Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Qeyrət" nəşriyyatı
Qeyrət (nəşriyyat)
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. == Tarixi == 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). == Tarixi == 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Qeyrət Partiyası (1905)
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. == Tarixi == 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Qərəz
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Feyruz
Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir. Onun mahnıları bütün regionda populyardır. O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla yaddaşlarda qalmış və məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır. == Həyatı == Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun." Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Bamsı Beyrək
Bamsı Beyrək, Baybörənin Oğlu Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir. Bəy Böyrək, Bay Bura, Bəy Birye, Beğ Beyreg, Bəy Beyrək, Bay Börek, Bağ Böğrek kimi adlarla bilinməkdədir. Bamsı ilə Banu beşik kərtməsidir. Bir-birlərini tanımadan böyüyərlər. Bir gün ovda olarkən qarşılaşılar, aralarında bir mübahisə çıxar və güləşə tutuşurlar. Ancaq ikisi də gücdə bərabər olduğu üçün bir-birlərini məğlub edə bilməz.
Beyrək (Ərdəbil)
Beyrək (fars. بيرق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (97 ailə).
Beyrək Aydəmirov
Beyrək Etibar oğlu Aydəmirov (13 avqust 1990; Çayqaraqaşlı, Şabran, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib. == Hərbi xidmətləri == 2008-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli döyüşlərində savaşıb. 8 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub.
Beyrək Fezullayev
Beyrək Seyfullah oğlu Fezullayev (30 aprel 1997, Baş Daşağıl, Oğuz rayonu – 4 oktyabr 2020, Füzuli və ya Cəbrayıl) — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi. == Hərbi xidməti == Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Feyruz Hacılı
Feyruz Bəhruz oğlu Hacılı (4 mart 1994; Bakı, Azərbaycan — 17 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyruz Hacılı 4 mart, 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Feyruz Hacılı Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, həmin ayın 17-də şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Feyruz Mustafayev
Feyruz Mustafayev (18 oktyabr 1933, Mərzili, Ağdam rayonu – 7 iyul 2018, Gəncə) — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992 — 16 may, 1992); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991—18 may 1992); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993 — 16 oktyabr 1994); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002) == Həyatı == Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib. 1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır. Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır. Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
Feyruz Tarverdiyev
Feyruz İslam oğlu Tanrverdiyev (22 iyul 1996, Sığırlı, Kürdəmir, Azərbaycan — 3 noyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyruz Tanrıverdiyev 22 iyul 1996-ci ildə Kürdəmir rayonu Sığırtı kəndində dünyaya göz açıb. Ailədə üç qardaş olublar. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub. == Hərbi xidmətləri == Feyruz Tanrıverdiyev Aprel döyüşlərinəsə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Feyruz Tarverdiyev Hadrutun azad edilməsində savaşıb. 3 noyabr 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi noyabrın 30-da Sığırlıya gətirilərək kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Feyruz İsayev
Feyruz Abdul oğlu İsayev (1 sentyabr 1952, Göyçay) — tarix elmləri namizədi, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı, "Arch-Petrol" şirkətini təsisçisi, Moldovanın neft məhsulları bazarının lider olan "Lukoyl" şirkətinin rəhbəri. == Həyatı == Feyruz İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982–1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir. == Fəaliyyəti == Feyruz İsayev İsmayıllı rayonunda birinci katib, daha sonra 1990–1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.
Neyriz şəhristanı
Neyriz şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Neyriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,241 nəfər və 28,664 ailədən ibarət idi.
Peyrəv Süleymani
Peyrəv Süleymani (tam adı: Atacan Süleymani; 15 aprel 1899, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 9 iyun 1933, Düşənbə) — tacik sovet şairi. == Həyatı == Peyrəv Süleymani 15 aprel 1899-cu ildə Buxarada anadan olub. Peyrəv Süleymani 9 iyun 1933-cü ildə Səmərqənddə vəfat edib. == Yaradıcılığı == Yaradıcılığa aşiqanə şeirlərlə başlamışdır. İnqilabın, sosializm quruculuöunun, qadın azadlığının, Şərq xalqlarının milli azadlıq mübarizəsinin tərənnümü yaradıcılığının əsas mövzuları olmuşdur. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur. == Kitabları == Ədəbiyyat gülləri, 1931 Şeirlər, 1932 Divan, 1971 == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.493-494 Очерк истории таджикской советской литературы, М., 1961, с. 48—53, 88—91; Табаров С., Пайрав Сулаймони, Душанбе, 1962.
Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir. == Həyatı == Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi.
Qeysər kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Əsəd Qeysər
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır. 1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Kəmrəz
Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsində, sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə və 1728-ci ilə aid mənbədə Kəmris kimidir. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə Qəmrəs yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır. == Toponimi == Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir. == Toponimikası == Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Gəzəz
Gəzəz (fars. گزاز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəq
Qərəq — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6–8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-"qərəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. == İstehsalı == Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Əvrəz
Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri. == Etimologiyası == Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. == Tarixşünaslıqda əvrəz termininə fərqli münasibət == Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər. Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.
Əyrək
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.