Feyruz İslam oğlu Tanrverdiyev (22 iyul 1996, Sığırlı, Kürdəmir, Azərbaycan — 3 noyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Feyruz Tarverdiyev | |
---|---|
Feyruz İslam oğlu Tarverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sığırlı, Kürdəmir, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Kürdəmir |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Feyruz Tanrıverdiyev 22 iyul 1996-ci ildə Kürdəmir rayonu Sığırtı kəndində dünyaya göz açıb.[2][3] Ailədə üç qardaş olublar. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub.[4][5]
Feyruz Tanrıverdiyev Aprel döyüşlərinəsə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Feyruz Tarverdiyev Hadrutun azad edilməsində savaşıb. 3 noyabr 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi noyabrın 30-da Sığırlıya gətirilərək kənd qəbiristanlığında dəfn olunub.[6][7][8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[11]