Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair.
Bulud Qaraçorlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Marağa |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı | İran |
Fəaliyyəti | şair, ədib |
Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub[1].
İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir.
O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi.
Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Səhənd 1979-cu ildə vəfat edib.