı, Qacarlar dövlətinin sərkərdəsi. == Həyatı == Qacarlar hakimiyyəti dovrundə diqqəti cəlb edən Qaragözlü oymağı Cənubi Azərbaycanın Həmədan əyalətinda yasayan türk mənşəli Azərbaycan tayfalarındandır. Mənbələrdə adları XVI əsrdən etibarən çəkilən bu tayfa XVIII əsrdə İran və Azərbaycanın ictimai-siyasi həyatında nəzərə çarpacaq dərəcədə fəal iştirak etmisdir. Qacarlar sülaləsi yarandığı ilk dövrlərdən ona itaətkarlıq göstərmiş, Ağa Məhəmməd şah Qacarı müdafiə edənlərdən idilər. Bu tayfanın görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhuseyn xan Həmədani Qaragözlüdür. Məhəmmədhüseyn xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Aşıqlı tayfasındandır. Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi getmişdi. Orda Dürranilər sülaləsindən olan Zaman şah Dürrani ilə görüşmüşdü. Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, İsfahanı isğal etdikdən sonra İranın digər səhərlərini tutmaq fikrinə dusdu. Bu məqsədlə Həmədən istiqamətində irəlilədiyi zaman Məhəmmədhuseyn xan Qaragozlu və Əli xan Avşar Xəmseyi Ağa Məhəmməd sah Qacarın gostərisi ilə doyusə girərək, torpağı mudafiə etdilər.
Məhəmmədəli xan Qaragözlü
Məhəmmədəli xan Əbdülhüseyn xan oğlu Qaragözlü (1847 - 1915) — Maarifçi, publisist, xəttat == Həyatı == XIX əsrdə İran dovlətinin bir sıra idarələrində bacarıqlı katib-xəttat kimi calısan azərbaycanlı səxsiyyətlər olmuslar. Onlardan biri Mirzə Məhəmmədəli xan Qaragozlu Həmədanidir. O, 1847-ci ildə Həmədanda anadan olmusdur və Əbdulhuseyn xanın oğludur. Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı oz munsibasısı, (rəisi-dəftəri-hokumət), yəni Həmədan hokumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gozəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan basqa isə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munsi-xəttat vəzifəsini icra etməyə baslamısdır. Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da oz əvvəlki pesəsi ilə onun yanında xidmət etməyə basladı. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmıs İranın səlahiyyətli numayəndəsi Mirzə Mülkum xanla tanıs olmus, sonra isə İngiltərə səfirliyinə munsi vəzifəsinə təyin olunaraq onunla Londona getmisdir, 6 il İranın Londonda fəaliyyət gostərən səfirliyində calısmısdır. O, bu muddət ərzində numayəndə kimi iki dəfə Tehrana gəlmisdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət gostərərkən Mirzə Mülkum xanın İranın İslər Nazirliyinə gondərdiyi məlumat və raportları səlis xətlə yazır, eyni zamanda "Qanun" qəzetinin nəsrində fəal istirak edirdi. Mirzə Məhəmmədəli xan Londonda nəsr olunan və İrana gətirilməsi qadağan edilmis "Qanun" qəzetində fəaliyyətinə gorə Nəsrəddin şahın gostərisi ilə həbs olunmusdu.
Zeynalabdin xan Qaragözlü
Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü (1858-1927) — Kirmanşahın valisi, İran ordusunun generalı. == Həyatı == Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı. == Ailəsi == Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.
Əbdüləli xan Qaragözlü
Əbdüləli xan Abdulla xan oğlu Qaragözlü (1870-?)—Şamlı elinin Qaragözlü oymağından olan iran ordusunun generalı. == Həyatı == Azərbaycan xalqının vətəni müdafiə uğrunda hərbi şücaəti qədim və zəngin tarixə malikdir. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Belə qəhrəman oğullardan biri də Əbdüləli xan Qaragözlüdür. Hərbçi ailəsində doğulan bu igid sərkərdə tez bir zamanda İran ordusunda nizam-intizamı, bilik-bacarığı, sərrast strategiyası ilə ad çıxarmışdı. Əbdüləli xan Qaragözlü Mənsurəddövlə ləqəbini daşıyırdı. Tanınmış Qaragözlü tayfa başçısı Nasirülmülkün nəvəsi idi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Əbülqasım xan Qaragözlü
Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1 aprel 1863, Həmədan ostanı – 26 dekabr 1927, Tehran) — İranın baş naziri, Sultan Əhməd şahın regenti olub. == Həyatı == Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Nаsеrülmülк 1898-ci ildə Əli xan Əminüddövlə hökumətində mаliyyə nаziri idi. Аrtur Hаrdinq İrandа səfir оlduğu müddətdə, Əminüssultаnın bаş nаzirliyi vахtındа Nаsеrülmülк nаzirliк vəzifəsindən кənаr еdilmişdi, Həmədаndа hakim vəzifəsi dаşıyırdı. 1905–1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və regent (naibəssəltənə-müvəqqəti şahın vəzifəsini icra edən) təyin edilmiş, o vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi. Vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. Burаdа təкcə Nаsеrülmülкun İran məşrutə inqilаbınа bəslədiyi münasibəti qısаcа nəzərdən keçirdiкdə ingilis diplоmаtiyаsının хаlq hərəкаtınа qаrşı frаmаsоndаn istifаdə еtməsi hаqqındа müəyyən təsəvvür əldə еtməк mümкün оlаr. Məşrutə inqilаbının bаşlаndığı vахtdа hərəкət bаşçılаrındаn Seyid Məhəmməd Təbatəbainin kütlələrə tə'sir göstərən nitqləri və fəаliyyəti mütləqiyyəti təşvişə sаlmışdı.
Əlirza xan Qaragözlü
Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. == Həyatı == Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı. Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu. == Ailəsi == Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.