Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.[1]
Qəçrəş | |
---|---|
41°19′19″ şm. e. 48°23′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 859 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2316 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir.
Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir.[2]
Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır.[3]
Rayon mərkəzindən kəndə olan məsafə 12 km-dır. Qəçrəş kəndi Qımılqazma kəndi ilə qonşudur və bir inzibati ərazi vahidliyinə daxildir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. İl ərzində kənd rayon büdcəsinə 500 000 AZN xeyir verir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülmüşdür. Çoxlu sayda təbii bulaqlar var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlarada sıx sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 632 nəfər əhali yaşayırdı.[4] Əhalisini əsasən azərbaycanlılar təşkil edir. Burada az sayda ləzgilər də yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2316 nəfər əhali yaşayır.[5]
Kənd təsərrüfatı və turizm üstünlük təşkil edir.
Kənddə Qəçrəş kənd məscidi dini icması fəaliyyət göstərir.[6]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |